Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-1411/2025 09.12.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi, İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment miqdarının azaldılması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "aliment miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)- 45/2025 nömrəli qərardadına əsasən 21 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli olmaqla, ümumilikdə 0,30 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 nömrəli qətnaməsinə əsasən 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. X6 Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli qətnaməsinə əsasən Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 nömrəli qətnaməsi dəyişdirilərək 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 saylı qərardadına əsasən 29 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Hazırda cavabdehin ailə və maddi vəziyyətintə pisə doğru heç bir dəyişiklik olmamışdır. Lakin onun vəziyyəti ötən müddət ərzində dəyişmişdir. Belə ki, o, yenidən evlənmiş və yeni evliliyindən 29 may 2025-ci il tarixdə Elmir adında bir övladı doğulmuşdur. Hazırda o, körpə övladını böyütdüyü üçün heç bir yerdə işləyə bilmir və bu səbəbdən də müstəqil qazanı yoxdur. Bu səbəbdən də, o, alimentin məbləğinin azaldılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 nömrəli qərardadına əsasən 21 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli olmaqla, ümumilikdə 0,30 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də, məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Bununla belə, Cavabdeh məhkəməyə iddia tələbini qəbul etməməsi barədə etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı ona qarşı "aliment miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 nömrəli qərardadına əsasən 21 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli olmaqla, ümumilikdə 0,30 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, cavabdehin guya onun ailə və maddi vəziyyətində pisə doğru heç bir dəyişiklik olmamışdır. İddiaçı isə yenidən ailə həyatı qurmuş və 29 may 2025-ci il tarixdə Elmir adlı oğlu doğulmuşdur. İddiaçı körpə uşağını böyütdüyü üçün heç bir yerdə işləmədiyindən müstəqil qazancı yoxdur. Bu isə ötən müddət ərzində iddiaçının vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. İddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, onun maddi vəziyyətində də çətinlik olmuşdur. Belə ki, himayəsində olan iki uşaq böyüdükcə onların gündəlik maddi tələbatlarıda artır. Buna görə də sonuncu təyin olunmuş alimentin miqdarı belə uşaqların maddi çətinliyini aradan qaldırmağa kömək etmir. Həmçinin özü İİ qrup əlildir və himayəsində uşaqlarından əlavə xəstə anası vardır. Lakin İddiaçı maddi vəziyyətinin pisləşdiyini bildirsə də, əksinə, onun maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik vardır. Nuranənin xeyrinə ondan ev və cehiz əmlaklarına görə məhkəmə qətnamələrinə əsasən onun əmək haqqısından və pensiyasından hər birindən ayrı-ayrılıqda 50 faiz miqdarında pul tutulur ki, bu da Nuranənin maddi vəziyyətini yaxşılaşdırır, onun vəziyyətini isə pisləşdirir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(063)-203/2021 saylı qətnaməsinin surətindən görünür ki, ilk idia təmin olunaraq, tərəflər arasında Ucar rayon İcra Hakimiyyəti Başçısının Məmmədxanlı, Çiyni və Türkəci kəndləri üzrə nümayəndəliyində 24 mart 2009-cu il tarixdə, 03 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 Cavabdeh yanında qalmaları, qarşılıqlı iddianın isə qismən təmin olunaraq, birgə nikah dövründə 17 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-dən alınmış Abşeron rayonu, Mazasır kəndi, Duz Zavodu yolu-3, “Rahat Nəfəs” yaşayış kompleksində yerləşən bina 1A, giriş 1, 6-cı mərtəbə, 2 otaqlı, 69, 48 kv.m. sahəsi olan 228 nömrəli mənzil üçün ödənilmiş 38 214 manatın ikidə bir hissəsi olan 19407 manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2025ci il tarixli, 2(102)-2698/2025 saylı qərarının surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətin təmin edilməməsi və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2025-ci il tarixli, 2(107)-396/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan qanuni qüvvəsini almış Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)- 17/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, 26 dekabr 2022-ci il tarixdən başlayaraq 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(107)-1286/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunaraq Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 nömrəli qətnaməsinin dəyişdirilməsi və 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 saylı qərardadının surətindən görünür ki, 29 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İşdə olan Aktobe vilayəti üzrə “Vətəndaşlar üçün hökümət” “DX” QPSC filialı Aktobe şəhər VVAQ şöbəsi tərəfindən 10 iyul 2024-cü il tarixdə verilmiş ******* nömrəli nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı 10 iyul 2024-cü il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 50-8xx-xx- 0002039 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər və arvad öz soyadlarında qalmışlar. İşdə olan Qazaxstan Respublikası Aktobe şəhəri üzrə Mülki Vəziyyət Aktlarının Qeydiyyatı Orqanı tərəfindən 11 iyul 2025-ci il tarixdə verilmiş 10084322 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X7, anası İddiaçı olan X5 29 may 2025-ci il tarixdə Qazaxstan Respublikası Aktobe vilayətinin Aktobe şəhərində doğulmuşdur. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, iddiaçı alimentin azaldılması tələbinə dair ilkin mediasiya sessiyasına müraciət edərkən, 60 manat məbləğində mediasiya xərci ödəməklə yanaşı, dövlət rüsumu üçün 50 manat vəsait də sərf etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 24 mart 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş və bu nikahdan 11 fevral 2011-ci il tarixdə Sadiq və 16 fevral 2012-ci il tarixdə Nuran adlı övladları doğulmuşdur. Tərəflərin nikahları Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 ataları Cavabdeh yanında saxlanılması qət edilmişdir. Həmçinin Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 nömrəli qətnaməsinə əsasən 26 dekabr 2022-ci il tarixdən başlayaraq 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçıCavabdeh xeyrinə hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilsə də, Şəki Apellyasiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(107)-1286/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunaraq Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 nömrəli qətnaməsinin dəyişdirilməsi və 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 saylı qərardadına əsasən 29 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İşin faktiki hallarından görünür ki, Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində alimentin İddiaçı tutulması əsasları dəyişmişdir. Belə ki, müəyyən edilmişdir ki, alimentin məbləği müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti əsas meyar kimi götürülməlidir. İş materiallarından görünür ki, aliment öhdəliyi müəyyən edildikdən sonra iddiaçının ailə vəziyyətində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, iddiaçı yenidən ailə həyatı qurmuş və həmin nikahdan 29 may 2025-ci il tarixdə Elmir adlı azyaşlı övladı dünyaya gəlmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçının azyaşlı övladının olması onun üzərinə əlavə maddi öhdəliklər qoyur və bu hal alimentin məbləğinin müəyyən edilməsində əhəmiyyət kəsb edir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı hazırda azyaşlı körpə övladına qulluq etməsi səbəbindən əmək fəaliyyəti ilə məşğul ola bilmir və müstəqil gəlir mənbəyinə malik deyildir. Bununla yanaşı, məhkəmə aliment alan uşaqların mənafeyinin prioritetliyini də nəzərə alaraq, onların maddi təminatının əsaslı şəkildə azalmasına yol verilməməsinin zəruriliyini qeyd edir. Bu baxımdan, iddia tələbi tam həcmdə deyil, yalnız iddiaçının dəyişmiş ailə vəziyyətinə uyğun və ədalətlilik prinsipinə cavab verən həddə təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı öz tələbini əsaslandırdığı halları qismən sübut edə bildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması üçün əsasların dəyişildiyini nəzərə alıb, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Ucar rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)- 45/2025 nömrəli qərardadına əsasən 21 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli olmaqla, ümumilikdə 0,40 misli həddində aliment tutulmalıdır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 110 (bir yüz on) manat xərcin tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Ucar rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 nömrəli qərardadına əsasən hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X2 və 16 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli olmaqla, ümumilikdə 0,40 misli həddində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 110 (bir yüz on) manat məhkəmə xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №e-2(063)-1411/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-1411/2025
09.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver