Məhkəmə qərarları › İş №e-2(060)-6963/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6963/2021

04.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6963/2021 04.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, Kreditor MMC-nin Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: Kreditor MMC-nin Borclu 1899,24 manat əsas borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6879/2021 saylı, 29.07.2021-ci il tarixli qərardadı ilə eyni tələb üzrə ərizənin qəbul edilməsindən imtina edilmişdir. Buna baxmayaraq kreditor yenidən məhkəməyə müraciət edərək eyni tərəflər və eyni tələb üzrə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kreditor MMC-nin Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar