Məhkəmə qərarları › İş №e-2(061)-1214/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1214/2025

27.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1214/2025 27.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və vəkili, vəkalətli nümayənəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə İddiaçı, Cavabdeh qarşı 21252 (iyirmi bir min iki yüz əlli iki) manat pul vəsaitinin alınıb ona verilməsi tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduqları 21252 (iyirmi bir min iki yüz əlli iki) manat pul vəsaitinin, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faizin yarım il üçün 2,5 faiz hissəsi olan 531 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 7,5 faizin yarım il üçün 3,75 faiz hissəsi olan 797 manat, cəmi 22580 manat pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi və dövlət rüsumu qismində ödənilmiş 158 manat pul vəsaitinin, ümumilikdə 22,738 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun etibarından sui istifadə edərək 21252 manat pul vəsaitini mənimsəmiş, onu aldadaraq geri qaytarmamışdır. 2023-cü ilin son aylarında "xxxx" MMC-in ekspediteli olaraq getdiyi Bilgəh qəsəbəsində yerləşən “Kənan Market”-də Cavabdeh kassir olaraq tanımışdır. Həmin vaxtdan münasibət yaranmış, bir neçə ay dostluq etdikdən sonra ona Qarabağa mal-ərzaq aparan və satan tanışı olduğunu, birlikdə iş görə biləcəklərini, bir az pul qazana biləcəyini bildirmişdir. Mən isə bir qədər fikirləşdikdən sonra ona işlədiyi "xxxx" MMC -in öz əməkdaşlıq etdiyi şirkətlərin olduğunu bildirmiş, lakin dostu Şahid Cəlilabad rayonunda topdan satış “TOPAR” marketi olduğunu, onunla birlikdə iş görə biləcəklərini demişdir. Bundan sonra Şahid Bakı şəhərinə gəldikdə onu Cavabdeh ilə görüşdürmüşdür. Onlar aralarında Şahid Cavabdeh mal göndərəcəyini, Elmirin isə satılması üçün Qarabağa göndərəcəyini ilə bağlı şifahi razılığa gəlmişlər. X2 getməyin onun üçün çətin olacağını bildirərək ondan kömək etməsini xahiş etmişdir. O, isə sadəcə malı Şahmardan götürüb ona çatdıracağı mövzusunda razılaşmışdır. Bundan sonra iki dəfə onun vasitəsi ilə Şahmardan mal götürülmüş, Elmirə çatdırılmış, hər birində ayrı-ayrılıqda müvafiq olaraq 5000 manat və 6000 manat ödənişlmir tərəfindən ona verilmiş, o da Şahmara çatdırmışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixli sifariz əsasında xx.xx.2024-cü il tarixdə ümumilikdə dəyəri 21252 manat olan 12000 ədəd göy bizon enerji içkisi, 2400 ədəd qırmızı bizon içkisi, 4800 ədəd istisu suyu, 1200 ədəd GO enerji içkisi və 2400 ədəd berg turbo enerji içkisini “Mersedes Atego” nəqliyyat vasitəsinə yükləyərək xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Elmirə təhvil vermişdir. Ona pulu yaxın günlərdə verəcəyini bildirmişdir. Bundan sonra həfətələr keşmiş, Şahmar Elmirə dəfələrlə zəng etmiş, lakin Elmir telefonu ya açmamış, ya da bəhanələr gətirmişdir. Daha sonra noyabr ayının əvvəllərində Elmir ona pis vəziyyətdə qoyduğu üçün onun xahişi əsasında 21252 manat pul vəsaitini Şahmara ödəmişdir. Elmir ona daha sonra pulu qaytaracağına söz vermişdir. Bundan sonra indiyədək Elmirdən pulu mal və borcunu qaytarmaq adı ilə istəmiş, aralarında Whotsapp” vasitəsi ilə və telefon zəngi vasitəsi ilə danışıqlar olmuş, pulu qaytaracağını bildirmiş, lakin hələ də qaytarmamış və mənimsəmişdir. İddia ərizəsinə əlavə etdikləri, Azərbaycan Mərkəzi Bankının saytından götürülmüş çıxarışdan görünür ki, 2024-2025ci illər arasında ortalama bank uçot dərəcəsi 7,5 faizdir. Qeyd etdiyi faktiki halları Şahid da şahid qismində izahat verərək təsdiq edə bilər. İddia ərizəsində qeyd edildiyi kimi cavabdeh tərəfindən öhdəlik yerinə yetirilməmiş, artıq öhdəliyin icra müddətinin üzərindən 6 aydan çox müddət keçmiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehin əvəzinə borc olaraq ödənilmiş 21252 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faizin yarım il üçün 2,5 faiz hissəsi olan 531 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 7,5 yarım il üçün 3,75 faiz hissəsi olan 797 manat, cəmi 22580 manat pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi zərurəti yaranmışdır. Göstərdiklərinə əsasən onun tərəfindən Cavabdeh əvəzinə borc olaraq ödənilmiş 21252 manat pul vasitəsinin iddiaçıya geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faizin yarım il üçün 2,5 faiz hissəsi olan 531 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 7,5 faizin yarım il üçün 3,75 faiz hissəsi olan 797 manat, cəmi 22580 manat pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi və dövlət rüsumu qismində ödənilmiş 158 manat pul vəsaitinin, ümumilikdə 22,738 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatları müdafiə edərək, tələbini tam qanuni və əsaslı hesab edərək, təmin olunması barədə qətnamə çıxarılmasını bir daha xahiş etmişdir. İddiaçı həmçinin onu da qeyd etmişdir ki, Cavabdeh ilə 2023-cü ildən tanış olduğunu bildirmişdir. Münasibətləri normal olmuşdur. 2024-cü ildə Cavabdeh ona Qarabağa mal satıb, pul qazana biləcəyini, cavan ailə olduğu və ona mal götürməsində köməklik etməsini xahiş etmişdir. O, işlədiyi firmada bunun mümkün olmadığını bildirmiş və bu məqsədlə onu Şahid yönləndirmişdir. Şahidla Cavabdeh Bakı şəhərində görüşmüşlər. Belə qərara gəlmişlər ki, Şahmar mal verəcək Elmir də malı satıb onun pulunu verəcək. Elmir 2 dəfə mal götürmüş pulunu vermiş, axırıncı dəfə 21252 manatlıq malı Bilgəh qəsəbəsində Cavabdeh təhvil vermiş, lakin Cavabdeh həmin malın pulunu verməmişdir. Şahmardan malı o, götürüb Cavabdeh verdiyi üçün pulu Şahmara ödəmişdir. Bununla bağlı səs yazıları olduğunu, avtomobilə yüklənmiş malın fotoşəkilinin də olduğunu bildirmişdir. Şahmara 21252 manat pul ödəmişdir. Hazırda da həmin pulu ödəmək üçün götürdüyü kreditlə bağlı 4 banka borcu olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir, onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını və iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili, vəkalətli nümayənəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında göstərmişdir ki, İddiaçı pulu borc olaraq Şahid vermişdir. Bu münasibətlər də borc münasibətlərindən ibarətdir. İddiaçı şahid gətirmişdir ki, həmin şahidin dindirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir, onun məhkəmə iclasına gəlməməsinin iddia tələbini etiraf etməsi kimi qiymətləndirilməsini və göstərinləri nəzərə alaraq iddianın əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci tarixli EQ-24**-VK-***5/25 saylı elektron vəkil orderindən görünür ki, İddiaçı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlayaraq ona etibarnamə vermiş və məhkəmə iclasılarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. İddiaçı tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, iş üzrə iddiaçı və cavabdehi tanıyır, Orxanla dostluq münasibəti olmuş, cavabdehi mal verdiyi üçün tanışıdır. Onunla da heç bir ədavəti olmamışdır. 2024-cü ilin fevral ayında Orxan onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, bir nəfər tanışının olduğunu bildirmişdir. Həmin adamın kim olduğunu soruşmuş, Orxan onu həmin şəxslə tanış edə biləcəyini bildirmişdir. O, həmin ərəfədə Bakı şəhərinə getmiş və Orxan Cavabdeh ilə onu tanış etmişdir. Sonra fevral-mart ayında Elmirə 5000 manatlıq və sonra isə 6000 manat dəyərində mal göndərmişlər. Cavabdeh həmin malların pullarını vermişdir. Sonradan 2024-cü ilin 15 oktyabr tarixdə 21252 manat dəyərində “Mersedes Atego” nəqliyyat vasitəsinə yükləyərək Cavabdeh göndərmişlər. İddiaçı malı təhvil alıb aparıb malı Elmirə təhvil vermişdir. Elmir həmin malların pulunu ödəməmişdir. Dəfələrlə ona zəng etmiş, telefonu açmamış, sonradan ona cavab vermiş, Orxanla danışdığını və onun pulunu göndərəcəyini bildirmişdir. Ondan sonra da pulu göndərməmişdir. Sonradan Orxan onun yanına gəlmiş, pulu özünün verəcəyini bildirmiş və Cavabdeh zəıng edərək onun borcunu ona verdiyini demiş, Cavabdeh razı olmuş və bundan sonra Orxan ona çatacaq pulu vermişdir. Hazırda Cavabdeh ona borcu qalmamışdır. İddiaçı tərəfin iş materiallarına əlavə etdiyi diskə baxış keçirilir. Diskdə konkret olaraq cavabdehin iddiaçıdan hansı məbləğdə mal götürməsi, ona nə qədər borclu olması gösgərilməsə də, tərəflər arasında pul borcu ilə bağlı söhbət getdiyi müəyyən olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddiaçının izahatını, vəkilinin fikrini, şahid ifadəsini, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən etdi ki, İddiaçı Cavabdeh əvəzinə onun razılığı ilə Şahid olan borcunu ödəmiş, lakin Cavabdeh İddiaçı olan borcunu ödəməmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, Cavabdeh ilə 2023-cü ildən tanış olmuş, münasibətləri normal olmuşdur. 2024-cü ildə Cavabdeh ona Qarabağa mal satıb, pul qazana biləcəyini, cavan ailə olduğu və ona mal götürməsində köməklik etməsini xahiş etmişdir. O, işlədiyi firmada bunun mümkün olmadığını bildirmiş və bu məqsədlə onu Şahid yönləndirmişdir. Şahidla Elmir Salmarlı Bakı şəhərində görüşmüşlər. Belə qərara gəlmişlər ki, Şahmar mal verəcək Elmir də malı satıb onun pulunu ödəyəcəkdir. Elmir 2 dəfə mal götürmüş pulunu vermiş, axırıncı dəfə 21252 manatlıq malı Bilgəh qəsəbəsində Cavabdeh təhvil vermiş, lakin Cavabdeh həmin malın pulunu verməmişdir. Şahmardan malı o, götürüb Cavabdeh verdiyi üçün pulu Şahmara ödəmişdir. Bununla bağlı səs yazıları olduğunu, avtomobilə yüklənmiş malın fotoşəkilinin də olduğunu bildirmişdir. Şahmara 21252 manat pul ödəmişdir. Hazırda da həmin pulu ödəmək üçün götürdüyü kreditlə bağlı 4 banka borcu olduğunu bildirmişdir. İddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etməmiş, eləcə də məhkəmə iclasına gəlməsə belə, iddia tələbinə qarşı hər hansı bir sübutu, eləcə də etiraz ərizəsini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırda cavabdeh borc aldığı pulu iddiaçı tərəfə qaytarmadığı üçün tərəflər arasında mübahisə yaranmışdır. Belə olan halda iddiaçı borc verdiyi pulu tələb etmiş, cavabdeh isə əsassız bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Bununla da cavabdeh iddiaçının pulunu özündə saxlamışdır. Ona görə də iddiaçı əlverişsiz vəziyyətə düşmüş və onun cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə iclasında ifadə vermiş Şahid məhkəmə iclasında verdikləri ifadəsi ilə bir daha İddiaçı Cavabdeh əvəzinə onun Şahid borclu olduğu 21252 manat pulu özünün razılığı ilə vermiş, lakin Cavabdeh İddiaçı olan borcunu qaytarmadığını təsdiq etməsini iş üzrə sübut növü kimi qəbul edilməsini məqsədmüvafiq hesab etmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddiaçının cavabdehə 21252 manat məbləğində pulun verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı pulun məbləğinin 21252 manat olduğunu bildirməsi məhkəmə iclası zamanı ifadə vermiş Şahid veridyi ifadəsi ilə tam südut olunur, lakin cavabdeh isə həmin halı təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı iddia tələbində həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faizin yrım il üçün 2,5 faiz hissəsi olan 531 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 7,5 faizin yarım il üçün 3,75 faiz hissəsi olan 797 manat pul vəsaitinin də cavabdeh tərəfindən ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin həmin hissəsinin də əsaslı olduğunu və təmin edilməsini məqsədmüvafiq hesab etmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsində göstərilmişdir ki, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Eyni zamanda, Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Azərbaycan Respublikası MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Ona görə də məhkəmə iddiaçının bildirdiklərini və təqdim etdiyi sübutları inandırıcı və ağlabatan hesab edir və cavabdehdən ümumilikdə 22580 (iyirmi iki min beş yüz səksən) manat pul vəsaitinin alınıb iddiaçıya verilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı tərəf cavabdehin razılığı ilə onun borcunu Şahid ödəmiş, lakin cavabdeh iddiaçıya boclu olduğu pulu qaytarmamışdır. Beləliklə cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan əldə etdiyi pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin heç bir hüquqi əsas olmadan əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, borc münasibətlərinin mövcudluğu üçün tərəflər arasında borc müqaviləsi bağlanmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsi borc münasibətlərinin mövcudluğu üçün onlar arasında şifahi qaydada borc müqaviləsinin bağlanmasını da mümkün hesab edir. Ona görə də tərəflər arasında yazılı qaydada tərtib olunmuş borc müqaviləsinin olmaması borc müqaviləsinin ümumiyyətlə mövcud olmaması kimi qəbul etmək olmaz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqi normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 158 (yüz əlli səkkiz) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının izahatını, şahid ifadəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh onun borclu olduqları 21252 (iyirmi bir min iki yüz əlli iki) manat pul vəsaiti, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faizin yarım il üçün 2,5 faiz hissəsi olan 531 (beş yüz otuz bir) manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 7,5 faizin yarım il üçün 3,75 faiz hissəsi olan 797 (yeddi yüz doxsan yeddi) manat, cəmi 22580 (iyirmi iki min beş yüz səksən) manat pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 158 (yüz əlli səkkiz) manat alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh onun borclu olduqları 21252 (iyirmi bir min iki yüz əlli iki) manat pul vəsaiti, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faizin yarım il üçün 2,5 faiz hissəsi olan 531 (beş yüz otuz bir) manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 7,5 faizin yarım il üçün 3,75 faiz hissəsi olan 797 (yeddi yüz doxsan yeddi) manat, cəmi 22580 (iyirmi iki min beş yüz səksən) manat pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 158 (yüz əlli səkkiz) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar