Məhkəmə qərarları › İş №e-2(064)-882/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-882/2024

03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-882/2024 03.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı vurulmuş zərərin subroqasiya qaydasında ödənilməsi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə 182,1 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh oğlu tərəfindən etibarnamə ilə idarə olunan “Mitsubishi Pajero” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Rav 4” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı və “Hyundai Accent” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********7 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, “Toyota Rav 4” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisələri nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı hesablama aktına əsasən “Toyota Rav 4” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2285.80 manat ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 113398 nömrəli sığorta aktına və 10872 nömrəli ödəniş tapşırığına əsasən sığortalanmış “Toyota Rav 4” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2285.80 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh oğlu təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh oğlu İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Füzuli Rayon İcra Hakimiyytinin məktubuna əsasən Cavabdeh oğlunun məcburi köçkün kimi hazırda harada yaşaması barədə onlarda məlumat olmamışdır. Lakin şəxslə telefon vasitəsi ilə əlaqə saxladığımızda məlum olmuşdur ki, faktiki olaraq hal-hazırda ünvan 1 ünvanında məskunlaşmışdır. Subroqasiya qaydasında dəymiş zərərə görə 100 manat azadolma məbləği çıxılmaqla qalan 2185.80 manat məbləğin 2003.7 manat hissəsi “Mitsubishi Pajero” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta şirkəti olan "xxxx" Şirkəti ASC tərəfindən ödənilmiş, qalan 182.10 manat hissəsi isə zərərvuranın özü tərəfindən yazılı pretenziya və şifahi danışıqların aparılmasına rəğmən hələ də ödənilməmiş qalmışdır. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki,: - “Toyota Rav 4” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən PAT**********7 nömrəli şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır (“İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması” və sığorta aktının surətləri əsasında); - Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə etibarnamə ilə idarə olunan “Mitsubishi Pajero” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Rav 4” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı və “Hyundai Accent” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə Cavabdeh oğlu İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir (TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətləri əsasında); - Göstərilən inzibati xəta nəticəsində “Toyota Rav 4” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2285.8 manat (Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisələri nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı hesablama aktının və xx.xx.2022-ci il tarixli sığorta aktının surəti əsasında); - İddiaçı göstərilən inzibati xəta nəticəsində vurulmuş maddi zərərin aradan qaldırılması üçün “sığortalanmış “Toyota Rav 4” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2285.80 manat məbləğində pul ödəmişdir (113398 nömrəli sığorta aktı və 10872 nömrəli ödəniş tapşırığının surətlərinə əsasən). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. mək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında qanunun: 25.1. Sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. 25.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə göstərilən sənədlər və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh oğlu tərəfindən etibarnamə ilə idarə olunan “Mitsubishi Pajero” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Rav 4” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı və “Hyundai Accent” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir və baş vermiş hadisədə Cavabdeh oğlu İXM-nin təqsirli bilinmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh oğlu İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisələri nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı hesablama aktına əsasən “Toyota Rav 4” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2285.80 manat ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 113398 nömrəli sığorta aktına və 10872 nömrəli ödəniş tapşırığına əsasən sığortalanmış “Toyota Rav 4” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2285.80 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Nəticədə iddiaçının xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh oğlu təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. İş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması vurulan zərərin Cavabdeh oğlu tərəfindən vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 182.10 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişə görə 182,1 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul tutulub İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar