Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № e-2(060)-6965/2021 05.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova Kreditor MMC-nin Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor MMC Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Borclu Kreditor MMC-nin xeyrinə 3199,06 (üç min yüz doxsan doqquz manat altı qəpik) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə kreditorun təqdim etdiyi aşağıda qeyd olunan sənədləri nəzərdən keçirərkən, məhkəmə əmrinin çıxarılması üçün heç bir maneçilik olmadığı qənaətə gəlir. İş materiallarına əlavə edilmiş 09.02.2021-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Borclu Kreditor MMC-dən ümumi dəyəri 4799,06 manat olan 1 ədəd “Samsung QE65Q87TAUXRU” markalı televizor almış, satılan əşyanın dəyərini 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.02.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Borclu Kreditor MMC-dən 09.02.2021-ci il tarixli alqı-satqı müqaviləsində nəzərdə tutulmuş “Samsung QE65Q87TAUXRU” markalı televizoru təhvil almışdır. İş materiallarında olan 09.02.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Borclu 09.02.2021-ci il tarixli müqavilə üzrə “Samsung QE65Q87TAUXRU” markalı televizor üçün 1600 manat ilkin ödəniş edərək qalan məbləği 12 ay müddətində, hər ay 266,59 manat, sonuncu ay isə 266,57 manat olmaqla Kreditor MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Kreditor MMC tərəfindən verilmiş 07.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 09.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Borclu 3199,06 manat əsas borcu vardır. Məhkəmə kreditorun təqdim etdiyi sənədləri tədqiq edib, ərizəyə əlavə olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, kreditorun tələbi aşkar olduğundan, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci və 276.2.2-ci maddələrinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanarsa bu hallarda məhkəmə əmri verilə bilər, tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa bu hallarda məhkəmə əmri verilə bilər. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə əmri verilməsi üçün kreditor tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 275, 276, 280, 281 və 282-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə ƏMR ETDİ: Borclu 3199,06 (üç min yüz doxsan doqquz manat altı qəpik) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 3219,06 (üç min iki yüz on doqquz manat altı qəpik) manat tutulub Kreditor xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-6965/2021
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(060)-6965/2021
05.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver