Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6953/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Kreditor MMC-nin Borclu qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Kreditor MMC Borclu qarşı “borcun tutulması” barədə ərizə ilə məhkəməyə müraciət edərək borcludan 510,76 manat borcun, 508,34 manat cərimə borcunun və 20,40 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. 279.2.3-cü maddəyə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından məhkəmə imtina edir. Hesab edirəm ki, cərimə borcu hisssədə tələb etmə hüququ barədə mübahisə vardır, bu səbəbdən ərizəyə baxılmasının sadələşdirilmiş qaydasını yolverilməz hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 275- 279-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Kreditor MMC-nin Borclu qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-6953/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6953/2021
03.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver