Məhkəmə qərarları › İş №e-2(064)-974/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-974/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-974/2025 13.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdən vurulmuş zərərə görə 1650 manat və ödənilmiş 36,50 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 2106” markalı, ** GP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21063” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Mercedes Benz C180” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 200” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. 129785, 130193, 205422 saylı sığorta aktlarından, isb-dən (icbari sığorta bürosu) çıxarışdan görünür ki, hadisə zamanı “VAZ 2106” markalı, ** GP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər müddətdə mülkiməsuliyyətin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Forma 4 arayışına, İXP seriyalı, ******* saylı və İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokollardan aydın olur ki, hadisə zamanı Cavabdeh başqa həm də, “VAZ 21063” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 da İXM-nin 327.2-cimaddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Hadisədə iki sürücü də təqsirli olduğu üçün sığorta ödənişi zərərçəkənlərə mütənasib olaraq ödənilmişdir. Müstəqil ekspert tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli rəyə əsasən “Mercedes Benz C180” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2585 AZN (iki min beş yüz səksən beş manat) məbləğində zərər dəymişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 1292.50 AZN (min iki yüz doxsan ikimanat əlli qəpik) sığorta ödənişi zərərçəkən X1 ərizəsi əsasında onun bank hesabına köçürülmüşdür. “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” xx.xx.2024-cü il tarixli hesabata əsasən “VAZ 21063” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 415 AZN maddi zərər dəymiş, onun yarısı, yəni 207.50 AZN (iki yüz yeddi manat əlli qəpik) həcmində sığorta ödənişi isə zərərçəkən X3 ərizəsi əsasında ona məxsus bank hesabına xx.xx.2024-cü il tarixli qəbzə əsasən köçürülmüşdür. “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata əsasən “Mercedes Benz 200” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 300 AZN (üç yüz manat) zərər dəymişdir. Mütənasib olaraq 150 AZN sığorta ödənişi zərərçəkən X2 razılığı ilə ona məxsus bank hesabına xx.xx.2024-cü il tarixli qəbzə əsasən ödənilmişdir. Beləliklə göründüyü kimi iddiaçı sığorta şirkəti tərəfindən ümumilikdə 1650 AZN (min altı yüzəllimanat) sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Füzuli rayon Məhkəməsinin 3(064)-213/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edib hadisə törətdiyinə görə İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, 800 manat cərimə edilmişdir. Buna görə də, ona qarşı subroqasiya hüququ yaranmışdır. Füzuli İcra Hakimiyyətinin məktubuna əsasən Cavabdeh hal-hazırda qeydiyyatda olduğu ünvanda faktiki olaraq yaşayır. Cavabdehlə dəfələrlə borcun ödənilməsi ilə bağlı əlaqə yaradılsa da, ödəniş olunmamışdır. Hesab edirik ki, ümumilikdə ödənilmiş 1650 AZN (min altı yüz əlli manat) sığorta ödənişi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 25.1.2-ci maddəsinə görə sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması həmin şəxsə qarşı subroqasiya hüququ yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin İddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Məhkəmə iddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayış, 129785, 130193, 205422 saylı sığorta aktları, xx.xx.2024-cü il tarixli qəbz, “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabat, Füzuli rayon Məhkəməsinin 3(064)- 213/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 36,50 manat dövlət rüsumunun əvəzinin də Cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinə görə 1650 manat və dövlət rüsumuna görə ödənilmiş 36,50 manat məbləğində pul tutulub İddiaçı Sığorta Şirkəti ASC-nin xeyirinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar