Məhkəmə qərarları › İş №e-2(060)-8167/2021

Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(060)-8167/2021

27.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № e-2(060)-8167/2021 27.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlu, tələbkar – «Vorld Telekom" MMC-nin borclu – Borclu (ünvanı: ünvan 2 və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 868 manat məbləğində borcun borcludan məcburi qaydada tutulması barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə baxaraq m üəyyən e t d i m: Borclu Kreditor MMC-nin xeyrinə 771 (yeddi yüz yetmiş bir) manat məbləğində əsas borc, 77 (yetmiş yeddi) manat məbləğində cərimə 20 (iyirmi) manat məbləğində dövlət rüsumu, cəmi 868 (səkkiz yüz altmış səkkiz) manat məbləğində borcun məcburi qaydada tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Hesab edirəm ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmaldır. Belə ki, kreditor – «Vorld Telekom" MMC ilə Borclu arasında bağlanmış R0006604 nömrəli 15.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 771 manat dəyərində olan Samsung A515 64 DS markalı əşyanı satmışdır. Borclu aldığı əşyaya görə 0 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 771 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, 03.09.2021-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir.Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Tərəflər arasında tərtib olunmuş müqavilənin aşağıdakı şərtlərinə və nəzərdə tutulmuş bəndlərinə əsasən; 1.1 “Satıcı” Alıcı”ya bu müqavilənin şərtlərinə uyğun olaraq, şəxsi istehlak və istifadə üçün 12 (on iki) ay müddətinə 771 (yeddi yüz yetmiş bir) manat məbləğində əmtəəni Samsung A515 64 DS nisyə alqı-satqı şərtlərinə əsasında verir. “Alıcı” aldığı əmtəənin (əşyanın) qiymətinin müqaviləyə əlavə edilən (Ödəniş cədvəli” əsasında hissə-hissə ödəməyi öhdəsinə götürür. 1.2 Əmtəə müqavilə bağlandıqdan sonra bir gün ərzində satıcı tərəfindən alıcının istifadəsinə və faktiki sahibliyinə verir 1.3 Əmtəə alıcıya təhvil verildiyi gündən etibarən hər ay müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən AR MM-nin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada əlavə faiz ödənilməsi tələb edilə bilər. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün çavabdehdir. Azərbaycan Respublikası Mülki Məçəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə görə də kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 (üç) gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 275-276, 278-282-ci maddələrinə əsasən əmr edirəm: Ərizə təmin olunsun. xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Borclu (ünvanı: ünvan 2 və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 868 manat məbləğində borcun kreditor Vorld Telekom" MMC -nin (ünvan: Bakı şəh., Dilarə Əliyeva küçəsi 188, “X1” 10-cu mərtəbə) xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar