Məhkəmə qərarları › İş №e-2(060)-7004/2022

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-7004/2022

23.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7004/2022 23.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «avtomobilin təhvil verilməsi və pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı-İddiaçı, satın aldığı “Hyunday Elantra” markalı, 2013-cü il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilməmiş 1200 manat borcunun və 132 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı ödənilməsi, “Hyundai Elantra” markalı, 2013-cü il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq İddiaçı təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ( "xxxx" MMC ) xx.xx.2022-ci il tarixli iddiaçıya məxsus olan “Hyunday Elantra ” markalı, 2013-cü il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilini vətəndaş Cavabdeh 24 ay ərzində hər ay 600 manat ödəmək şərti ilə satmışdır. Cavabdeh 21 iyul 2022-ci il tarixdə bir aylıq 600 manat pul ödəyib. Həmin tarixdən sonra cavabdehlə əlaqə saxlamaq mümkün olmur, telefonuna zəng çatmır. Bu günkü tarixə Cavabdeh avtomobilə görə 1200 manat borcu yaranmışdır. Onun hərəkətlərindən belə məlum olur ki, nə pulu vermək, nə də ki, avtomobili geri qaytarmaq fikri yoxdur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh iddiaçı-İddiaçı, satın aldığı “Hyunday Elantra” markalı, 2013-cü il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilməmiş 1200 manat borcunun və 132 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı ödənilməsi, “Hyundai Elantra” markalı, 2013-cü il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq İddiaçı təhvil verilməsi barədə qətnamə cıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə yazılı formada müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini məhkəməyə bildirmişdir. Məhkəmə hesab edir ki, Azərbayçan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmalıdır. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir kiё iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan ƏN-Vİ № 151755 saylı, xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin surətindən müəyyən edilir ki, X3 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X2 “Hyundai Elantra” minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobili 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh etibar etmişdir. İş materiallarında olan İddiaçı ərizəsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh reyestrdə 7E-4886 nömrə ilə qeyd olunmuş etibarnamə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətləri son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Resppublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu ( delikt ) hüquqla və ya qanunla müəyyən edilən başqa şəxsə ( zərərçəkənə ) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd ( mülki qanunvericiliyin normalarını pozan ) əməldir ( hərəkət və ya hərəkətsizlikdir ). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzizərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs ( borclu ) başqa şəxsin ( kreditorun ) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi ( vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Şərh edilənləri nəzərə alaraq məhkəmə, Cavabdeh satın aldığı “Hyunday Elantra” markalı, 2013-cü il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilməmiş 1200 (bir min iki yüz) manat borcunun və 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun və “Hyundai Elantra” markalı, 2013-cü il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh satın aldığı “Hyunday Elantra” markalı, 2013-cü il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilməmiş 1200 manat borcunun və 132 manat dövlət rüsumunun alınıb İddiaçı ödənilsin. Cavabdeh “Hyundai Elantra” markalı, 2013-cü il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı təhvil verilsin. Cavabdeh qətnamənin surətini aldıqdan sonra, 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi ücün Sumqayıt şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar