Məhkəmə qərarları › İş №e-2(064)-137/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-137/2024

04.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-137/2024 04.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı vurulmuş zərərin subroqasiya qaydasında ödənilməsi tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açaq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə 11192,81 manat və ödənilmiş dövlət rüsumuna görə 123,98 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “Mitsubishi L200” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən icbari sığorta növündə sığortalanmışdır. Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz E200” markalı, **- DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə “Mitsubishi L200” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı həmin hadisə zamanı “Mitsubishi L200” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində yaranmış maddi ziyana görə 16192,81 manat məbləğində pul ödəmişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olduğuna görə iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh icbari sığorta şirkəti kimi "xxxx" ASC subroqasiya qaydasında dəymiş zərərin 5000 manat hissəsini ödəmişdir. Qalan 11192,81 manat isə Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Məhkəmə iclasında: İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək yol-nəqliyyat hadisəsinin baş verməsində onun təqsirinin olmadığını və iddia tələbi ilə razılaşmadığını bildirərək izahat vermişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki,: - “Mitsubishi L200” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən **********506 nömrəli sığorta müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icbari sığorta növündə sığortalanmışdır (xx.xx.2019-cu il tarixli sığorta aktının surətinə əsasən); - Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 09:20 radələrində Balaxanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və imza ataraq təqsirli olduğunu tətiqləmişdir. (xx.xx.2019-cu il tarixli, Sabunçu RPİ DYPŞ-nin inzibati xəta haqqında protokolun surətinə əsasən); - Göstərilən inzibati xəta nəticəsində “Mitsubishi L200” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi ilə bağlı çəkilən xərc 16192,81 manat məbləğində olmuşdur (Mİ-88318 nömrəli iş kartının surətinə əsasən); - İddiaçı göstərilən inzibati xəta nəticəsində vurulmuş maddi zərərin aradan qaldırılması üçün xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixli, 066351 saylı sığorta aktına əsasən 16192,81 manat məbləğində sığorta ödənişi etmişdir (4933 nömrəli ödəniş tapşırığı və ona əlavə edilmiş ödəniş cədvəlinin surətlərinə əsasən); - Azərbaycan Respublikası Baş Prokurorluğu tərfindən Cavabdeh 27 mart 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə görə sığorta şirkətinin ondan əsassız pul tələbinə dair müraciətinə Cinayət Təqibindən kənar İcraatlar İdarəsində baxılmış və Cavabdeh ərizəsi Füzuli Rayon Məhkəməsində baxılan 2(064)-2318/2023 nömrəli işə əlavə edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 123,98 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə göstərilən sənədlər və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişə görə 11192,81 manat və dövlət rüsumuna görə ödənilmiş 123,98 manat məbləğində pul tutulub İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar