Məhkəmə qərarları › İş №e-2(064)-1033/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-1033/2023

24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-1033/2023 24.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3,616,51 manat pulun və 57 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər icraata götürülmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin giriş hissəsindən görünür ki, ərizə Balakən Rayon Məhkəməsinə ünvanlanmaqla cavabdeh R.Şirinovun ünvanı ünvan 2.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1 və 152.1.3-cü maddələrinin tələbinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, qeyd olunanları yekunlaşdıraraq bu qənaətə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən iddiaçıya geri qaytarılmalı və ona ərazi aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə müraciət etməsi izah olunmalıdır. Beləliklə də, yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər icraata qəbul olunmadan iddiaçıya geri qaytarılsın. İddiaçıya ərazi aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə müraciət etməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yaşar Həşimov İş № 2(064)-1033/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılmasına dair PROTOKOL 24 may 2023-cü il Füzuli rayonu, Horadiz şəhəri Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq aşağıdakı qənaətə gəldim: İddiaçı MMC cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3,616,51 manat pulun və 57 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək aşağıdakı qərardadı elan etdim: - İddiaçı MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər icraata qəbul olunmadan iddiaçıya geri qaytarılsın. - İddiaçıya ərazi aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə müraciət etməsi izah olunsun. - Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar