Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-985/2024 15.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı "xxxx" QSC-nin səlahiyyətli nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı «vurulmuş ziyan» tələbinə dair mülki işə Tovuz şəhərində 15 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş zərərə görə 1524,05 manat məbləğdə vəsait və 36 manat dövlət rüsumu tutulub "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC-nin səlahiyyətli nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixində saat 17:57 radələrində 705 saylı Ağstafa-Bakı marşrutu ilə hərəkət edən "xxxx" QSC-yə məxsus STADLER EŞ2-015 nömrəli sürətli sərnişin qatarı Tovuz-Qovlar mənzilinin 431-ci km piket 5-də hərəkətdə olarkən iribuynuzlu heyvanın (1 baş inək) dəmir yolunun üzərindən keçməsini görərək maşinist təcili tormozlama etsə də, qatarı tam olaraq dayandıra bilməmiş, nəticədə inəyin birini vurmuş və qatarın ön hissəsinə ciddi ziyan dəymişdir. Hadisə nəticəsində ADY-yə 1524,05 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X6 Polis İdarəsi Gəncə Xətt polis şöbəsinin Ağstafa Xətt polis bölməsində araşdırma aparılmışdır. Ağstafa Xətt polis bölməsindən ADY-yə daxil olmuş xx.xx.2023-cü il tarixli 13- 15-1-3-1/2419/2023 nömrəli məktubdan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2023-cü il tarixində Ağstafa-Bakı marşrutu ilə hərəkətdə olan ADY-yə məxsus STADLER EŞ2-015 sürətli elektrik qatarının Tovuz-Qovlar mənzilinin 431-ci km piket 5-də hadisəyə səbəb olan, iribuynuzlu heyvanın sahibi Cavabdeh olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Quliyev X1 xətt polis bölməsinə dəvət olunaraq izahatı alınmış və izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf etmişdir. Bununla əlaqədar olaraq Ağstafa Xətt polis bölməsi tərəfindən Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsində inzibati xətanın tərkibi olduğundan həmin maddə ilə barəsində inzibati məsuliyyətə cəlb edilmə qərarı qəbul olunmaqla, protokol tərtib edilmişdir. Məlumat üçün bildiririk ki, sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Odur ki, cavabdehdən vurulmuş zərərə görə 1524,05 manat məbləğdə vəsait və 36 manat dövlət rüsumu tutulub "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiada göstərilən hadisə olmuşdur. Həmin vaxt ona cərimə də yazılmışdır. Həqiqətən də, oradan heyvan keçirilməsi üçün keçid yoxdur. Səhv etmişdir. Ona görə də ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki işə əlavə olunmuş sənəd və şəkilləri tədqiq edərək, belə qərara gəlir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş Ağstafa Xətt polis bölməsindən ADY-yə daxil olmuş xx.xx.2023cü il tarixli 13-15-1-3-1/2419/2023 nömrəli məktubdan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2023-cü il tarixində Ağstafa-Bakı marşrutu ilə hərəkətdə olan ADY-yə məxsus STADLER EŞ2-015 sürətli elektrik qatarının Tovuz-Qovlar mənzilinin 431-ci km piket 5-də hadisəyə səbəb olan, iribuynuzlu heyvanın sahibi Cavabdeh olması müəyyən olunmuşdur. İşə əlavə olunmuş protokolun sürətindən görünür ki, Ağstafa Xətt polis bölməsi tərəfindən Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsində inzibati xətanın tərkibi olduğundan həmin maddə ilə barəsində inzibati məsuliyyətə cəlb edilmə qərarı qəbul olunmaqla, protokol tərtib edilmişdir. İşə əlavə olunmuş MN N0886838 saylı qərarın surətindən görünür ki, Ağstafa Xətt polis bölməsi tərəfindən Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsində inzibati xətanın tərkibi olduğundan həmin maddə ilə barəsində inzibati məsuliyyətə cəlb edilməklə 40 manat cərimə edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il tarixində saat 17:57 radələrində 705 saylı Ağstafa-Bakı marşrutu ilə hərəkət edən "xxxx" QSC-yə məxsus STADLER EŞ2-015 nömrəli sürətli sərnişin qatarı Tovuz-Qovlar mənzilinin 431-ci km piket 5-də hərəkətdə olarkən iribuynuzlu heyvanın (1 baş inək) dəmir yolunun üzərindən keçməsini görərək maşinist təcili tormozlama etsə də, qatarı tam olaraq dayandıra bilməmiş, nəticədə inəyin birini vurmuş və qatarın ön hissəsinə ciddi ziyan dəymişdir. Hadisə nəticəsində ADY-yə 1524,05 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X6 Polis İdarəsi Gəncə Xətt polis şöbəsinin Ağstafa Xətt polis bölməsində araşdırma aparılmışdır. Ağstafa Xətt polis bölməsindən ADY-yə daxil olmuş xx.xx.2023-cü il tarixli 13- 15-1-3-1/2419/2023 nömrəli məktubdan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2023-cü il tarixində Ağstafa-Bakı marşrutu ilə hərəkətdə olan ADY-yə məxsus STADLER EŞ2-015 sürətli elektrik qatarının Tovuz-Qovlar mənzilinin 431-ci km piket 5-də hadisəyə səbəb olan, iribuynuzlu heyvanın sahibi Cavabdeh olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Quliyev X1 xətt polis bölməsinə dəvət olunaraq izahatı alınmış və izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf etmişdir. Bununla əlaqədar olaraq Ağstafa Xətt polis bölməsi tərəfindən Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsində inzibati xətanın tərkibi olduğundan həmin maddə ilə barəsində inzibati məsuliyyətə cəlb edilmə qərarı qəbul olunmaqla, protokol tərtib edilmişdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatına və işdə olan sənədlərə qiymət verərək hesab edir ki, vurulmuş ziyanla bağlı Cavabdeh 1524,05 manat məbləğində pul və 36 manat dövlət rüsumu alınıb "xxxx" QSC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1524,05 manat məbləğində dəymiş ziyan və 36 manat dövlət rüsumu alınaraq "xxxx" QSC-nin hesabına ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №e-2(062)-985/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-985/2024
15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver