Məhkəmə qərarları › İş №e-2(066)-1007/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1007/2025

31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1007/2025 31.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən faydalanan şəxsə ödənilmiş 3000 (üç min) manat sığorta ödənişinin və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun, ümumilikdə 3050 (üç min əlli) manat pulun iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən PDS********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Hyundai Genesis” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi ərazisində idarə edərkən, “Mercedes Benz E350” minik markalı, ** TM *** dövlət qeydiyyat nişanlı və “Kia Sportage” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Buna görə də Səbail rayon DYPŞ-nin "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın"dan, Səbail rayon DYPŞ-nin Polis kapitanı X2 xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 00:30 radələrində Səbail rayonu, Salyan şosesi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh avtomobili sərxoş halda idarə etdiyi üçün Səbail Rayon Məhkəməsinin 3(009)-1902/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zərər dəymiş "Mercedes Benz E350" minik markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı "İcbari Sığortalar haqqında" qanunun 16-cı və "Sığorta fəaliyyəti haqqında" qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, f/ş X4 tərəfindən qiymətləndirilərək 9430 (doqquz min dörd yüz otuz) manat məbləğində müəyyən edilmişdir. Zərər dəymiş "Kia Sportage" minik markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı "İcbari Sığortalar haqqında" qanunun 16-cı və "Sığorta fəaliyyəti haqqında" qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, Kia Motors tərəfindən qiymətləndirilərək 1320 (min üç yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 20093/2023 saylı ödəniş aktına və xx.xx.2023-cü il tarixli , 68542 saylı ödəniş tapşırığına əsasən 4386.05 manat, xx.xx.2023cü il tarixli 20094/2023 saylı sığorta ödəniş aktına və xx.xx.2023-cü il tarixli 68543 saylı ödəniş tapşırığına əsasən 613.95 manat olmaqla, ümumilikdə 5000 (beş min) manat sığorta ödənişi faydalanan şəxslərin bank hesabına köçürülmüşdür. Bəhs edilən məbləğin 2000 (iki min) manatı cavabdeh tərəfindən ödənilmiş, 3000 (üç min) manat məbləğ isə ödənilməmişdir. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci, "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətininin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması hallarında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, “Hyundai Genesis” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi ərazisində idarə edərkən, “Mercedes Benz E350” minik markalı, ** TM *** dövlət qeydiyyat nişanlı və “Kia Sportage” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Baş vermiş hadisə ilə əlaqədar Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən dəymiş zərər üzrə 5000 (beş min) manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 00:30-da “X9” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1902/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinibin nəqliyyat vasitəsini idarə etmək hüququ iki il məhdudlaşdırılmaqla 700 manat cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, 2023cü il avqust ayının 12-də saat 00:30-da “X9” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qasımova X5 Şossesi ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. “İcbari Sığorta Müqavilələrinin Mövcudluğunun Yoxlanılması” barədə çıxarışdan görünür ki, hadisə baş verən zaman “Hyundai Genesis” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında olan icbari sığorta müqaviləsi qüvvədə olmuşdur. xx.xx.2023-cü il tarixli, 68542 nömrəli ödəniş tapşırığından görünür ki, Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 4386,05 (dörd min üç yüz səksən altı manat beş qəpik) manat məbləğində pulu X1 hesabına köçürmüşdür. xx.xx.2023-cü il tarixli, 68543 nömrəli ödəniş tapşırığından görünür ki, Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 613,95 (altı yüz on üç manat doxsan beş qəpik) manat məbləğində pulu X3 hesabına köçürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, vurulmuş zərərlə bağlı borcun ödənilməyəcəyi halda iddiaçı tərəfindən məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, vurulmuş zərərlə bağlı borcun ödənilməyəcəyi halda iddiaçı tərəfindən məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Göründüyü kimi Cavabdeh “Hyundai Genesis” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi ərazisində idarə edərkən, “Mercedes Benz E350” minik markalı, **- TM-*** dövlət qeydiyyat nişanlı və “Kia Sportage” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli hesab edilmiş və vurduğu zərər iddiaçı tərəfindən ödənilmiş və iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmış, cavabdeh vurduğu zərərin dəyərini tam ödəmədiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat sığorta ödəniş məbləği və məhkəmə xərci olaraq 50 (əlli) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar