Məhkəmə qərarları › İş №e-2(061)-1771/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1771/2025

06.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1771/2025 06.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs Maraqlı şəxs olmaqla alimentin məbləğinin azaldılması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli 8(061)-129/2025 saylı qərardadına əsasən qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(061)-1226/2014 saylı məhkəmə qətnaməsinə əsasən onunla Cavabdeh birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulması qət edilmiş 100 manat sabit pul məbləğində alimentin miqdarının xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı ərizəçi Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay üçün 0,95 misli həddində indeksasiya olunması müəyyən olunmuş sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 168 manat və ya sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə məhkəmə aktı çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ilə aralarında olan mübahisələrə görə ayrı yaşayırlar. Tərtər Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə aralarında olan nikahları pozulmuşdur. Uşaq cavabdehin yanında qalmışdır. Daha sonra Tərtər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(061)-1226/2014 saylı qətnaməsinə əsasən Cavabdeh ona qarşı aliment məbləğinin sabit pul məbləğində artırılmasına dair iddiası qismən təmin edilmiş, ondan xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Tərtər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(061)-935/2011 saylı qətnaməsi ilə qət edilmiş 60 manat miqdarında aliment artırılmış, xx.xx.2011-ci il təvəllüdlü 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 10 manat miqdarında sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli, 2(061)-1226/2014 saylı məhkəmə qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasıı üçün hər ay 100 (yüz) manat alimentin miqdarının artırılaraq hazırda ölkə üzrə müəyyən olunmuş 400 (dörd yüz) manat minimum əmək haqqına münasibətdə 0,68 misli həddində indeksasiya olunmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli 8(061)-129/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli, 2(061)- 1226/2014 saylı məhkəmə qətnaməsinə əsasən borclu İddiaçı ilə birgə nikahdan olmuş 31 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşıana çatanadək saxlanılması üçün borclu İddiaçı hər ay üçün tutulması müəyyən edilmiş 100 (yüz) manat sabit pul məbləğində alimentin miqdarı 24 iyun 2025-ci il tarixdən başlayaraq borclu İddiaçı ərizəçi Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay üçün 0,95 misli həddində indeksasiya olunmuşdur. Həmin qərardaddan şikayət vermiş, lakin şikayəti geri qaytarılmışdır. Uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Belə olan halda hər bir uşağa görə müəyyən edilmiş yaşayış minimumunun, yaxud ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının yarısının o, yarısının isə Cavabdeh ödəməlidir. O, cavabdehlə boşandıqdan sonra Elnarə Əliyueva ilə ailə qurmuş, bu evlilikdən xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı iki uşaqları olmuşdur. O, X10 Şöbəsində MMX üzrə mühafizəçi işləyir. Aylıq Əmək haqqı 390 manat təşkil edir. Onun aylıq qazancı təkcə iddiaçı Cavabdeh ilə nikahdan olan uşaqlarının saxlanmasına deyil, eyni zamanda üçüncü şəxs olan Maraqlı şəxs birgə nikahdan olan uşaqların saxlanmasında yetməlidir. Maddi vəziyyəti ağırdır, başqa yerdən gəliri yoxdur. Hazırda o, məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarına əlavə edilmiş SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə elektron qaydada ünvanladığı ərizəsində göstərmişdir ki, İddiaçı ona qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddiası üzrə mülki iş icraatdadır. Həmin iş üzrə növbəti məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 12:30-a təyin edilmişdir. İlk olaraq, həmin iddia tələbi üzrə bildirmişdir ki, İddiaçı iddiasını qəbul etmir və rədd olunmasını xahiş edir. Belə ki, onların birgə nokahlarından doğulmuş X6 artıq 15 yaşının içindədir. Bu vaxta qədər özünü ata sayan iddiaçı öz övladını bir dəfə də olsun görməmişdir. Onunla heç vaxt maraqlanmamış və bu yaxınlarda uşaq özü onu görmək istədikdə ona atası ilə məsləhətləşin fikrini bildirəcəyini demişdir. Bununla da öz övladına yaddaşından silinməyəcək travma yaşatmışdır. Hal-hazıra qədər də aliment olaraq ödədiyi məbləğ əvvəl hər ay 60 manat, sonra isə 100 manat olmuşdur ki, bu şəxs bir dəfə də olsun düşünməmişdir ki, indiki dövrdə 100 manatla uşaq saxlanıla bilərmi?. Eyni zamanda heç vaxt narahat olmamışdır ki, onun övladı nə yeyir, nə içir, nə geyinir, məktəbə necə gedir, onun təhsil xərclərini, hazırlıq məsrəflərini tək ana necə ödəyə bilir. Hələ digər zəruri xərcləri bildirməmişdir. İndi isə, birdən birə aldığı əmək haqqını və 2 uşağını bəhanə gətirərək qanuna əsasən müəyyən olunmuş aliment məbləğini ödəməkdən boyun qaçırmaq istəyir. Halbu ki, onların hektarlarla torpaq sahələri və birgə idarə etdikləri şəxsi təsərrüfatları -iribuynuzlu və xırdabuynuzlu heyvanlardan ibarət fermaları vardır. Yəni həmin məbləği ödəmək onun üçün heç bir problem yarada bilməz. Odur ki, öhdəsində azyaşlı övladının olduğundan və Bakı şəhərində yaşadığından, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirak olmadan keçirilib yekun iddianın rədd edilməsi barədə məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasında göstərmişdir ki, İddiaçılə ailə qurmuş, nikahları xx.xx.2018-ci ildə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı iki uşaqları olmuşdur. Həyat yoldaşı İddiaçı X10 Şöbəsində MMX üzrə mühafizəçi işləyir. Onun aylıq əmək haqqı 390 manat təşkil edir və aylıq qazancı təkcə iddiaçı ilə nikahdan olan uşağının saxlanmasına deyil, eyni zamanda onunla birgə yaşadıqları dövrdə anadan olmuş uşaqların saxlanmasına da çatmalıdır. Maddi vəziyyətləri ağırdır. Həyat yoldaşı İddiaçı qərardadla müəyyən olunmuş alimenti ödəməyə imkanı yoxdur. Qətnamə qəbul edərkən nəzərə alınmasını xahiş etmişdir. İşdə olan AZ-İİ № 236670 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Maraqlı şəxs arasında nikah xx.xx.2018-ci ildə 18 sayla Tərtər rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. İşdə olan AZ-İV № 157601 nömrəli doğum haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. İşdə olan Tərtər rayon Dəmirçilər kənd İƏD-i üzrə nümayəndənin verdiyi 142 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Tərtər rayon Dəmirçilər kəndində yaşayır və ailə üzvləri arvadı Maraqlı şəxs, qızı X5 və oğlu X4 ibarətdir. Qeyd : Arvadı Maraqlı şəxs ərazidə heç bir yerdə işləmir. İşdə olan Tərtər rayon Dəmirçilər kənd İƏD-i üzrə nümayəndənin verdiyi 420 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əliyev X1 yaşayır, 0,28 ha pay torpaq sahəsi vardır, başqa yardımçı təsərrüfatı yoxdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerindən arayışın surətindən görünür ki, İddiaçı X10 Şöbəsində işləyir və 431 manat əmək haqqı alır. İşdə olan Gənvə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(0104)-178/2025 saylı qərardadının surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(061)- 129/2025 saylı qərardadından görünür ki,borclu İddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Tərtər Rayon Məhkəməsinə qaytarılmışdır. İşdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(061)-129/2025 saylı qərardadının surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(061)- 129/2025 saylı qərardadından borclu İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli mediasiya arayışından görünür ki, İddiaçı alimentin azaldılması ilə bağlı müraciət etmiş, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 14-00-da ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı məlumat verilmiş, lakin o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı 60 manat xidmət haqqını ödəmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(061)-129/2025 saylı qərardadının surətindən görünür ki, qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(061)-1226/2014 saylı məhkəmə qətnaməsinə əsasən onunla Cavabdeh birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulması qət edilmiş 100 manat sabit pul məbləğində alimentin miqdarının xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı ərizəçi Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay üçün 0,95 misli həddində indeksasiya olunması müəyyən olunmuş, qərardadın icrasının Tərtər rayon İcra və Probasiya Şöbəsinə tapşırılması qərara alınmışdır. İşdə olan İddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onun tərəfindən imzalanmadığından məhkəmə ərizənin məkəmədə mübahisələndirilməsini məqsədmüvafiq hesab etməmişdir. Məhkəmə iddiaçının, üçüncü şəxsin izahatlarını, işdə olan cavabdehin etiraz ərizəsini, sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər aralarında olan mübahisələrə görə ayrılmış, ər-arvad münasibətləri pozulmuşdur. Tərəflərin birgə yaşadıqları dövrdə olmuş xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşaq cavabdehin himayəsində saxlanılmışdır. Uşağın saxlanılması üçün hər ay İddiaçı 100 manat aliment ödəməsi müəyyən edilmişdir. Cavabdeh ərizəsinə əsasən Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(061)-129/2025 saylı qərardadı ilə, qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(061)-1226/2014 saylı məhkəmə qətnaməsinə əsasən onunla Cavabdeh birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulması qət edilmiş 100 manat sabit pul məbləğində alimentin miqdarının xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı ərizəçi Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay üçün 0,95 misli həddində indeksasiya olunması müəyyən olunmuş, qərardadın icrasının Tərtər rayon İcra və Probasiya Şöbəsinə tapşırılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 8xx.xx.2025-ci il tarixli 8(0104)-178/2025 saylı qərardadının surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(061)-129/2025 saylı qərardadından borclu İddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinə qaytarılmışdır. İşdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(061)-129/2025 saylı qərardadının surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(061)-129/2025 saylı qərardadından borclu İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, qərardadla müəyyən edilmiş 0,95 misli həddində aliment məbləğini ödəyə bilməyəcəyini, maddi vəziyyətinin ağır olduğunu, başqa qadınla ailə qurduğunu, iki uşağının olduğunu, aylıq əmək haqqının 350 manat olduğunu, başqa yerdən qazancının olmadığını, yeni qurduğu ailəsini çətinliklə saxladığını göstərmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh qismində Cavabdeh elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində iddiaçının tərəfin hektarlarla torpaq sahələri və birgə idarə etdikləri şəxsi təsərrüfatları, iribuynuzlu və xırdabuynuzlu heyvanlardan ibarət fermaları olduğunu göstərsə belə bunlarla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. O, yalnız şəxsi mülahizələrinə əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. Həmin maddədə göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının azaldılaraq hər ay xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaq ananın yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, onun tərəfindən ödənilir. Eyni zamanda nəzərə alınmalıdır ki, tərəflər arasında aliment ödənilməsi barədə saziş olmamışdır. Aliment məhkəmə qaydasında 2014-cü ildə təyin edilmiş və hər ay 100 manat alimentin alınıb cavabdehə verilməsi qət edilmişdir. Göründüyü kimi aliment təyin edilməsi təqribən 11 il bundan qabaq olmuşdur. İddiaçı məhkəməyə təqdim etdiyi mötəbər sübutlardan görünür ki, onun maddi vəziyyətində artımlar olmamış, bununla yanaşı, cavabdehlə boşandıqdan sonra ailə qurmuş və həmin ailədə iki övladı anadan olmuşdur. Eləcə də Tərtər rayon Dəmirçilər kənd İƏD-i üzrə nümayəndənin verdiyi 420 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əliyev X1 yaşayır, 0,28 ha pay torpaq sahəsi vardır, başqa yardımçı təsərrüfatı yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın maraq və mənafeyini, iddiaçının himayəsində yaşamasını, normal inkişafını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının iddia tələbində göstərdiyi ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə normal miqdardadır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin azaldılması, yəni alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində müəyyən edilməsi üçün əsaslar mövcuddur. Məhkəmədə elan olunmuş iddiaçı tərəfindən təqdim etdiyi sənədlərdə onun cavabdehlə boşandıqdan sonra ailə qurduğunu, iki övladının olduğu qeyd olunmuşdur. Eləcə də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində müəyyən edənilən alimentin miqdarının azaldılaraq cavabdehə bir uşağın saxlanması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində müəyyən edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində müəyyən edilməsi azyaşlı uşağın mənafelərinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafelərini və cavabdehin himayəsində yaşamasını, iddiaçının maddi və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq hesab edir ki, iddiaçıdan hər ay bir uşağa görə tutulan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində müəyyən edilmiş alimentin miqdarının azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində müəyyən edilməsi azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iddiaçının, üçüncü şəxsin izahatlarına, cavabdehin iddia tələbinə qarşı etiraz ərizəsinə, araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı halhazırda Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli 8(061)-129/2025 saylı qərardadına əsasən Cavabdeh birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay üçün 0,95 misli həddində indeksasiya olunması müəyyən olunmuş sabit pul məbləğində alimentin miqdarının azaldılaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün qərardad qanuni qüvvəsini alan gündən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində aliment tutulmalı, Cavabdeh xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı hal-hazırda Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli 8(061)-129/2025 saylı qərardadına əsasən Cavabdeh birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay üçün 0,95 misli həddində indeksasiya olunması müəyyən olunmuş sabit pul məbləğində alimentin miqdarının azaldılaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün qərardad qanuni qüvvəsini alan gündən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində aliment tutulsun, Cavabdeh xeyrinə ödənilsin. Qətnamənin icrası Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar