Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1668/2025 25.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdehə ödəməli olduğu alimentin azaldılaraq hər ay 245 manat sabit pul məbəğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-95/2018 saylı, 02 mart 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə X8 arasında xx.xx.2016-cı ildə Sumqayıt Asan xidməti Qeydiyyat şöbəsində bağlanmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 412 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 26 fevral 2016-cı il təvəllüdlü X5 anası X1 yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən hesablanmaqla, hər ay sabit pul məbləğində 136 (bir yüz otuz altı) manat aliment İddiaçı tutularaq X4 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli 2(002)-2684/2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi 26 fevral 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Füzuli rayon Məhkəməsinin 2(064)-95/2018 saylı 02 mart 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılması, cavabdeh CavadlıAqşin Şahmərdan oğlundan iddiaçı X1 xeyrinə 26 fevral 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli 2(002)-2684/2019-cu il tarixli qətnaməsi ilə İddiaçı hazırki vəziyyətini maddi cəhətdən çox çətin vəziyyətə salmışdır. Belə ki, İddiaçı hazırki cavabdeh X8 ilə nikahı pozulduqdan sonra 22 dekabr 2020- ci il tarixində yeni nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan 23 oktyabr 2022-ci il təvəllüdlü X9 və 21 dekabr 2024-cü il təvəllüdlü X10 doğulmuşlar. Tərəflər müəyyən müddət bir yerdə mehriban yaşasalar da, xasiyyətləri uyğun gəlmədiyindən iddiaçının ikinci nikahı da uğursuz alınmışdır. Bununla da tərəflər aralarında 07 aprel 2025-ci il tarixində hər bir uşağa görə 246 manat, cəmi 492 manat ödənilməsi barədə mediasiya təşkilatında barışıq sazişi bağlamışlar. Göründüyü kimi, İddiaçı hər üç uşaq üçün öhdəlikləri yaranmış və ilk nikahdan olan övadı üçün məhkəmə qətnaməsi üçün tutulan hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulması hazırki nikahdan olan digər övladlarının hüquqlarını pozur. Belə ki, şəxsin sabit qazancı olduğundan, onun gəlirinin 4/1 hissəsindən tutulan alimentin miqdarı 250 manatdan çox olmalı deyil. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Valideynlərin öz uşaqlarını kifayət qədər saxlamağa borclu olmalarına baxmayaraq, hazırkı demokratik cəmiyyətdə onları bunu etməyə məcbur etmək imkanı yoxdur. Əgər onların kifayət qədər gəlirləri yoxdursa və ya gəlirləri yaşayış minimumunun miqdarından azdırsa, onları artıq qazanc əldə etməyə məcbur etmək olmaz. Bu hal, Konvensiyaya ziddir və insan hüquqlarını pozur. Bu səbəbdən alimentin miqdarı müəyyən edilərkən borclunun imkanları nəzərə alınmalıdır. Beləliklə, valideynlərlə uşaqlar arasında aliment öhdəliklərindən əmələ gələn ictimai münasibətlər Ailə Məcəlləsinin müddəaları (maddələri) ilə tənzimlənir. Uşaqların saxlanması üçün alimentin məhkəmələr tərəfindən sabit pul məbləği ilə müəyyən edilməsi, həmçinin məhkəmələr tərəfindən alimentin miqdarı (minimum miqdarı) müəyyən edildikdən sonra alimentin miqdarının dəyişdirilməsi barədə tələblərə məhkəmələr tərəfindən baxılarkən tutulmalı olan alimentin miqdarı məhkəmə tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin tələblərinə müvafiq olaraq müəyyən edilməlidir. İddiaçının nümayəndəsi Məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasınıın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 2(064)-95/2018 saylı 02 mart 2018-ci il tarixli qətnaməsi əsasında müəyyən olunur ki, İddiaçı ilə X8 arasında xx.xx.2016-cı ildə Sumqayıt Asan xidməti Qeydiyyat şöbəsində bağlanmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 412 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 26 fevral 2016-cı il təvəllüdlü X5 anası X1 yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən hesablanmaqla, hər ay sabit pul məbləğində 136 (bir yüz otuz altı) manat aliment İddiaçı tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli 2(002)-2684/2019-cu il tarixli qətnaməsi əsasında müəyyən olunur ki, 26 fevral 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Füzuli rayon Məhkəməsinin 2(064)- 95/2018 saylı 02 mart 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılması, cavabdeh İddiaçı X1 xeyrinə 26 fevral 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 552905 nömrəli nikah haqqında şəhadətnamənin surəti əsasında müəyyən olunur ki, İddiaçı ilə X7 arasında xx.xx.2022-ci il tarixdə 2 saylı Sumqayıt ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 475 nömrə ilə nikah aktı qeydə alınmış, ərə “Cavadlı”, arvada “Cavadlı” soyadı verilmişdir. İş materiallarında olan AZ V seriyalı, 073851 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X6r. İş materiallarında olan AZ İV seriyalı, 828449 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X6r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli barışıq sazişi əsasında müəyyən olunur ki, ikinci tərəf İddiaçı birinci tərəf X2 xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X9 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən etibarən iki uşaq üçün aylıq cəmi 492 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2-ci maddəsinə görə Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. İddiaçı iddia ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-3-cü bəndində qeyd edilir ki, Alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Həmin qərarın 8.7-ci bəndində qeyd edilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Həmin qərarın 8.14-ci bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə iş üzrə qərar qəbul edərkən tərəflərin maddi vəziyyətini və Cavabdehin ödəmə qabiliyyətini də nəzərə alır. Məhkəmə aliment tələbi üzrə nəticəyə gələrkən uşaqları saxlamağın hər iki valideynin borcu olduğunu, hazırkı vəziyyətdə Cavabdehin ödəmə qabiliyyətini, 2025-ci ildə uşaqlar üçün yaşayış minimumunun 246 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşağın anasının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2684/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş ödəniləcək aylıq aliment məbləğinin dəyişdirilərək hər ay hər uşaq üçün İddiaçının aylıq qazanc və digər gəlirlərinin 1/6 hissəsi həddində olması yetərlidir və bu aliment məbləği ilə uşağın layiqli həyat şəraitinin, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatının təmin edilməsi mümkündür. Belə ki, Məhkəmə iş materiallarında olan sənədlər əsasında müəyyən edir ki, İddiaçı ikinci dəfə ailə həyatı qurmuş və ikinci nikahından xx.xx.2022-ci il təvəllüdlü X9 və xx.xx.2024-cü il təvəllüdlü X10 doğulmuşdur. Lakin ikinci nikahı da uğursuz olmuş, xx.xx.2022-ci il təvəllüdlü X9 və xx.xx.2024-cü il təvəllüdlü X10 analarının himayəsində olmaqla İddiaçı tərəfindən iki uşaq üçün aylıq cəmi 492 manat məbləğində aliment ödənilməsinə dair aralarında razılığa gəlmişlər. Məhkəmə İddiaçının ikinci dəfə ailə həyatı qurmasını və ikinci nikahından iki uşağının olmasını və onlar qarşısında da aliment öhdəliyinin olmasını, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, sabit pul məbləğində alimentin təyin edilməsi yalnız aliment alacaq şəxsin tələbilə təyin edildiyindən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2684/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı aylıq qazanc və digər gəlirlərinin 1/6 hissəsi həddində aliment tutularaq X4 ödənilməlidir. Nəzərə alsaq ki, Ailə məcəlləsinin 76.1.3cü maddəsinin tələbinə görə 3 uşağa münasibətdə aliment aylıq qazanc və digər gəlirlərin 1/2 hissəsi həddində təyin edilir, bu halda yerdə qalan aylıq qazanc və digər gəlirlərin 2/6 hissəsi də ikinci nikahdan olan uşaqların saxlanması üçün sərf olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2684/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı aylıq qazanc və digər gəlirlərinin 1/6 hissəsi həddində aliment tutularaq X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-1668/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1668/2025
25.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver