Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7074/2021 06.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, Kreditor MMC-nin Borclu qarşı «borcun tutulması» haqqında məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor MMC Borclu qarşı «borcun tutulması» haqqında məhkəmə əmri verilməsinə dair ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, borcludan Kreditor MMC-nin xeyrinə 510.76 manat qalıq borcu və 169.45 manat cərimə borcu olmaqla cəmi 680.21 manat borc, 20.40 manat cərimə borcunun, cəmi 700.61 manat borcunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Tələbdən görünür ki, borclunun cərimə üzrə ödəməli olduğu borc məbləğinin sonuncu tərəfindən mübahisələndirilməsinin qanuni əsasları mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilən halın borclu tərəfindən mübahisələndirilə bilməsini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, məhkəmənin, məhkəmə əmrinin verilməsindən imtinası əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.3. maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Həmin Məcəllənin 276.1. maddəsinin mahiyyətindən görünür ki, kreditorun tələbi borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.3. və 279.4. maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor MMC-nin Borclu qarşı «borcun tutulması» haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Bu halda hazırkı ərizə üzrə ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Qərardaddan şikayət verilə bilməz. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(060)-7074/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-7074/2021
06.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver