Məhkəmə qərarları › İş №e-2(060)-7562/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7562/2025

03.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(060)-7562/2025 03.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSI Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə birgə nikahdan dünyaya gəlmiş ##.##.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün tutulan aliment məbləğinin azaldılaraq 180 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Cavabdeh ilə ##.##.2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahınızdan ##.##.2017-ci təvəllüdlü X1 anadan olmuşdur. Tərəflər bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuş və tərəflər arasında olan nikaha xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə ##.##.2025 tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “aliment miqdarının indeksasiyası” ərizəsi təmin edilərək, cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçı aliment boyun qaçırmır. Lakin maddi cəhətdən öhdəliklərinin çoxluğu onu mənəvi cəhətdən sarsıdır və problemlər yaradır. Beləki bundan başqa ikinci nikahdan da övladı var və ona görə də aliment ödəmək məcburiyyətindədir. Hal hazırda heç bir yerdə işləmir. Hər uşağa 180 manat aliment ödəyə bilir. Alimentin azaldılması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı ilkin mediasıya sessiyasında iştirak etmiş, lakin cavabdeh mediatorun çağırışlarına məhəl qoymayaraq imtina etmişdir. İddiaçı övladını sevir və onun problemlərini həli etmək idiaçının vəzifəsidir. Lakin hazırkı aliment məbləğini ödəməkdə qeyd olunan məsələlər ilə bağlı olaraq çətinlik çəkir. Artıq müəyyən qədər başqa şəxslərə borcu yaranmışdır. Qeyd olunan halların məhkəmə tərəfindən nəzərə alınacağını və ədalətli məhkəmə qərarı çıxarılacağını hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə tələbkar İddiaçı aliment məbləğinin indeksasiyasına dair ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2018-ci il tarixli qətnaməsi ilə ##.##.2017-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunaraq minimum aylıq əmək haqqının 1,18 misli miqdarında müəyyən edilmişdir. - MŞS/MT***/****-***** nömrəli, ##.##.2025-ci il tarixli ilkin medisasiya sesssiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasının keçirilməsində iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat xərc iddiaçı İddiaçı tərəfindən ödənilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədindən görünür ki, ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ##.##.2022-ci il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq X3 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə ##.##.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və qərarın surəti bildirişlə icra sənədi üzrə borclu İddiaçı göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı işsizdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və Cavabdeh ##.##.2017-ci il təvəllüdlü X1 adlı övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə tələbkar İddiaçı aliment məbləğinin indeksasiyasına dair ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2018-ci il tarixli qətnaməsi ilə ##.##.2017-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunaraq minimum aylıq əmək haqqının 1,18 misli miqdarında müəyyən edilmişdir. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə ##.##.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş aliment məbləğini azaltmaqla 180 manat məbləğində müəyyən olunmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin IV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıə sas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Ərizəçi İddiaçı aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə verərkən alimentin miqdarının hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1 misli miqdarına (400 manat) qaldırılmasını məqbul hesab etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1,18 misli miqdarında tutulması qərara alınmışdır. İş materiallarından göründüyü kimi iddiaçı işsizdir. O cümlədən Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023cü il tarixli icra sənədinə əsasən ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq X3 xeyrinə ödənilməlidir. Belə ki, bundan başqa ikinci nikahdan da övladı var və ona görə də aliment ödəmək məcburiyyətindədir. İş materiallarından da göründüyü kimi iddiaçı işsizdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıdan tutulan alimentin bu həddə qaldırılması onun gəlirlərinə uyğun deyil. Buna görə də alimentin məbləğinin azaldılması barədə onun iddiası qismən əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş, *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılmalı, İddiaçı Cavabdeh qızının xeyrinə ##.##.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmənin fikrincə, iddianın bu şəkildə təmin edilməsi həm tərəflərin maddi vəziyyətlərinə, həm də azyaşlının mənafelərinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, bu miqdarda alimentin tutulmasının əvvəli, hazırki qətnamə qanuni qüvvəsini aldığı tarix qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş, *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılsın. Hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, İddiaçı Cavabdeh xeyrinə ##.##.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar