Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-8106/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı “Bakı Sığorta» ASС-nin Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim : İddiaçı “Bakı Sığorta» ASС məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, сavabdehlər Cavabdeh və Quliyev Haсı Sarı oğlundan müştərək qaydada 2828,28 manat məbləğində sığorta ödənişinin, 48.28 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının, сəmi 2876,96 manat məbləğində rüsumunun müştərək qaydada сavabdehlərdən tutulub iddiaçı “Bakı Sığorta» ASС-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsinə dövlət rüsumu ödənilməsi barədə qəbz əlavə etsə də, dövlət rüsumu olaraq 35.90 manat ödəmişdir. Halbuki xx.xx.2021-ci il tarixdə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən dövlət rüsumu 48 manat 28 qəpik məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verildiyi üçün ərizə və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı “Bakı Sığorta» ASС-nin Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №e-2(060)-8106/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-8106/2022
13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver