Məhkəmə qərarları › İş №e-2(060)-6876/2021

Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(060)-6876/2021

30.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № e-2(060)-6876/2021 30.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Kreditor MMC-nin Borclu qarşı pul məbləğinin ödənilməsi tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Kreditor MMC məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu 19 mart 1996-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Kreditor MMC-nin xeyrinə 640,22 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor MMC ərizəsini onunla əsaslandırmışdır ki, 08.02.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən borcluya ümumi qiyməti 640,22 manat dəyərində olan Samsung Galaxy A21S 4/64GB Blue markalı mobil telefon satılmışdır. Borclu 08.02.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasan ödəməyi öhdəsinə götürdüyü malın dəyəri olan 640,22 manat borcundan hər hansı ödəniş etməmişdir. Borclu ilə Kreditor MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərini hissəhissə 10 aya hər ay üçün 64,03 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi üzrə öhdəliklərini Kreditor MMC qarşısında tam icra etməyən Borclu 640,22 manat məbləğində borcu qalmaqdadır. Borcluya dəfələrlə müraciət edilməyinə baxmayaraq, borcun ödənilməsi üçün tədbir görməmiş, alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri lazımı qaydada icra etməmişdir. İş materiallarında olan Kreditor MMC ilə Borclu arasında bağlanmış 08.02.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh Borclu Kreditor MMC-dən dəyəri 640,22 manat olan Samsung Galaxy A21S 4/64GB Blue markalı mobil telefon almışdır. İşdə olan 08 fevral 2021-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan görünür ki, Kreditor MMC dəyəri dəyəri 640,22 manat olan Samsung Galaxy A21S 4/64GB Blue markalı mobil telefon Borclu təhvil vermişdir. İş materiallarında olan 07.07.2021-ci il tarixli arayışdan görünür ki, Borclu 08.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 640,22 manat əsas borcu qalmışdır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Borclu yazılı bildiriş ünvanlanmışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Ona görə də məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2). Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276, 280 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdi: 19 mart 1996-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Kreditor MMC-nin xeyrinə 640,22 (altı yüz qırx manat iyirmi iki qəpik) manat məbləğində əsas borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar