Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-784/2023 16.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2828 (iki min səkkiz yüz iyirmi səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində sığorta ödənişinin, 48.28 (qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqının, cəmi 2876 (iki min səkkiz yüz yetmiş altı) manat 96 (doxsan altı) qəpik məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 məxsus olan “İsuzu SAZ N037” markalı, ** CO *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə edildiyi zaman yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış “TOYOTA RAV-4 MİNİK” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı, “GMC TERRAİN MİNİK” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı və “CHEVROLET CRUZE MİNİK” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə А.М.Mustafayev təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir və Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği ASC tərəfindən 3842.08 (üç min səkkiz yüz qırx iki manat, 08 qəpik) müəyyən edilmiş, həmin məbləğdən 200 (iki yüz) manat məbləğində azadolma məbləği çıxılaraq 3642.08 (üç min altı yüz qırx iki manat, 08 qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Həmin məbləğin 813.8 (səkkiz yüz on üç manat, 80 qəpik) manat məbləğində olan hissəsi А.М.Mustafayevин üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydadda sığortalamış "xxxx" ASC tərəfindən ödənildiyi üçün ASC qalan 2828.28 (iki min səkkiz yüz iyirmi səkkiz manat, iyirmi səkkiz qəpik) məbləğində sığorta ödənişini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna yiyələnmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki,"xxxx" markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən əmlak sığortası qaydasında 77350 (yetmiş yeddi min üç yüz əlli) manat məbləğində sığorta etdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı elektron qərarın surətindən və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan (forma 4) müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə А.М.Mustafayev təqsirli bilinərək Azərbaycan Respublikası İXM-in 327.1-cimaddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş qiymətləndirmə aktından müəyyən olunur ki, baş vermiş sığorta hadisəsinə görə "xxxx" markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ASC tərəfindən 3842.08 (üç min səkkiz yüz qırx iki manat, 08 qəpik) müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 1206/2022 saylı sığorta aktının və xx.xx.2022ci il tarixli ödəniş tapşırığının surətlərindən müəyyən olunur ki, "xxxx" markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləğindən 200 (iki yüz) manat məbləğində azadolma məbləği çıxılaraq 3642.08 (üç min altı yüz qırx iki manat, 08 qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/5396 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş sığorta ödənişinin 2828.28 (iki min səkkiz yüz iyirmi səkkiz manat, iyirmi səkkiz qəpik) məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. Odur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 1206/22 saylı “sığorta akt”ından müəyyən edilir ki, 31 may 2022-ci il tarixində “İsuzu” makralı, ** CO *** dövlət qeydiyyat nişanlı avtobus ** PT *** DQN “GMC” markalı avtomobil ilə toqquşub və sonra “GMC” markalı avtomobil sığortalı ** KK *** DQN “Toyota RAV4 Hibrid” markalı avtomobillə toqquşmuşdur. “Toyota, RAV4 Hibrid” makralı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan, 3842,08 manat məbləğində hesablanmışdır. İşə əlavə edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsi”nin surətindən müəyyən edilir ki, X1 özünə məxsus “Toyota Rav 4 Hibrid” minik markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər "xxxx" ASC-də sığorta etdirmişdir. İş materiallarında olan “İnzibati Tənbeh vermə haqqında” TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında elektron qərarın surətindən görünür ki, А.М.Mustafayev xx.xx.2022-ci il tarixdə, saat 12:15-də idarə etdiyi “İsuzu Saz N037” markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə haqqında tənbeh tətbiq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli "xxxx"ASC-nin ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Şirkəti ASC tərəfindən X5 MMC-nin hesabına 3642 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" Abşeron Mərkəzi MMC-nin qiymətləndirilməsinə dair aktın surətindən görünür ki, “Toyota RAV4 Hibrid” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci ümumilikdə 3842 manat təşkil edir. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, “Subroqasiya hüququ Mülki Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.” Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məssuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət (nəqliyyat vasitələrindən, mexanizmlərdən və ya istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusunu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri ( nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzini ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh А.М.Mustafayevdən 2828 (iki min səkkiz yüz iyirmi səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində sığorta ödənişinin, 48 (qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqının, cəmi 2876,96 (iki min səkkiz yüz yetmiş altı) manat 96 (doxsan altı) qəpik məbləğində pul iddiaçı "xxxx" ASC-nin hesabına tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehdan 2828.28 (iki min səkkiz yüz iyirmi səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində sığorta ödənişinin, 48 (qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqının, cəmi 2876,96 (iki min səkkiz yüz yetmiş altı) manat 96 (doxsan altı) qəpik məbləğində pul iddiaçı "xxxx" ASC-nin hesabına tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-784/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-784/2023
16.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver