Məhkəmə qərarları › İş №e-2(064)-2005/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2005/2023

23.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2005/2023 23.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddiasna dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh 280 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzilini təmir elədirmək üçün münasib qiymətə usta axtarırmış, internetdə usta xidmətinin göstərilməsi ilə bağlı verilmiş elanlara baxmış və ordan ***-***-**-** Rasim adlı şəxslə əlaqə saxlamış, usta gəlib işə baxmış və sonra dediyi işləri 2.100 manat müqabilində, 10 gün ərzində tam görüb ona təhvil verəcəyini bildirmişdir. O, cavabdehə arxayın olub işə başlamış, sonra bildirmişdir ki, yol uzaqdır onun evində qalımışdır ki, yola vaxtı getməsin, beləliklə evinin açarını buna vermiş və qalması üçün ona yer ayırmışdır evdə. Təmirlə bağlı (divara və yerə daş vurulması) şərait olmadığından özləri o evdə yaşamırdılar. Usta Cavabdeh (AA 0384368) anasının yası ilə bağlı rayona getməli olduğunu bildirdi və iş görməmişdən qabaq ondan çoxlu pul aldı ki, yasdır gedib iş görməlidir, vəziyyəti pisdir, pulu yoxdur, həmçinin Ramana qəsəbəsi, Şuşa şəhərciyi isdiqamətində torpaq sahəsi var idi orada özünə ev tikdirirdi, ora material almalı olduğunu bildirərək bu şəkildə məndən hər gün pul alırdı ki, onsuzda işini tez görüb bitirəcəkdir. Usta Cavabdeh etibardan sui-istifadə etmə və ya aldatma yolu, yalan vədlərin təsiri altında ondan 1900 manat pul aldı və qalan işi də qoyaraq qaçdı. İndi o, 10 günə bitməli olan işi 3 ay keçib hələ bitməyib, evinə yığışa bilmir və pulunu da geri qaytarmır. Hər dəfə pul geri qaytaracaq deyərək tarix verir və sözünə əməl etmir. Yəni bu insan nə insan kimi nə kişi kimi sözünü tutmağı bacarır və vicdanlı insan kimi hərəkət etməyi bacarır. Bacardığı tək şəy çətinə düşəndə “kasıbam, işsizəm” deyib camaatı iş gömək adı altında pulunu aldadaraq alır. Qeyd olunan şəxs onun kimi onlarla insanı bu yolla aldadır ki, bu qədər pul ver, işini həll edəcəm sonra sənin əlində olan pulu alıb kutarandan sonra işi yarımçıq qoyub qaçır. O, ödədiyi pulun qaytarılması üçün Daxili işlər Nazirliyinə müraciət etmişdir. 36-cı polis bölməsi işi araşdırdı və usta Cavabdeh polisdə izahatı alındı. O, izahatında iddia ərizəsinə göstərilənləri etiraf edərək bildirdi ki, təmirlə bağlı İddiaçı ilə 2100 manata razılaşaraq işə başlayıb və işi görüb qurtarmamış İddiaçı 1900 manat pul alıb, işi yarımçıq qoyub gedib və İddiaçı artıq aldığı 280 manat pulu 2023cü il sentyabr ayın sonuna kimi qaytaracaq. Xətai rayon polis idarəsinin 36-cı polis bölməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iş mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarıldı (qanuni qüvvəsini almış) və qərarda da Cavabdeh etirafı öz əksini tapır (4-cü abzas). Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh İddiaçı tapşırığı əsasında onun evində müəyyən təmir-tikinti işləri aparmış, lakin bu işləri tam şəkildə başa çatdırmamışdır. Başa çatdırmadığı işin müqabilində aldığı 280 manatı qaytarmalı olduğu halda bunu qaytarmamışdır. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə cavabdehdən iddiaçının xeyrinə 280 manatın tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə qabaqcadan ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 280 manat və 30 manat döblət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar