Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-225/2025 06.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi iddiaçı (birləşdirilmiş iddia tələbi üzrə cavabdeh) İddiaçı nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Nümayəndə, cavabdeh (birləşdirilmiş iddia tələbi üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə və həmin işlə bir icraatda birləşdirilmiş iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 365000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh göndərilmiş 2,801,000 (iki milyon səkkiz yüz bir min) Rusiya rublu, 2,510 (iki min beş yüz on) ABŞ dolları, 115,330 (bir yüz on beş min üç yüz otuz) manat müqabilində Tovuz rayonu, Aşağı Quşçu kəndində qeyri-yaşayış sahəsi, Gəncə şəhərində Mərkəzi Univermağın yaxınlığında 2 otaqlı mənzil və Mazda XS7 markalı, ** SV *** dövlət qeydiyyatlı minik avtomobili alınmışdır. Aparılmış məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, adları yuxarıda qeyd olunan əmlaklar o əsasla cavabdehin adına alınmışdır ki, iddiaçı gəldikdən sonra cavabdeh həmin əmlakları onun adına rəsmiləşdirsin. Ancaq Cavabdeh öhdəliyini icra etməmişdir. Məhkəmə mübahisələndirilən əmlaklara onun mülkiyyət hüququnu ləğv edə bilmədiyindən, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 3 noyabr tarixli, 2(104)- 2240/2023 saylı qətnaməsi ilə yalnız İddiaçı tərəfindən göndərilən və həmin əmlakların alınmasına sərf edilən məbləğlər Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırki mübahisə İddiaçı vəsaiti hesabına alınmış əmlakların hal-hazırkı bazar qiyməti ilə bağlı əldən çıxmış fayda ilə bağlı olmuşdur. Cavabdeh göndərilmiş vəsaitin nəticəsi olaraq Tovuz rayonu, Aşağı Quşçu kəndində qeyri-yaşayış sahəsi, Gəncə şəhərində Mərkəzi Univermağın yaxınlığında 2 otaqlı mənzil və Mazda XS7 markalı, ** SV *** dövlət qeydiyyatlı minik avtomobili əldə edilmişdir. Bu gün Tovuz rayonu, Aşağı Quşçu kəndində qeyri-yaşayış sahəsinin real bazar qiyməti 400,000-450,000 manat və Mərkəzi Univermağın yaxınlığında 2 otaqlı mənzilin real bazar qiyməti isə 60,000-65,000 manat civarında olmuşdur. Məhkəmə qətnamələri ilə işin mübahisə olunmayan halı ondan ibarət olmuşdur ki, Cavabdeh qeyd olunan əmlakları İddiaçı adına rəsmiləşdirməli olduğu halda, bundan imtina etmişdir. Yalnız məhkəmə qətnaməsi ilə ona göndərilmiş vəsaiti geri qaytarmışdır. Əslində isə o, həmin əmlakları geri qaytarmamaqla əsassız varlanmışdır. Əldən çıxmış fayda ilə bağlı dəlilləri isə ondan ibarət olmuşdur ki, icra vərəqəsi 2024-cü il 27 iyul tarixdə verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən ödəniş qəsdən gecikdirilmiş, 169,000 manat vəsait 2024-cü il 16 oktyabr tarixdə ödənilmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 365,000 manat ziyan dəymişdir. Belə ki, cavabdehin mülkiyyət hüququ əldə etdiyi əmlakların dəyəri ümumilikdə 529,000 manatdır ki, cavabdeh həmin məbləğdən 169,000 manat qaytarmışdır. 169,000 manat məbləği 4 ay ərzində saxlamaqla əlavə olaraq 5000 manat ziyana düşmüşdür. İlk iddia tələbinə etirazın əsaslandırıldığı hallar Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, o, İddiaçı Tovuz rayon Məhkəməsinə vermiş olduğu iddiada göstərilən pul tələbi barəsində Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 3 noyabr tarixli qətnaməsində göstərilən məbləğləri əmlakları sataraq İddiaçı tam ödəmişdir. Bütün bunlara baxmayaraq İddiaçı Tovuz Rayon Məhkəməsinə yeni, əsassız bir iddia guya onun yuxarıda adları çəkilən əmlakları onun adına rəsmiləşdirməli olduğu iddiası ilə müraciət etmişdir. Hansı ki, iddiaçının iddia ərizəsində pul tələbi olmuşdur. Məhkəmədə həmin tələb təmin edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində yuxarıdakı ünvanlarda göstərilən əmlaklar faktiki olduğu halda ekspert öz tərəfindən əsassız olaraq alternativ əmlaklar göstərmiş və həmin obyektləri qiymətləndirmişdir ki, yeni iddiası ilə həmin əmlaklara öz yanından reallığı əks etdirməyən bazar qiymətləri qoymaqla əsassız olaraq yeni iddia ilə ona qarşı 365,000 (üç yüz altmış beş min) manat iddia qaldırmaqla həm onun, həm də məhkəmənin vaxtını almağa çalışmışdır. Hazırda icraatda olan e-2(062)-225/2023 saylı mülki iş materiallarında adı keçən, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 146.9 m2, torpaq sahəsinin ölçüsü 0.00116 ha olan hər hansı orta təmirli qeyri-yaşayış binasının və ünvan 1 ünvanında 5-ci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 1 otaqlı, ümumi sahəsi 36.2 m2 olan orta təmirli mənzilin hazırki dövr üçün ona heç bir aidiyyəti yoxdur. Həmin obyektlər onun tərəfindən notarial qaydada vətəndaşlara satılmış, satış zamanı notarius tərəfindən alqı-satqı müqaviləsində göstərilən qiymətin bazar qiymətinə uyğun olması nəzərə alınmışdır. Həmin obyektlərin satışından əldə etdiyi vəsait məhkəmə qətnaməsində ona qarşı hesablanmış borcun bağlanmasına sərf olunmuşdur. Həmçinin bikdirmişdir ki, Qardaşı İddiaçı ona qarşı irəli sürdüyü 365.000 manat məbləğində iddianın heç bir əsası yoxdur. Belə ki, Tovuz rayon Aşağı Quşçu kəndində onun öz şəxsi vəsaiti ilə aldığı qeyri-yaşayış sahəsi haqqında deyə bilər ki, həmin obyekti 2015-ci il 22 oktyabr tarixdə X3 şəxsən özü öz pulunu ödəyərək almışdır. Həmin tarixdə İddiaçı heç Azərbaycan Respublikasında olmamışdır və bu haqda Daşınmaz əmlakın alqısatqı müqaviləsi (AN-İN 0520531) işə əlavə edilmişdir. Həmin müqavilədə onun pulu şəxsən özünün verdiyi öz əksini tapmışdır. Gəncə şəhərində alınmış 1 otaqlı mənzil haqında onu deyə bilər ki, mənzil onun tərəfindən 2014-cü il 30 oktyabr tarixdə Gəncə şəhərində X11 adlı makler tərəfindən X6 onun iştirakı ilə özü tapıb öz hesabına almışdır. Onu da nəzərə çatdırır ki, qardaşı İddiaçı nə o evin yerini bilir, nə də evin neçə otaqlı olduğunu bilir. Ev 1 otaq olduğu halda iddia ərizəsində 2 otaqlı kimi göstərmişdir. Əvvəlki məhkəmədə onun ona verəcək olduğu 2.801.000 Rusiya rublu, 2,510 ABŞ dolları, 115.330 AZN pulun gecikmə səbəbi hüquq müstəvisi çərçivəsində Tovuz İcra Probasiya şöbəsi tərəfindən ödənilmişdir. Orada qarşı tərəfin qeyd etdiyi gecikmə haqqında deyə bilər ki, həmin pulun gecikməsinin İcra Probasiya işçisi Azər Mustafazadə və qarşı tərəfin vəkili Rəşad Abdullayev tərəfindən bilərəkdən törədildiyi bildirilir. Qarşı tərəfin dəfələrlə pulu ödəmək üçün hesab nömrəsini istəməyinə baxmayaraq verməmişdir. Onu da səbəbi onun adına olan əmlakını hərrac yolu ilə satışa çıxardaraq dəyərindən dəfələrlə aşağı qiymətə satmaq olmuşdur. Qarşı tərəf hesab nömrəsini vermədikcə, Ədliyyə Nazirliyinin qaynar xəttinə bir neçə dəfə zəng etmiş, yenə hesab nömrəsi verməmişlər və məcbur olaraq həmin məbləği Ədliyyə Nazirliyinin depozit hesabına yerləşdirmişdir. Bu səbəblərə görə onun ona qarşı etdiyi pul tələbi tamamilə əsassızdır. Bir icraatda birləşdirilmiş iddia tələbi İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cəmi 37450 (otuz yeddi min dörd yüz əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bir icraatda birləşdirilmiş iddia tələbinin əsaslandırıldığı hallar İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, onun qardaşı İddiaçı 2022-ci il 15 may tarixində onlara Tovuz rayonu X18 küçəsində olan evinə gəlmişdir. Ona maşınsız olduğunu bildirmiş və ona məxsus şəxsi istifadəsində olan MAZDA CX-7 markalı minik maşınını Azərbaycanda olduğu müddətdə sürmək üçün xahiş etmişdir. O, etiraz etməmişdir. 2023-cü il 17 may tarixində Tovuz rayon ASAN xidmət mərkəzində qardaşına sürücülük vəsiqəsinin bitmə müddətinə qədər bir illik sürmək üçün etibarnamə vermişdir. Etibarnamə N082785, Avtomobilin markası MAZDA CX 7, nömrəsi ** SV *** olmuşdur. Həmin vaxt cavabdeh avtomobili gedərkən qaytaracağını söyləmişdir. O, 2022-ci il 24 may tarixində cavabdehin Rusiya Federasiyasına getdiyini öyrənmişdir. 2022-ci il 25 may tarixində Tovuz regional “ASAN Xidmət” mərkəzinə gedərək həmin etibarnaməni ləğv etdirmişdir. Ancaq cavabdeh avtomobili verməmiş getmişdir. Həmin gündən o, avtomobilsiz qalmışdır. Həmin gündən bir neçə gündən sonra, 2022-ci il 21 iyun tarixində xəbəri olmadan məhkəməyə çağırış gəlmişdir. Tovuz Rayon Məhkəməsinə verilən həmin iddia ərizəsində avtomobilin qardaşı Vaqif tərəfindən alınması və ona görə də əlindən alıb apardığı qeyd olunmuşdur. Uzun məhkəmə prosesindən sonra həmin maşının pulunu ondan 2020-ci il 11 iyun tarixində Ali Məhkəmənin qərarı ilə almışdır. Avtomobil 2024-cü il 16 avqust tarixində yararsız vəziyyətə salınmışdır. Avtomobil Gəncə bazarında 14,000 ABŞ dollarına 23,800 manat qarşılığında alınmışdır. Həmin gündən təxminən avtomobili olmadığı üçün 15-20 manat taksilərə pul xərcləmişdir. Həmin vaxtdan bu günə kimi 910 (doqquz yüz on) gündür maşınsızdır. Ən aşağı hədlə 15 manatla götürsək 13650 AZN pul edir. Bir icraatda birləşdirilmiş iddia tələbinə etirazın əsaslandırıldığı hallar İddia tələbinə yazılı etirazda göstərmişdir ki, cavabdeh İddiaçının ərizəsində də göründüyü kimi, nəqliyyat vasitəsini 2022-ci il 15 may tarixdən 2022-ci il 24 may tarixədək idarə etmişdir. Nəqliyyat vasitəsini ona görə idarə etmişdir ki, nəqliyyat vasitəsi onun vəsaiti ilə alınmış, nəqliyyat vasitəsinin faktiki sahibi o olmuşdur. Nəqliyyat vasitəsini iddiaçının yaşadığı X19 kəndində yerləşən fərdi yaşayış evinə qoyaraq getmişdir. İddiaçı bildirir ki, məhkəmədən ona 2022-ci il 21 iyun tarixdə məktub gəlmişdir. Sual yaranır: niyə iddiaçı qardaşının Azərbaycanı tərk etdiyi vaxt nəqliyyat vasitəsini götürməmişdir? Məhkəməyə müraciət nəqliyyat vasitəsini qoyub getdikdən bir ay sonra olmuşdur. Nəqliyyat vasitəsinin üzərinə məhkəmənin qərarı ilə həbs qoyulmuşdur. Həbs qoyulması nəqliyyat vasitəsinin istifadəsi ilə bağlı deyil, onun üzərinə sərəncam qoyulması ilə bağlı olmuşdur. İddiaçı qərəzli şəkildə nəqliyyat vasitəsindən istifadə etməmişdir. Ona anası X2 tərəfindən nəqliyyat vasitəsini götürməsini demiş, ancaq o, nəqliyyat vasitəsini götürməmişdir. Bu günədək nəqliyyat vasitəsi iddiaçının və cavabdehin anasının nəzarətindədir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iddiaçı (birləşdirilmiş iddia tələbi üzrə cavabdeh) İddiaçı nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Nümayəndə ilk iddia ərizəsində və bir icraatda birləşdirilmiş iddia tələbinə etirazda göstərilmiş mövqeyini bir daha ifadə etmiş və ilk iddianın təmin edilməsini, bir icraatda birləşdirilmiş iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında cavabdeh (birləşdirilmiş iddia tələbi üzrə iddiaçı) Cavabdeh ilk iddia ərizəsinə etirazda və bir icraatda birləşdirilmiş iddia ərizəsində göstərdiklərini təsdiqləmiş, əlavə olaraq bildirmişdir ki, ev və iaşə obyektinin qiyməti ilə bağlı verilmiş rəydə göstərilən məbləğlər reallığa uyğun gəlmir. Həmin əmlakların dəyərini İddiaçı tamamilə qaytarmışdır. Həmin obyektlərin pulu ilə İddiaçı heç bir gələcək planı yoxdur, olsa idi qaytardığı pulu özü ilə Rusiyaya aparmazdı. Belə olan təqdirdə əldən çıxmış gəlirə görə onun iddia qaldırması mənasızdır. İddiaçı hətta həmin obyektlərin satılmasına müxtəlif maneələr törətmiş, əmlaklar satıldıqdan sonra pulun geri qaytarılması prosesi onların təqsiri üzündən uzanmışdır. Buna görə də ödənişin gecikdirilməsinə görə hazırki iddia ərizəsi ilə pul tələb edilməsi yolverilməzdir. Avtomobilini həm İddiaçı, həm də anasından dəfələrlə tələb etsə də avtomobili qaytarmamışlar. İddiaçı avtomobilin açarlarını özü ilə Rusiyaya aparmışdır. Səfərov X1 getdikdən sonra ona verdiyi etibarnaməni ləğv etdirmişdir. ünvan 2ində yerləşən obyekti 60000 manata və Gəncə şəhəri Nizami rayonu X20 prospektində yerləşən mənzili isə 31300 manata almışdır. Şahid ifadəsi Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ünvan 2ində yerləşən obyekt onun əmisi tərəfindən Cavabdeh satın alınmışdır. Obyekt alındıqdan sonra orada müəyyən təmir işləri görülmüşdür. Əmisinin işlərinin idarə olunmasında ona kömək edir. Xatırlamadığı tarixdə yenidən əmisinin obyektində olarkən bir neçə şəxs obyektə gəlmiş və məhkəmənin qərarı əsasında obyektin qiymətləndirilməsi üçün şəkillərinin çəkilməli olduğunu bildirmişlər. O, özünü vəkil və ekspert kimi təqdim edən həmin şəxslərə əmisinin çəkiliş aparmasına icazə vermədiyini bildirsə də həmin şəxslər məhkəmənin qərarını əsas gətirərək çəkiliş aparmış və getmişlər. İş materialına əlavə edilmiş sənədlər İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə UNİ/A96-534/2025 nömrəli 01 sentyabr 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir: Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 146.9 m², torpaq sahəsinin ölçüsü 0.0116 ha olan qeyri-yaşayış binasının hazırkı vaxta orta bazar dəyəri 326 000 (üç yüz iyirmi altı min) manat təşkil edir. Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 146.9 m², torpaq sahəsinin ölçüsü 0.0116 ha olan qeyri-yaşayış binasının 2023-cü ilin noyabr ayına orta bazar dəyəri 272 000 (iki yüz yetmiş iki min) manat təşkil edir. ünvan 1 ünvanında 5-ci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 1 otaqlı, ümumi sahəsi 36.2 m2, olan mənzilin orta bazar dəyəri 70 000,0 (yetmiş min) manat təşkil edir. ünvan 1 ünvanında 5-ci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 1 otaqlı, ümumi sahəsi 36.2 m2, olan mənzilin 2023-cü ilin noyabr ayına olan orta bazar dəyəri 58 000 (əlli səkkiz min) manat təşkil edir. "xxxx" MMC-dən verilmiş xx.xx.2024-cü il tarixli MEB 12-961/2024 nömrəli mütəxəssis rəyinə əsasən Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 2 (iki) mərətəbəli, ümumi sahəsi 146,90 kvm, torpaq sahasi 0,0016 ha olan qeyri-yaşayış binası 320 000 (üç yüz iyirmi min) - 350 000 (üç yüz əlli min) manat arasında dəyişir. Gəncə şəhəri, Heydər Əliyev prospekti yerləşən 2 (iki) yaşayış otaqlı mənzil 72 000 (yetmiş iki min) manat - 75 000 (yetmiş beş min) manat arasında dəyişir. Mazda CX-7" markalı 2008ci il buraxışlı minik avtomobili 10 000 (on min) manat - 11 000 (on bir min) manat arasında dəyişir. İş materiallarına əlavə edilmiş AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 2i ünvanında mülkiyyətdə olan 0,0116 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,9 kv.m olan qeyri-yaşayış binasını (yeməkxana) xx.xx.2015-ci il tarixli alğısatqı müqaviləsinə əsasən satıcı X4 60000 (altmış min) manata almışdır. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 147 saylı evin 10 saylı bir otaqlı mənzili xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2ində 0,0116 ha torpaq sahəsində 146,9 kv.m sahəsi olan daşınmaz əmlak xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydə alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixə aid Tovuz Rayon İcra Qrupunun hesabına ödənilmiş icra ödənişlərinin əks olunduğu bank qəbzləri iş materiallarına əlavə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(104)-2240/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Tovuz Rayon Məkəməsinin 29 sentyabr 2022ci il tarixli, 2(062)-1755/2022 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh ödəniş anında Azərbaycan manatının məzənnəsinə uyğun hesablanmaqla 2.801.000 (iki milyon səkkiz yüz bir min) Rusiya rublu, ödəniş anında Azərbaycan manatının məzənnəsinə uyğun hesablanmaqla 2510 (iki min beş yüz on) ABŞ dolları, 115.330 (bir yüz on beş min üç yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun 461,69 (dörd yüz altmış bir manat altmış doqquz qəpik) manat hissəsi alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 03 ədəd diskə baxış zamanı diskdə olan videogörüntü və fotoşəkillərdən **-SV-*** dövlət qeydiyyat nişanlı “MAZDA CX-7” markalı avtomobilin baxımsız vəziyyətdə yaşayış evinin qarşısında saxlanılması müəyyən edilmişdir. İşdə olan AD № nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Cavabdeh adına buraxılış ili 2008, **-SV-*** dövlət qeydiyyat nişanlı, “MAZDA CX-7” minik markalı, qara rəngli avtomobil vardır. İşdə olan ƏN-Vİ№ 082785 nömrəli xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnaməyə əsasən Cavabdeh tərəfindən İddiaçı **-SV-*** dövlət qeydiyyat nişanlı, “MAZDA CX-7” minik markalı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Maddə 732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Maddə 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Maddə 736.4. Əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İlk iddia tələbi üzrə məhkəmənin mövqeyi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi formada bağlanmış tapşırıq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur. Razılaşmaya əsasən Cavabdeh (vəkalət alan) iddiaçının (vəkalət verən) ona ayrı-ayrı vaxtlarda verdiyi və ya göndərdiyi vəsait hesabına daşınar və ya daşınmaz əmlaklar almağı və iddiaçının istədiyi vaxtda həmin əmlakları iddiaçının adına rəsmiləşdirməyi, mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bu tapşırıqdan irəli gələrək cavabdeh iddiaçının vəsaiti ilə ünvan 2i ünvanında mülkiyyətdə olan 0,0116 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,9 kv.m olan qeyri-yaşayış binasını (yeməkxana) xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı X4 60000 manata, Gəncə şəhəri Nizami rayonu X20 prospekti 147 saylı evin 10 saylı bir otaqlı mənzili 27 oktyabr 2014-cü il tarixdə X5 31300 manata almışdır. Həmin daşınmaz əmlaklar üzrə mülkiyyət hüququ cavabdehin adına rəsmiləşdirilmişdir. Lakin cavabdeh öhdəliyini pozmuş, həmin əmlakları iddiaçının mülkiyyətinə keçirməkdən imtina etmişdir. Bu faktlar Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(104)- 2240/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsində əks olunduğundan, araşdırıldığından və qiymətləndirildiyindən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən hazırki məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Belə ki, Cavabdeh vədini yerinə yetirmədiyi üçün İddiaçı ona qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə daha əvvəl məhkəməyə müraciət etmiş, Cavabdeh Gəncə şəhərində alınmış mənzilə görə 45000 (qırx beş min) ABŞ dolları, avtomaşına görə ödənilmiş 14000 (on dörd min) ABŞ dolları, Tovuz rayonu, Quşçu kəndində yerləşən qeyri-yaşayış binasının alınması üçün 61000 (altmış bir min) ABŞ dolları, həmin obyektin tikintisi və təmir-bərpasına çəkilmiş 80000 (səksən min) ABŞ dolları, obyektin icarəsi ilə əlaqədar əldən çıxmış faydaya görə 42000 (qırx iki min) manatın, dövlət rüsumu hesabına ödənilmiş 670 (altı yüz yetmiş) manatın və vəkil xərci kimi ödənilmiş 300 (üç yüz) manatın, cəmi 200000 (iki yüz min) ABŞ dolları və 42970 (qırx iki min doqquz yetmiş) manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia üzrə Tovuz Rayon Məkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(062)-1755/2022 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(104)-2240/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş, Cavabdeh ödəniş anında Azərbaycan manatının məzənnəsinə uyğun hesablanmaqla 2.801.000 (iki milyon səkkiz yüz bir min) Rusiya rublu, ödəniş anında Azərbaycan manatının məzənnəsinə uyğun hesablanmaqla 2510 (iki min beş yüz on) ABŞ dolları, 115.330 (bir yüz on beş min üç yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun 461,69 (dörd yüz altmış bir manat altmış doqquz qəpik) manat hissəsi alınaraq İddiaçı verilməsi qət edilmişdir. Göründüyü kimi əvvəlki məhkəmə prosesində İddiaçı ünvan 2i ünvanında mülkiyyətdə olan 0,0116 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,9 kv.m olan qeyri-yaşayış binasını (yeməkxana) və Gəncə şəhəri Nizami rayonu X20 prospekti 147 saylı evin 10 saylı bir otaqlı mənzilinin yalnız alınmasına sərf olunan vəsaiti cavabdehdən tələb etmiş, onun bu tələbi müvafiq alğı-satğı müqavilələrində göstərilmiş məbləğlər, yəni ünvan 2i ünvanında mülkiyyətdə olan 0,0116 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,9 kv.m olan qeyri-yaşayış binasını (yeməkxana) üçün 60000 manat, Gəncə şəhəri Nizami rayonu X20 prospekti 147 saylı evin 10 saylı bir otaqlı mənzil üçün 31300 manat, o cümlədən cavabdehə göndərilmiş digər vəsaitlər nəzərə alınmaqla qismən təmin edilmişdir. Mülki Məcəllənin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Beləliklə, İddiaçı (vəkalət verən) tapşırığı icra etməyən cavabdehdən (vəkalət alandan) Mülki Məcəllənin 443 və 779-cu maddələrinə əsasən tələb etməyə haqqı çatanın yalnız bir qismini, yəni real zərər hissəsinin əvəzini ödəməyi daha əvvəl tələb etmiş və onun bu tələbinə Gəncə Apellyasiya Məhkəməsində baxılaraq yekun məhkəmə aktı çıxarılmışdır. Hazırki iş üzrə iddia ərizəsində İddiaçı öhdəliyini icra etməyən cavabdehdən özünə dəymiş zərərin əldən çıxmış fayda hissəsinin əvəzini ödəməyi tələb edir, yəni hazırki iddianın predmeti əvvəlkindən fərqlidir. Hazırki iş üzrə İddiaçı mövqeyi ondan ibarətdir ki, həmin əmlaklar hazırda onun mülkiyyətində olacağı halda mövcud bazar qiymətinə uyğun olaraq onları sata bilər və ya təyinatına uyğun istifadə edə bilərdi. Həqiqətən də, əmlakları almaqda şəxsin məqsədi yatırım etməklə həmin əmlaklarla bağlı gələcək üçün planların həyata keçirilməsinə yönələn şüurlu iradə ifadəsinin göstəricisidir. Lakin qanuni qüvvəsini almış qətnamə ilə müəyyən edilmişdir ki, cavabdehin qanunazidd davranışları onu bu istəyindən məhrum etmişdir. Bir sözlə İddiaçı əmlaklarından məhrum olmuş, nəticədə isə əmlaklar onun mülkiyyətində qalacağı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) bəhrələnə bilməmişdir. Məhkəmə bununla bağlı diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. «Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2025-ci il tarixli Qərarında qeyd etmişdir: Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir. Məhkəmə Mülki Məcəllənin 443.3-cü maddəsinə əsasən, zərəri müəyyənləşdirərkən Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(104)-2240/2023 nömrəli qətnaməsinin çıxarıldığı xx.xx.2023-cü il tarixdə mövcud olmuş qiymətləri nəzərə alır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 146.9 m², torpaq sahəsinin ölçüsü 0.0116 ha olan qeyri-yaşayış binasının 2023-cü ilin noyabr ayına orta bazar dəyəri 272 000,0 (iki yüz yetmiş iki min) manat, ünvan 1 ünvanında 5-ci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 1 otaqlı, ümumi sahəsi 36.2 m2, olan mənzilin 2023-cü ilin noyabr ayına olan orta bazar dəyəri 58 000 (əlli səkkiz min) manat müəyyən edilmişdir. Cavabdeh ünvan 2i ünvanında mülkiyyətdə olan 0,0116 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,9 kv.m olan qeyri-yaşayış binasını (yeməkxana) xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı X4 60000 (altmış min) manata, Gəncə şəhəri Nizami rayonu X20 prospekti 147 saylı evin 10 saylı bir otaqlı mənzili 27 oktyabr 2014-cü il tarixdə X5 31300 manata almışdır. Buradan belə nətəcəyə gəlmək mümkündür ki, adi mülki dövriyyə şəraitində ünvan 2i ünvanında mülkiyyətdə olan 0,0116 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,9 kv.m olan qeyri-yaşayış binasının (yeməkxana) dəyəri 212000 manat, Gəncə şəhəri Nizami rayonu X20 prospekti 147 saylı evin 10 saylı bir otaqlı mənzilinin dəyəri isə 26700 manat artmışdır. Beləliklə hüququ pozulmasaydı, yəni Cavabdeh öhdəliyini icra edərək həmin əmlakları onun mülkiyyətinə keçirsəydi İddiaçı həmin əmlakların dəyərinin artması nəticəsində cəmi 238700 manat gəlir əldə edərdi. Buna görə də iddia həmin hissədə qismən, 238700 manat həddində təmin edilməlidir. İddiaçı həmçinin Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2240/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin cavabdeh tərəfindən 4 ay gec icra edildiyini, həmin qətnamə ilə ödənilməli olan 169000 manat pulun cavabdeh tərəfindən saxlanıldığı üçün ona 5000 manat zərər vurulduğunu bildirmiş, həmin vəsaiti də cavabdehdən tələb etmişdir. İddiaçının həmin pul vəsaitləri onun sahibliyində olacağı təqdirdə adi mülki dövriyyə şəratində hansı formada fayda əldə edəcəyini təsdiqləyən sübut məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Bir icraatda birləşdirilmiş iddia tələbi üzrə məhkəmənin mövqeyi İddiaçı Cavabdeh mülkiyyətində olan **-SV-*** dövlət qeydiyyat nişanlı “MAZDA CX- 7” markalı avtomobili 2023-cü il 17 may tarixində cavabdeh İddiaçı Azərbaycan Respublikasında olduğu müddətdə əvəzsiz olaraq müvəqqəti istifadəyə verdiyini, lakin cavabdehin həmin avtomobili geri qaytarmadığını və ona 37400 manat maddi zərər vurulduğunu bildirmişdir. Zərərin məbləği onunla əsaslandırılmışdır ki, avtomobilin dəyəri 23800 manat təşkil edir. Həmçinin 910 gün ərzində gündəlik 15 manat taksiyə pul xərcləməklə cəmi 13650 manat zərər çəkmişdir. AD №931534 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **- SV-*** dövlət qeydiyyat nişanlı “MAZDA CX-7” markalı avtomobil Cavabdeh mülkiyyətində olması, 17 may 2022-ci il tarixli ƏN-Vİ №082785 nömrəli “nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamə”yə əsasən həmin avtomobildən İddiaçı istifadə hüququnun verilməsi təsdiqini tapmış, nəqliyyat vasitəsinin İddiaçı tərəfindən istifadə edilməsi cavabdeh tərəfindən inkar edilməmişdir. Hazırda həmin avtomobilin cavabdehin anasının yaşadığı evin həyətində saxlanılması işin mübahisəsiz halıdır. Göründüyü kimi tərəflər arasında Mülki Məcəllənin 732-ci maddəsində göstərilmiş şifahi formada əvəzsiz istifadə müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Kirayəyə verən Cavabdeh özünə məxsus **-SV-*** dövlət qeydiyyat nişanlı “MAZDA CX-7” markalı avtomobili əvəzsiz olaraq kirayəçinin istifadəsinə vermişdir. Kirayəçi İddiaçı isə həmin avtomobili istifadə etsə də kirayəyə verənə qaytarmamışdır. Mülki Məcəllənin 736-cı maddəsinə əsasən əvəzsiz istifadəyə götürülmüş əşya qaytarılmadıqda kirayəyə verən həmin əşyanın qaytarılmasını kirayəçidən və ya üçüncü şəxsdən tələb edə bilər. Avtomobil hazırda naturada mövcud olmasına və onun faktiki qaytarılması mümkün olmasına baxmayaraq iddiaçı avtomobilin deyil, onun dəyərinin qaytarılmasını tələb etmişdir. Halbuki, Mülki Məcəllənin 459.5-ci maddəsinə əsasən, əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Həmçinin iddiaçı avtomobilin qaytarılmaması nəticəsində 910 gün ərzində gündəlik 15 manat taksiyə pul xərcləməklə cəmi 13650 manat zərər çəkdiyini iddia etsə də iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh iddiası rədd edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 655 manat məbləğində, Cavabdeh tərəfindən 203 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia tələbi qismən təmin olunduğuna görə ödənilmiş tələbin məbləğinə mütənasib olaraq 528.7 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 191, 214, 216-220, 233, 357 və 1280-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 238700 (iki yüz otuz səkkiz min yeddi yüz) manat məbləğdə pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 528.7 manat (beş yüz iyirmi səkkiz manat yetmiş qəpik) məbləğdə pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qalan hissədə rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı Cavabdeh iddiası üzrə ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №e-2(062)-225/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-225/2025
06.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver