Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7716/2021 03.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili nuranə Həmzə qızının katibliyi ilə, Kreditor MMC-nin Borclu “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib,məhkəmə Müəyyən etdi: Kreditor MMC (bundan sonra kreditor) 1032,86 manat qalıq borcu, 371,83 manat cərimə borcu olmaqla, cəmi 1404,69 manat borcun və 20 manat dövlət rüsumunun Borclu (bundan sonra - borclu) tutulması barədə məhkəmə əmri çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir (279.2.3). Müəyyən olunmuşdur ki, kreditor ilə borclu arasında bağlanmış 10.08.2017-ci il tarixli, SQK02183 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, borcluya 3355,80 manat dəyərində məişət məhsulu nisyə satılmışdır. Hazırda kreditor 1032,86 manat əsas borc məbləğinə 371,83 manat cəriməni cavabdehdən tələb edir. Göründüyü kimi əsas borcla cərimə borcu arasında olan tənasüb gözlənməmişdir. Həmçinin 10.08.2017-ci il tarixli SQK02183 saylı Nisyə alqı satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilənin müddəti 10.08.2018-ci il tarixdə bitmişdir. Belə olan halda iddiaçı tərəfindən müqavilə tələblərinə üç illik iddia müddətinin ötürülüb-ötürülməməsi məhkəmə araşdırması aparılmadan müəyyən edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə əmri haqqında ərizədə tələbetmə hüququ barəsində mübahisə olduğu üçün ərizənin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 275-279-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: Kreditor MMC-nin Borclu “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər kreditora qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-7716/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-7716/2021
03.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver