Məhkəmə qərarları › İş №e-2(064)-2019/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2019/2025

03.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2019/2025 03.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qaşı “alimentin azadılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “alimentin azadılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3056/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadına dəyişiklik edilməsi və aliment məbləğinin azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli qədərində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3056/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadına dəyişiklik edilməsi və aliment məbləğinin azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli qədərində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü oğlu X2 anası Cavabdeh yanında saxlanılmaqla ondan hər ay 117 manat tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi dəyişdirilərək birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü oğlu X2 18 yaşına kimi saxlanılması üçün ondan hər ay 154 manat alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh "alimentin indeksasiyası” barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3056/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-314/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3056/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır. Qərardadla razılaşmadığına görə tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-314/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilmiş, şikayət təmin edilməyərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 8(103)-305/2025 xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-314/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsi Qərardadında qeyd etmişdir ki, “Şikayət verən borcluya izah edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə (112.1-ci maddəsinə) müvafiq aliment ödənilməsi barədə saziş imzalamaq, habelə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, cavabdehin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişməsi və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilməsi üçün müraciət edilə bilər”. Odur ki, qanunvericiliyin ona verdiyi hüquqi imkanlardan istifadə edərək, ən əsası təyin edilmiş alimentin bir uşağa münasibətdə həddindən artıq çox olduğunu, ölkə üzrə münimum əmək haqqının belə qeyd edilən aliment məbləğindən aşağı olduğunu və sonda bu məbləği ödəməyə maddi və sosial vəziyyətinin ağırlığını nəzərə alaraq, təyin edilmiş alimentin 1,18 misli civarından ölkə üzrə minimum əmək haqqının 0,61 mislinə (sonrakı artımlar nəzərə alınmaqla) azaldılmasına dair məhkəməyə müraciət etmək məcburuyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəməyə ərizə ünvanlayaraq iddia tələbi ilə razı olmadığını qeyd edərək bildirmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü X3 Asperger sindromlu uşaqdır. O, bu halın, uşağın müalicə və reabilitasiya xərclərinin olduğunu nəzərə alaraq alimentin 472 manatdan 350 manata endirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş və iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin mediasiya prosesinin davam etdirilməməsi səbəbdən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. -E-Sosial səhfəsindən əldə edilmiş xx.xx.2025-ci il tarixli şəxs barədə məlumatlardan görünür ki, İddiaçı adında mərkəzləşmiş elektron informasiya sistemində şəxsin qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat müvcud deyildir. -xx.xx.2024-cü il tarixli yaşayış sahəsinin kirayə verilməsi haqqında müqavilədən görünür ki, X1 “kirayə verən “ ilə İddiaçı arasında Kirayə obyekti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40,5 kv-m olan mənzilə dair kirayə müqaviləsi bağlanmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3056/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3056/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin 8(103)-305/2025, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-314/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi dəyişdirilərək tərəflərin nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıdan hər ay 154 manat tutularaq alimentin tutularaq Cavabdeh verilməsi qət edilmiş, daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3056/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-305/2025, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-314/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda iddiaçı alimentin miqdarının azaldılmasını xahiş edir, cavabdeh isə iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən stənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi alimentin azaldılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Məhkəmə iddiaçının ailə və maddi vəziyyətində baş vermiş dəyişikliyi nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 246 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1.-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qanunvericiliyin tələbinə əsasən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi qanunun bu norması imperativ xarakter daşımır və qanun alimentin dəyişməsini işin hallarına görə məhkəmənin mülahizəsinə təqdim edir. İddiaçıdan alimentin tutulmasına dair qətnamə 2018-ci il tarixdə qəbul edilmişdir və həmin vaxtdan hazıra kimi iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Məhkəmə iddiaçının aylıq qazancının azaldığını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3056/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiya olunduqdan sonra tutulan aliment məbləğinin minimum əmək haqqının 1,18 misli həddində müəyyən edildikdən sonra (yəni 2025-ci il üzrə 472 manat) alimentin məbləğinin kifayət qədər çox olduğunu, onun qazancı ilə uyğunluq təşkil etmədiyini, alimentin ödənilməsində müəyyən çətinliklər yaratdığını və uşağın mənafeyi nəzərə alaraq hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment azaldılmalı, cavabdehdən tutulacaq sabit aliment məbləği hər ay uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində müəyyən edilməlidir ( 400 manat (2025-ci il üzrə minimum əmək haqqı) x 0,62=248). Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 3056/2018 saylı qətnaməsi ilə tutulan və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3056/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə indeksasiya olunan alimentin miqdarı azaldılmalı və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8-2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in: -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - ... qaçqınlar və məcburi köçkünlər... dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, tərəflər Füzuli rayonundan məcburi köçkündürlər və onların bu statusu qüvvədədir. Beləliklə, tərəflər dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3056/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3056/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə indeksasiya olunan alimentin miqdarı azaldılsın və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində tutulan alimentin məbləği azaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar