Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-954/2024 21.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 500 manat, ümumilikdə 1000 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarmağı xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək, onunla Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixdə 453 saylı nikah qeydinin pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Onların nikahlarından iki övladları: xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 vardır. Cavabdeh ilə xasiyyətləri tutmadığından cavabdehlə ayrı yaşayırlar. Cavabdehlə ilk vaxtlar mehriban yaşasalar da, sonradan aralarındakı normal ailə münasibətləri pisləşməyə başlamışdır. O, cavabdehlə normal ailə münasibətlərini bərpa edə bilmədilər. Bundan sonra hesab edir ki, cavabdehlə birgə yaşamaq mümkün deyil. Son vaxtlardır ki, aralarındakı ər-arvad münasibətinə son qoyulmuş, aralarında hörmət, məhəbbət hissi qalmayıb. Hazırda cavabehlə demək olar ki, yad adamlar sayılırlar. Cavabdehlə bundan sonra ailə kimi yaşamaqları qeyri mümkündür. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə mənkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, məhkəmənin ailənin bərpası üçün həyata keçirəcəyi tədbirlər heç bir müsbət nəticə verməyəcəkdir. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək bidirdi ki, iddia ərizəsində göstərdiyi kimi nikahın pozulması və azyaşlı uşaqlarının onun yanında saxlanılmasına dair iddia tələbinin təmin edilməsini xahiş etməklə yanaşı, həmçinin azyaşlı uşaqlarının saxlanılması üçün cavabdehdən onun xeyrinə aliment tutularaq ona ödənilməsini istəmir. Belə ki, o, cavabdehlə alimentlə bağlı aralarında razılığa gəldiklərini qeyd edərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, o, ailəsinin dağılmaması üçün əlindən gələni etsədə, iddiaçı onunla barışmamışdır. Hazırda aralarında münasibətlər pozulub, bu səbəbdən nikahın pozulmasına və birgə nikahdan olan övladlarının iddiaçının himayəsində qalmasına etiraz etmir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, tərəflər 12 aprel 2011-ci il tarixdə nikaha daxil olmuş, bu nikahdan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarında olan şəxs haqqında elektron məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də şöbə rəisi vəzifəsində çalışır və aylıq əmək haqqısı 2800 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 xx.xx.2023-cü il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X5 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.1. və 20.2-ci maddələrinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh və İddiaçı ilə ər-arvad kimi birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Bu fakt iddiaçının izahatında və işin digər halları ilə də təsdiq olunur. Belə ki, iddiaçı və cavabdeh rəsmi nikahda olsalar da, faktiki olaraq ailə münasibətlərində deyillər, uzun müddətdir birgə təsərrüfat idarə etmirlər. Tərəflərin birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü nəticəsinə gələrkən məhkəmə iddiaçının barışmaq üçün məhkəmə tərəfindən görüləcək hər hansı tədbirin səmərə verməyəcəyi barədə fikrini də əsas götürür. Ailə Məcəlləsinin 22.2-ci maddəsinə görə ər-arvad arasında yetkinlik yaşına çatmayan uşaqların kiminlə qalması, onların saxlanması üçün vəsaitin ödənilmə qaydası, bu vəsaitin miqdarı barədə saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Belə bir saziş olmadığına görə tərəflərin birgə nikahdan olan uşaqlarının kiminlə qalması məsələsini həll edərkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 himayəsində qalması məsələsini həll edərkən məhkəmə, iddiaçının nikah pozulduqdan sonra uşaqların onun himayəsində qalmasını tələb etdiyini və cavabdehin buna etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 anaları-İddiaçı himayəsində saxlanılmalıdırlar. Hazırda məhkəmə iddiaçının nikahın pozulmasında israrlı olduğunu və ailənin faktiki olaraq dağıldığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. İddiaçı məhkəmədə cavabdehə qarşı heç bir aliment tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə iddiaçının nikahın pozulmasına israrlı olduğunu və cavabdehin buna etiraz etmədiyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddiaçının boşandıqdan sonra qızlıq soyadı olan “Nurəliyeva” soyadına keçməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 183-cü maddəsinə əsasən ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu müvafiq icra hakimiyyəti orqanına bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məçəlləsinin 25-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 12 aprel 2011-ci ildə Bakı şəhəri, Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və 453 nömrə ilə qeyd olunmuş nikah qeydi pozulsun. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 anaları- İddiaçı himayəsində saxlanılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-954/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-954/2024
21.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver