Məhkəmə qərarları › İş №e-2(060)-6954/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6954/2021

05.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6954/2021 05.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova Kreditor MMC-nin borclular Borclu2 və Borclu1 qarşı borcun ödənilməsinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini nəzərdə keçirib, MÜƏYYƏN ETDİ: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək borclular Borclu2 və Borclu1 27.01.2018-ci il tarixli, ST27680 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 277,5 manat əsas borcun və 83,25 manat cərimə borcun, ümumilikdə 360,75 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor MMC Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-in əmr icraatını tənzimləyən 23-cü fəslinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina edir. Belə ki, Kreditor MMC-nin borclular arasında bağlanmış müqavilənin müddətinin 27.01.2019-cu il tarixdə bitməsinə baxmayaraq kreditor əsas borcu tam tələb edir və 06.07.2021-ci il tarixli arayışda həmin borca hesablanmış 83,25 manat məbləğində cərimənin olduğunu qeyd edir. Bundan əlavə öhdəliklərin yerinə yetirilməməsi əsas borclu ilə bərabər zamin olan şəxsdən tələb edilir. Məhkəmə hesab edir ki, ərizəyə əlavə edilən sənədlər düzgün tərtib olunmaqla, ərizəyə uyğun olmalıdır. Cərimə tələb olunmaqla bərabər, zaminlik müqaviləsi əsasında borcun tələb olunması, qanunvericiliyin tələbinə uyğun olmamaqla, ərizənin forma və məzmun tələblərinə ziddir. Belə olan halda, Kreditor MMC-nin borclular Borclu2 və Borclu1 qarşı tələbi sadə müqaviləyə əsaslanmayıb, müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri borclunun yerinə yetirməməsi, borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmayaraq tərəflərin çəkişmə prinsipi əsasında araşdırılmalı olduğu bir haldır. Belə olan halda Kreditor MMC-nin borclulara qarşı tələbi borcluların mübahisə edilməyən vəzifəsinə əsaslanmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Kreditor MMC-nin borclular Borclu2 və Borclu1 qarşı pul məbləğinin ödənilməsi tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 276-279-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor MMC-nin borclular Borclu2 və Borclu1 qarşı borcun ödənilməsi tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Əmr verilməsi haqqında ərizənin məhkəmə tərəfindən qəbul edilməsindən imtina haqqında qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar