Məhkəmə qərarları › İş №e-2(060)-7075/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7075/2022

13.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7075/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 1726 saylı nikah qeydinin pozulması, övladları xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 50 manat olmaqla, ümumilikdə 150 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Artıq xeyli müddətdir ki, iddiaçı ilə cavabdeh arasında ər-arvad münasibətləri yoxdur. Cavabdeh uşaqların saxlanmasına heç bir maddi və mənəvi köməklik göstərmir. İddiaçı özü heç yerdə işləmir, başqa yerdən qazancı yoxdur. Cavabdeh günəmuzd fəhlədir, gündəlik qazancı 15-20 manatdır. Ona görə də nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, nikahın pozulmasına səbəb cavabdehlə xasiyyətlərinin tutumamasıdır. Barışıq ehtimalı yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddanın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddia tələbi ilə razı olduğunu bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1988-ci ildə, Kürdəmir rayonu, Qarasaqqal kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1979-cu ildə anadan olmuşdur. Nikah haqqında şəhadətnamənin surətinə əsasən tərəflər arasında nikah xx.xx.2007-ci ildə, Sumqayıt şəhər Nikah evində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadları verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən X4 xx.xx.2008-ci ildə, Sumqayıt şəhərində, X6 xx.xx.2016-cı ildə, Sumqayıt şəhərində, X5 isə xx.xx.2010-cu ildə, Sumqayıt şəhərində anadan olmuşdur. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010cu il təvəllüdlü X5 10 yaşına çatdıqları üçün məhkəmə iclasında dinlənilmələri zəruri hesab edilmişdir. xx.xx.2008-ci il təvəllüdlü X4 məhkəmə iclasında valideynləri ayrılacağı təqdirdə anası ilə qalmaq istədiyini bildirmişdir. xx.xx.2010-cu il təvəllüdlü X5 məhkəmə iclasında valideynləri ayrılacağı təqdirdə anası ilə qalmaq istədiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur (19.1.). Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur (21.1.). İşin hallarından göründüyü kimi tərəflər arasında nikahın pozulması ilə bağlı heç bir mübahisə yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli, tərəflər arasında olan nikah pozulmalıdır. Ailə Məcəlləsində nəzərdə tutulmuşdur ki, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər (22.1). Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir (22.2.1.). Göründüyü kimi tərəflərin birgə nikahlarından olan övladlarının iddiaçının yanında saxlanması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Bu səbəbdən yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında saxlanmalıdır. Ailə Məcəlləsində nəzərdə tutulmuşdur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. İddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, aliment barədə iddiaçının tələbi təmin edilməli, hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixində daxil olduğundan alimentin tutulması həmin tarixdən hesablanmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün (nikahın pozulması tələbi üçün) 50 manat dövlət rüsumu ödəmişdir. İddia təmin edildiyindən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixində, Sumqayıt şəhər Nikah evində bağlanmış nikah pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 İddiaçı yanında saxlansınlar. xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixindən hesablansın. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar