Məhkəmə qərarları › İş №e-2(060)-7725/2021

Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(060)-7725/2021

09.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № e-2(060)-7725/2021 09.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlu, tələbkar – “Optimal Elektronika" MMC-nin borclu – Borclu (ünvanı: ünvan 1 manat cərimə borclu olmaqla, 923.96 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun borcludan məcburi qaydada tutulması barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə baxaraq m üəyyən e t d i m: Kreditor – “Optimal Elektronika" MMC ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, borclu – Borclu 683 manat əsas borc, 240.96 manat cərimə borcu olmaqla, 923.96 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Hesab edirəm ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmaldır. Belə ki, kreditor – iddiaçı Kreditor MMC ilə cavabdeh Borclu oğlu arasında bağlanmış 02.03.2018-ci il tarixli,SQK02799 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, borcluya 899 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul borcluya təhvil edilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Borcluya dəfələrlə tərəfimizdən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, borclu müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Borclunun kreditor qarşısında müqavilələr üzrə qalıq borcu 683 manat təşkil edir.Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi borclu öhdəsinə götürmüşdür.Borclunun kreditor qarşısında müqavilə üzrə cəminə borcu 2409,62 manat təşkil edir (bax:əlavə olunan maliyyə arayışı). Hazırda borclulara qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edirik. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 240.96 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin aşağıdakı şərtlərinə və nəzərdə tutulmuş bəndlərinə əsasən; 1.1 “Satıcı” Alıcı”ya siyahısı Təhvil-Təslim aktında göstərilən (Mal)ları satır. “Alıcı” isə həmin Mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Mal(lar)ın dəyərini “Satıcı”ya ödəyir. 1.2 “Satıcı” bu müqaviləyə əsasən 899 manat olan avadanlığı “Alıcı”ya nisyə satmağı, “Alıcı” isə satılmış əşyaya görə 80 manat ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. 3.1 ödəniş müddəti bitənə qədər nisyə satılmış mal Kreditor MMC-nin girovu hesab olunur. Borc bitənə qədər nisyə satmış mal Kreditor MMC-nin girovu hesab olunur. Borc bitənə qədər həmin mal satıla və heç kimə bağışlanıla bilməz. Ödəniş gecikdirildiyi halda, “Satıcı” istənilən vaxt 2.4.2 bəndinə uyğun olaraq girov malı müştəridən geri ala bilər. Müştəri də həmin girov malı şirkətin nümayəndələrinə təhvil verməlidir. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə görə də kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 (üç) gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 275-276, 278-282-ci maddələrinə əsasən əmr edirəm: Ərizə təmin olunsun. xx.xx.1959-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Borclu (ünvanı: ünvan 3 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 923.96 manat məbləğində borcun kreditor “Optimal Elektronika" MMC -nin (ünvan: ünvan 4ni aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar