Məhkəmə qərarları › İş №e-2(064)-1440/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1440/2025

25.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1440/2025 25.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Cavabdeh ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində Cavabdeh “X1” markalı, ** YC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4251 manat (dörd min iki yüz əlli bir manat) ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 62,51 manat (altmış iki manat əlli bir qəpik) dövlət rüsumunun və 0,50 (əlli qəpik) xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-1440/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi tələbi”nə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2024cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “X1” markalı, ** YC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********4 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 134663 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “X1” markalı, ** YC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞda xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Rəsmi servis "xxxx" MMC-nin təqdim etdiyi qiymətləndirmə aktına əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “X1” markalı, ** YC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə endirim tətbiq edilməklə zərər məbləği 9251 AZN (doqquz min iki yüz əlli bir manat) zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən, sığortalanmış “X1” markalı, ** YC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 9251 AZN (doqquz min iki yüz əlli bir manat) sığorta ödənişini nəqliyyat vasitəsinin rəsmi servisi "xxxx" MMCnin hesabına köçürmüşdür. Bildirir ki, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. Həmçinin iş materiallarında olan forma 4 arayışı, tərəflərin izahatlarından da aydın olur ki, yol-nəqliyyat hadisəsi məhz cavabdehin təqsiri ucbatından baş vermiş və sığortalanmış əmlaka maddi zərər yetirilmişdir. İSB-dən (icbari Sığorta Bürosu) çıxarışa əsasən zərərvuran nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman icbari qaydada "xxxx" ASC-də sığortalanmışdır. Buna görə də məbləğin 5000 AZN hissəsi həmin sığorta şirkəti tərəfindən iddiaçıya geri qaytarılmışdır. Beləliklə, geri qalan 4251 AZN (dörd min iki yüz əlli bir manat) ödəniş Cavabdeh tərəfindən geri qaytarılmalıdır. Cavabdehə həm pretenziya, həm də şifahi qaydada müraciət edilsə də, əlaqə yaratmaq mümkün olmamışdır. Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Aparatının məktubuna əsasən Cavabdeh hazırda faktiki olaraq Qaradağ rayon, Lökbətan qəsəbəsi, 4 saylı Uşaq Poliklinikasında məskunlaşmışdır. Hesab edir ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də 4251 AZN (dörd min iki yüz əlli bir manat) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Bu səbəbdən iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etdiyini, iddia ərizəsində tələb edilən 4251 manat məbləğlə razı olmadığını, mütəxəssis rəyində qeyd edilən 2630 manat məbləğini hissəsini qəbul etdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, hazırda maddi imkanının zəif olması səbəbindən borcunu ödəyə bilmir, borcunu hissəhissə ödəyəcək. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İş materiallarına əlavə edilmiş **********4 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 134663 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “X1” markalı, ** YC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞda xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. - Rəsmi servis "xxxx" MMC-nin təqdim etdiyi qiymətləndirmə aktına əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “X1” markalı, ** YC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə endirim tətbiq edilməklə zərər məbləği 9251 AZN (doqquz min iki yüz əlli bir manat) zərər dəymişdir. -İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən, sığortalanmış “X1” markalı, ** YC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 9251 AZN (doqquz min iki yüz əlli bir manat) sığorta ödənişini nəqliyyat vasitəsinin rəsmiservisi"xxxx" MMCnin hesabına köçürmüşdür. - TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında təyin edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən “X1” markalı, ** YC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 7630 manat təşkil edir. -xx.xx.2026-cı il tarixli, 11 saylı qiymətləndiricinin rəyindən görünür ki, xidmət haqqı 300 manat təşkil edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “X1” markalı, ** YC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. Belə olan halda cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı sığorta şirkəti tərəfindən dəymiş zərərin məbləğinə uyğun 5000 manat həmin avtomobilin sahibinə ödənilmişdir. İş üzrə aparılmış qiymətləndirilmə nəticəsində isə avtomobilə dəymiş zərərin miqdarının çox olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının arayışı təqdim etdiyi şəxsin əsas fəaliyyət istiqamətinin dəymiş zərərin qiymətləndirilməsi olmasına dair sübutu təqdim etməməsini, eləcə də hazırki iş üzrə qiymətləndirmə aparmış şəxsin əsas fəaliyyət istiqamətinin dəymiş zərərin qiymətləndirilməsi olmasını nəzərə alaraq dəymiş zərərin miqdarını müəyyən edərkən iddiaçının təqdim etdiyi sübutu şübhədən kənar sübut saymır, onu işin həllində mötəbər sübut kimi qəbul etmir və qiymətləndirməni aparmış şəxsin zərərlə bağlı gəldiyi nəticəsini işin hallarına uyğun sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşin müəyyən edilmiş hallarından görünür ki, yüksək təhlükə mənbəyi olan avtomobil Cavabdeh tərəfindən idarə edilərkən onun təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və o, hadisə yerindən yayınmışdır. Yol-nəqliyyat hadisəsi zamanı digər avtomobilə dəymiş zərər isə iddiaçı sığorta şirkəti tərəfindən ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı sığorta şirkətinin subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən avtomobilə dəyən ziyan 7630 manat təşkil etdiyindən və həmin məbləğin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənildiyindən, qalan cavabdehdən 2630 manat (7630-5000=2630 manat) məbləğində pul tutulmalıdır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən 2630 manat məbləğində pul tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 62,51 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin qiymətləndiricinin rəyindən göründüyü kimi, xidmət haqqının dəyəri 300 manat məbləğindədir. Məhkəmə hesab edir ki, qiymətləndiricinin rəyinin verilməsi üçün 300 manat xidmət haqqı cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh tərtib edilmiş TP6468561 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati məsuliyyətə cəlb olunduğu inzibati xəta hadisəsini törətdikdən sonra yol nəqliyyat hadisəsi yerindən yayındığına və bu halı həmin inzibati xəta hadisəsi ilə bağlı aparılmış araşdırma zamanı verdiyi izahatında etiraf etdiyinə görə iddiaçının həmin hadisəyə görə zərər dəymiş şəxsə ödədiyi məbləği cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə hesab edir ki, həmin məbləğin mütəxəssis rəyi ilə də çox olduğu müəyyən edilmişdir. Bu səbəbdən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 77.1, 216-220, 222, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2630 manat və dövlət rüsumuna görə 62,51 manat pul tutulub İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İş üzrə qiymətləndiricinin rəyinin alınması üçün xidmət haqqının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına VÖENi:**********, İcraçının hesablaşma hesabı: H/h:AZ66AİİB******************** Kapital Bank ASC-in Nərimanov filialı Kod:200093 VÖEN: ********** S.W.İ.F.T. AİİBAZ2X M/h: AZ37NABZ******************** hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar