Məhkəmə qərarları › İş №e-2(060)-973/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-973/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-973/2022 28.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsassız ödənilmiş sığorta ödənişinin geri qaytarılması tələbinə dair mülki işə 28 mart 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsassız ödənilmiş sığorta ödənişinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona əsassız ödənilmiş 2000 (iki min) manat sığorta ödənişinin, hüquqi xidmət xərcinin 200 (iki yüz) manat hissəsinin, cəmi 2200 (iki min iki yüz) manatın, X2 ona əsassız ödənilmiş 750 (yeddi yüz əlli) manat sığorta ödənişinin, hüquqi xidmət xərcinin 100 (bir yüz) manat hissəsinin, cəmi 850 (səkkiz yüz əlli) manat pulun tutularaq "xxxx" ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, avtonəqliyyat vasitəsi sahibi kimi mülki məsuliyyəti "xxxx" ASC-də icbari qaydada sığortalanmış Kərimov Namiq Səməd oğlunun idarə etdiyi "Hyundai Accent" markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Cavabdeh1 idarə etdiyi "VAZ 21070" markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə 19.08.2019-cu il tarixində saat 21:10 radələrində Bakı-Quba yolunun 30-cu km-də yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı X6 xəsarət aldığı üçün həmin yol-nəqliyyat hadisəsi Sumqayıt ŞPİ TŞ tərəfindən araşdırılmış, nəticədə 19.09.2019-cu il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən YNH-nin baş verməsində "Hyundai Accent" markalı, **-LR- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Kərimov Namiq Səməd oğlu təqsirli bilinərək barəsində İXM-nin 327.1 və 327.8-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə qərar Sumqayıt şəhər Pİ-nin DYP-nə göndərilmişdir. Qeyd edilən qərara müvafiq olaraq Sumqayıt RPİ tərəfindən 20.09.2019-cu il tarixli "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" Arayış tərtib edilmiş və “Təqsiri olan şəxs” kimi "Hyundai Accent" markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Kərimov Namiq Səməd oğlu göstərilmişdir. “Avtomobillərin Texniki Xidmət Mərkəzi”nin tərtib etdiyi 23.09.2019-cu il tarixli qüsur aktına əsasən, Cavabdeh1 idarə etdiyi "VAZ 21070" markalı avtomobilə dəymiş zərər 2000 (iki min) manat müəyyən edilmişdir. Cavabdeh1 və X6 27 sentyabr 2019-cu il tarixli ərizələrlə ayrı-ayrılıqda "xxxx" ASC-yə müraciət edərək, onlara sığorta ödənişinin verilməsini xahiş etmişlər. PXA52495 saylı Sığorta aktı və PXA52497 saylı Sığorta aktı ilə Cavabdeh1 dəymiş zərərin əvəzi kimi 2000 manat, X5 dəymiş zərər 750 manat müəyyən edilmiş, həmin məbləğlər onların plastik kartlarına köçürülməklə sığorta ödənişləri həyata keçirilmişdir. Lakin qəbul edilmiş qərardan narazı qalan vətəndaş Kərimov Namiq Səməd oğlu qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermiş və şikayətə Sumqayıt şəhər məhkəməsində baxılmışdır. Sumqayıt şəhər məhkəməsinin 10.10.2019-cu il tarixli 6(060)-40/2019 saylı qərarına əsasən vətəndaş Kərimov Namiq Səməd oğlu barəsində qəbul edilmiş 19.09.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar ləğv edilmişdir. Bundan sonra Sumqayıt şəhər Pİ TŞ tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20.12.2019-cu il tarixli yeni qərar çıxarılaraq "VAZ 21070" markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. Qeyd edilən qərara müvafiq olaraq Sumqayıt RPİ tərəfindən 28.12.2019-cu il tarixli "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" Arayış tərtib edilmiş və “təqsiri olan şəxs” kimi” "VAZ 21070" markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 göstərilmişdir. Yuxarıda qeyd olunan hallardan da göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsində ilkin olaraq zərərvuran qismində "xxxx" ASC-nin sığortaladığı avtomobilin sürücüsü tanındığından onun zərərçəkənə sığorta ödənişi vermə öhdəliyi yaranmış, "VAZ 21070" markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 2000 (iki min) manat, avtomobildə sərnişin olmuş Cavabdeh2 750 (yeddi yüz əlli) manat sığorta ödənişləri həyata keçirilmişdir. Lakin daha sonra sığortalı avtomobilin sürücüsünün təqsirli olmasını müəyyən edən qərar ləğv edilərək, Sumqayıt şəhər Pİ TŞ tərəfindən qəbul edilmiş 20.12.2019-cu il tarixli qərarla və həmin qərar əsasında tərtib edilmiş 28.12.2019-cu il tarixli "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" Arayışla Cavabdeh1 təqsirli şəxs kimi tanınmışdır. Bu səbəbdən cavabdehlərə 14 dekabr 2020-ci il tarixli, 05/01-1364 və 05/01-1365 saylı pretenziyalar göndərilərək, Cavabdeh2 sağlamlığına dəymiş yüngül zərərə görə ödənilmiş 750 (yeddi yüz əlli) manat sığorta ödənişinin və Cavabdeh1 avtomobilinə dəymiş zərərə görə 2000 (iki min) manatın geri ödənilməsi xahiş edilmişdir. Lakin cavabdehlər tərəfindən hal-hazıradək heç bir ödəniş edilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərə və SS766382953AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan "xxxx" ASC-nin 30.09.2019-cu il tarixli, PXA 52495 saylı sığorta aktından görünür ki, "Hyundai Accent" markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 05.05.2019-cu il tarixdən - 05.05.2020-ci il tarixədək icbari sığorta növü üzrə sığortalanmışdır. Sığortalı avtomobil "Hyundai Accent" markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq vurulmuş zərər 2000 manat qiymətləndirilmişdir. İşdə olan "xxxx" ASC-nin 30.09.2019-cu il tarixli, PXA 52497 saylı sığorta aktından isə görünür ki, 19.08.2019-cu il tarixdə saat 21.10-da Bakı Quba yolunun 30-cu km-də Sığortalı avtomobil "Hyundai Accent" markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobil "VAZ 21070" markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində X6 yüngül dərəcəli xəsarət almışdir. X4 Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Antomiya ETT Birliyin 07.09.2019-cu il tarixli 1265 saylı ekspert rəyinə uyğun olaraq 750 manat qiymətləndirilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ TŞ-nin baş təhqiqatçısı Zamiq Seyfullayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19.09.2019-cu il tarixli qərarından görünür ki, "Hyundai Accent" markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Kərimov Namiq Səməd oğlu barəsində İXM-nin 327.1 və 327.8-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə həmin qərar Sumqayıt şəhər Pİ-nin DYP-nə göndərilmişdir. İşdə olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 20.09.2019-cu il tarixli arayışdan görünür ki, Kərimov Namiq Səməd oğlu idarə etdiyi "Hyundai Accent" markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. İşdə olan 23.09.2019-cu il tarixli qüsur aktından görünür ki, "Hyundai Accent" markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin həcmi ümumilikdə 2000 manat məbləğində müəyyən edilmişdir. İşdə olan 27.09.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən sığorta ödənişini almaq üçün ********** və **********239252 nömrəli kartlar və Şen zərflər Cavabdeh1 təhvil verilmişdir. İş materiallarında olan 27.09.2019-cu il tarixli, təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən sığorta ödənişini almaq üçün ********** və **********767056 nömrəli kartlar və Şen zərflər X5 təhvil verilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 10.10.2019-cu il tarixli 6(060)-40/2019 saylı qərarından görünür ki, həmin qərarla Sumqayıt ŞPİ TŞ-nin baş təhqiqatçısı Zamiq Seyfullayevin cinayət işininn başlanmasının rədd edilməsi haqqında 19.09.2019-cu il tarixli qərarından Kərimov Namiq Səməd oğlu tərəfindən verilmiş şikayəti təmin olunmuş, Sumqayıt ŞPİ TŞ-nin baş təhqiqatçısı Zamiq Seyfullayevin cinayət işininn başlanmasının rədd edilməsi haqqında qərarı qanunsuz hesab edilməklə ləğv edilmiş, HK-1/402 nömrəli material yenidən araşdırılması üçün Sumqayıt şəhər Prokurorluğu vasitəsi ilə Sumqayıt şəhər Polisinə geri qaytarılmışdır. İş materialında olan Sumqayıt ŞPİ TŞ-nin baş təhqiqatçısı Zamiq Seyfullayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20.12.2019-cu il tarixli qərarından görünür ki, "VAZ 21070" markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 barəsində İXM-nin 327.1 və 327.8-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə həmin qərar Sumqayıt şəhər Pİ-nin DYP-nə göndərilmişdir. İşdə olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 28.12.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 idarə etdiyi "VAZ 21070" markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. İşdə olan 05-01-1364 nömrəli 14.12.2020-ci il tarixli, 05-01-1365 nömrəli 14.12.2020-ci il tarixli pretenziya məktublarından görünür ki, ödənilmiş sığorta ödənişinin sığorta şirkətinə geri qaytarılması cavabdehlərə təklif edilmiş, əks halda, bununla əlaqədar, həmin sığorta şirkətinin məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 19.08.2019-cu il tarixdə, saat 21.10-da Bakı-Quba yolunun 30-cu km-də "Hyundai Accent" markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobil və "VAZ 21070" markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə "VAZ 21070" markalı, **-FS-*** dövlət nömrə nişanlı avtomobilə 2000 manat məbləğində zərər, X1 isə 750 manat ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Kərimov Namiq Səməd oğlu Sumqayıt ŞPİ TŞ-nin 19.09.2019-cu il tarixli qərarı ilə təqsirli bilinmiş və onun barəsində İXM-nin 327.1 və 327.8-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən baş vermiş hadisə ilə əlaqədar X5 750 manat, Cavabdeh1 2000 manat sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra N.Kərimov Sumqayıt ŞPİ TŞ-nin 19.09.2019-cu il tarixli qərarından şikayət vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 10.10.2019-cu il tarixli 6(060)-40/2019 saylı qərarı ilə onun şikayəti təmin olunmuş, Sumqayıt ŞPİ TŞ-nin baş təhqiqatçısı Zamiq Seyfullayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş, HK- 1/402 nömrəli material yenidən araşdırılması üçün Sumqayıt şəhər Prokurorluğu vasitəsi ilə Sumqayıt şəhər Polisinə geri qaytarılmışdır. Sumqayıt ŞPİ TŞ-nin 20.12.2019-cu il tarixli qərarı ilə baş vermiş yol nəqliyyat hadisəsində "VAZ 21070" markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli bilinmiş və onun barəsində İXMnin 327.1 və 327.8-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Beləliklə iddiaçı sığorta şirkəti baş vermiş yol nəqliyyat hadisəsində Sumqayıt ŞPİ TŞnin 19.09.2019-cu il tarixli qərarına əsasən sığortaladığı Kərimov Namiq Səməd oğlunun təqsirli olmasını nərəzə alaraq zərərçəkmiş Cavabdeh2 750 manat, zərərçəkmiş Cavabdeh1 isə 2000 manat sığorta ödənişi həyata keçirmişdir. Sonradan sözügedən qərar ləğv edilmiş, Sumqayıt ŞPİ TŞ-nin 20.12.2019-cu il tarixli qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilinmişdir. Beləliklə iddiaçının cavabdehlərə ödədiyi sığorta ödənişlərinin ödənilməsinə əsas olan hüquqi əsaslar aradan qalxmışdır. Nəticədə iddiaçı "xxxx" ASC 2750 (2000+750) manat məbləğində əmlakından məhrum olmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş 2750 (2000+750) manat sığorta ödənişinin cavabdehlər Cavabdeh1 və X2 alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi hüquqi xidmət göstərilməsi üçün ödənilən 300 (200+100) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə bu halı təsdiq edən hər hansı sübut əlavə edilməmiş, o cümlədən məhkəmə iclasında məhkəməyə təqdim edilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi əsas hissədə (təxminən 90 faiz hissəsində) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 50,50 manat dövlət rüsumunun 35,50 manatı Cavabdeh1, 15 manatı isə cavabdeh X2 alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh1 2000 (iki min) manat, X2 750 (yeddi yüz əlli) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumuna görə Cavabdeh1 35,50 (otuz beş manat əlli qəpik), X2 isə 15 (on beş) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar