Məhkəmə qərarları › İş №e-2(060)-7079/2021

Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(060)-7079/2021

09.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № e-2(060)-7079/2021 09.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, Kreditor MMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Kreditor MMC məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 1899,24 manat məbləğində əsas borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor MMC ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Borclu ilə Kreditor MMC arasında bağlanmış 03.02.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən borcluya 12 ay müddətinə ümumi qiyməti 2286.84 manat dəyərində olan Samsung UE65TU8300UXRU satılmışdır. Borclu alıq-satqı müqaviləsinə əsasən ödəməyi öhdəsinə götürdüyü malın dəyəri qiyməti 2286,84 manatdan ilkin ödəniş olaraq cəmi 387,60 manat ödəniş etmişdir. Borclu ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinnin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərini hissə-hissə 12 aya, hər ay üçün 158,27 manat ödəmək şərt ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək götürdüyü kreditdən hər hansı bir ödəniş etməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Odur ki, borcludan 1899,24 manat məbləğində əsas borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. İşdə olan 03.02.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Borclu Kreditor MMC-dən 1899,24 manat dəyərində Samsung UE65TU8300UXRU məhsulunu 12 ay müddətinə, ayda 158,27 manat ödəniş edilməklə kreditlə nisyə almışdır. İş materiallarında olan 03.02.2021-ci il tarixli akta əsasən Samsung UE65TU8300UXRU məhsulu Borclu təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 07.07.2021-ci il tarixli arayışa əsasən, Borclu 03.02.2021-ci il tarixində bağlanmış müqavilə üzrə 1899,24 manat məbləğində borcu vardır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Ona görə də məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2). Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276, 280 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdi: 27.08.2019-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 03.02.2021-ci il tarixli borc müqaviləsi üzrə 1899, 24 manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Kreditor MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar