Məhkəmə qərarları › İş №e-2(061)-1134/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1134/2024

15.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1134/2024 15.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X6 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “inzibati xəta haqqındav protokollara əsasən ödənilmiş pulun geri tələb olunmasına dair” kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında baxaraq, M üə y y ə n e t d i : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 500 manat, Cavabdeh2dan 960 manat məbləğində pul vəsaiti və 34,60 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçınə verilməsinini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-2825 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə “Khazar LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Cavabdehlər lizinq obyekti olan “Khazar LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşlar. Yazılmış cərimələr ödənilmədiyi təqdirdə Yol Hərəkəti haqqında Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq nəqliyyat vasitəsi saxlanılaraq cərimə meydançalarına qoyulur ki, bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsində hüquqları pozulmuş olur. Cavabdehlər həmin cərimələri ödəməkdən yayındıqları üçün İddiaçı MMC-yə məxsus olan “Khazar LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənlmişdir. Sözügedən inzibati xəta haqqında protokollar aşağıdakılardan ibarət olmuşdur: 1. Cavabdeh1 barəsində - İXP ******* saylı protokola görə 96 manat, İXP ******* saylı protokola görə 48 manat, İXP ******* saylı protokola görə 96 manat, İXP ******* saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 64 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat; 2. Cavabdeh2 barəsində - EQ 10136743 saylı protokola görə 16 manat, EQ 10136742 saylı protokola görə 80 manat, EQ 10136738 saylı protokola görə 80 manat, EQ 10136740 saylı protokola görə 64 manat, EQ 10136737 saylı protokola görə 80 manat, EQ 10136730 saylı protokola görə 80 manat, EQ 10136734 saylı protokola görə 64 manat, EQ 10136732 saylı protokola görə 96 manat, EQ 10136728 saylı protokola görə 80 manat, EQ 10136725 saylı protokola görə 64 manat, EQ 10136726 saylı protokola görə 64 manat, EQ 10136727 saylı protokola görə 16 manat, EQ 10136729 saylı protokola görə 80 manat, EQ 10136724 saylı protokola görə 16 manat, EQ 10136723 saylı protokola görə 16 manat, EQ 10136721 saylı protokola görə 64 manat. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu müqavilə qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxsləərə dəymiş zərərə (maddi və mənəvii ziyan, həmçinin səhhətə dəymiş ziyan daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materialından görünür ki, cavabdehlər məhkəmə bildirişi göndərilsə də, o, 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhəməyə göndərməmişdir. Məhkəmə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işdə olan İddiaçı MMC ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2825 saylı “Daxili Lizinq” müqaviləsi və həmin müqavilənin ttərkib hissəsi iln 1 saylı Əlavədən görünür ki, iddiaçı (lizinq verən) 1 ədəd “Khazar LX” markalı avtomobili illik 19 faiz hesablanmaqla, 36 aylıq müddətə 10800 manata lizinq alana lizinqə verməyi, lizinq alan isə lizinq obyektini lizinqə qəbul etməyi və lizinq ödənişlərini qrafikə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13.11-ci bəninə əsasən “öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən öhdəlik lizinq alan tərəfindən 3-cü şəxslərə ötürülə bilər. İşdə olan xx.xx.2024-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan 1 ədəd ağ rəngli, Ban: NVABA1HHFLF632773 olan “Khazar LX” avtomobil X5 təhvil verilmişdir. İşdə olan İddiaçı MMC ilə X7 və X3 arasında üçtərəfli qaydada bağlanmış xx.xx.2021-ci il tarixli MAS-2825 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsindən və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 təhvil verilmişdir. İşdə olan İddiaçı MMC ilə X3 və X4 arasında üçtərəfli qaydada bağlanmış xx.xx.2021-ci il tarixli MAS-2825 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsindən və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 təhvil verilmişdir. İşdə olan İddiaçı MMC ilə X4 və Cavabdeh2 arasında üçtərəfli qaydada bağlanmış xx.xx.2021-ci il tarixli MAS-2825 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsindən və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 təhvil verilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, xx.xx.2020-ci il tarixli MAS-2825 saylı “Daxili Lizinq” müqaviləsi əsasında Cavabdeh2 lizinqə verilmiş “Khazar LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası ərazisində idarə edilməsi ilə bağlı Cavabdeh1 etibarnamə verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Elektron xidmətlər portalından çıxarşlardan görünür ki, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə bağlı yol verilmiş yol inzibati ətalara görə Cavabdeh1 barəsində İXP ******* saylı, İXP ******* saylı, İXP ******* saylı, İXP ******* saylı, İXP ******* saylı, BNA ******* saylı, BNA ******* saylı, BNA ******* saylı, BNA ******* saylı və BNA ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Elektron xidmətlər portalından çıxarşlardan görünür ki, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə bağlı yol verilmiş yol inzibati ətalara görə Cavabdeh2 barəsində EQ 10136743 saylı, EQ 10136742 saylı, EQ 10136738 saylı, EQ 10136740 saylı, EQ 10136737 saylı, EQ 10136730 saylı, EQ 10136734 saylı, EQ 10136732 saylı, EQ 10136728 saylı, EQ 10136725 saylı, EQ 10136726 saylı, EQ 10136727 saylı, EQ 10136729 saylı, EQ 10136724 saylı, EQ 10136723 saylı və EQ 10136721 saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, yol hərəkəti qaydalarının pozuntusuna görə Cavabdeh1 barəsində tərtib edilmiş İXP ******* saylı protokol üzrə 96 manat, İXP ******* saylı protokol üzrə 48 manat, İXP ******* saylı protokol üzrə 96 manat, İXP ******* saylı protokol üzrə 64 manat, İXP ******* saylı protokol üzrə 64 manat, BNA ******* saylı protokol üzrə 18 manat, BNA ******* saylı protokol üzrə 18 manat, BNA ******* saylı protokol üzrə 32 manat, BNA ******* saylı protokol üzrə 32 manat, BNA ******* saylı protokol üzrə 32 manat; 2. Cavabdeh2 barəsində tərtib edilmiş EQ 10136743 saylı protokol üzrə 16 manat, EQ 10136742 saylı protokol üzrə 80 manat, EQ 10136738 saylı protokol üzrə 80 manat, EQ 10136740 saylı protokol üzrə 64 manat, EQ 10136737 saylı protokol üzrə 80 manat, EQ 10136730 saylı protokol üzrə 80 manat, EQ 10136734 saylı protokol üzrə 64 manat, EQ 10136732 saylı protokol üzrə 96 manat, EQ 10136728 saylı protokol üzrə 80 manat, EQ 10136725 saylı protokol üzrə 64 manat, EQ 10136726 saylı protokol üzrə 64 manat, EQ 10136727 saylı protokol üzrə 16 manat, EQ 10136729 saylı protokol üzrə 80 manat, EQ 10136724 saylı protokol üzrə 16 manat, EQ 10136723 saylı protokol üzrə 16 manat, EQ 10136721 saylı protokol üzrə 64 manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 “Khazar LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı yol verdiyi inzibati xətaya görə barəsində tərtib edilmiş inzibati xətalara dair protokollara əsasən ümumilikdə 500 manat cərimənin ödənildiyi və həmin məbləğin 07 gün müddətində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 “Khazar LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı yol verdiyi inzibati xətaya görə barəsində tərtib edilmiş inzibati xətalara dair protokollara əsasən ümumilikdə 960 manat cərimənin ödənildiyi və həmin məbləğin 07 gün müddətində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinə məhkəmədə baxılması üçün İddiaçı MMC tərəfindən dövlət mədaxilinə 34,60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı araşdırılan iddia ərizəsindən və tədqiq edilən iş materiallarından müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-2825 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə “Khazar LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Həmçinin həmin avtomobilin Azərbaycan Respublikası ərazisində idarə edilməsi ilə bağlı iş üzrə digər Cavabdeh1 etibarnamə verilmişdir. Cavabdehlər lizinq obyekti olan “Khazar LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq onlara inzibati cərimə yazılmışdır. Yazılmış cərimələr ödənilmədiyi təqdirdə “Yol Hərəkəti” haqqında Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq nəqliyyat vasitəsi saxlanılaraq cərimə meydançalarına qoyulmalı olduğundan, nəticədə lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən yeni sahiblərin hüquqları pozulduğundan və cavabdehlər həmin cərimələri ödəməkdən yayındıqları üçün cavabdehlərin istifadələrində olarkən “Khazar LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr: Cavabdeh1 barəsində - İXP ******* saylı protokola görə 96 manat, İXP ******* saylı protokola görə 48 manat, İXP ******* saylı protokola görə 96 manat, İXP ******* saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 64 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, ümumilikdə 500 manat; Cavabdeh2 barəsində - EQ 10136743 saylı protokola görə 16 manat, EQ 10136742 saylı protokola görə 80 manat, EQ 10136738 saylı protokola görə 80 manat, EQ 10136740 saylı protokola görə 64 manat, EQ 10136737 saylı protokola görə 80 manat, EQ 10136730 saylı protokola görə 80 manat, EQ 10136734 saylı protokola görə 64 manat, EQ 10136732 saylı protokola görə 96 manat, EQ 10136728 saylı protokola görə 80 manat, EQ 10136725 saylı protokola görə 64 manat, EQ 10136726 saylı protokola görə 64 manat, EQ 10136727 saylı protokola görə 16 manat, EQ 10136729 saylı protokola görə 80 manat, EQ 10136724 saylı protokola görə 16 manat, EQ 10136723 saylı protokola görə 16 manat, EQ 10136721 saylı protokola görə 64 manat, ümumilikdə 960 manat cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər İddiaçı MMC tərəfindən edilmiiş ödənişlərin əvvəzini ödəməmişlər. Ona görə də İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlərin iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə izinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-13.4-cü maddəsinə görə lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. Tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu müqavilə qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxsləərə dəymiş zərərə (maddi və mənəvii ziyan, həmçinin səhhətə dəymiş ziyan daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 vurulmuş zərərə görə 500 manat, digər Cavabdeh2 960 pul və iddia ərizəsinə məhkəmədə baxılması üşün ödənilmiş 34,60 manat məbləğində dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, Qətetdi: İddia təmin edilsin. Cavabdeh1 vurulmuş zərərə görə 500 manat, digər Cavabdeh2 vurulmuş zərərə görə 960 pul və iddia ərizəsinə məhkəmədə baxılması üşün ödənilmiş 34,60 manat məbləğində dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tahir Qubadov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar