Məhkəmə qərarları › İş №e-2(066)-1739/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1739/2025

10.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1739/2025 10.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat alimentin, 50 manat mediasiyaya ödənilən xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh il 2011-ci il tarixdə faktiki olaraq evlənmişlər. Nikahlarını xx.xx.2012-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 atalığı müəyyən olunmadığından doğum haqqında şəhadətnaməsi olmamışdır. Tərəflər 2019-cu ilin mart ayınadək ailə münasibətlərində olmuşlar. Samux Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(058)-46/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Nizami Hümbətov) iddia tələbi nikahın pozulması hissəsində tam, aliment tələbi hissəsində isə qismən təmin edilmiş, iddiaçı X7 ilə Cavabdeh arasında 19 sentyabr 2012-ci il tarixdə Samux Rayon Qeydiyyat Şöbəsi tərəfindən 201 sayla qeydə alınmış nikah akt qeydinin pozulması, nikahın pozulması haqqında şəhadətnamə verilərkən iddiaçı Cavabdeh 15 (on beş) manat dövlət rüsumunun alınması, cavabdeh X3 isə bu xərcdən azad edilməsi, tərəflərin birgə nikahdan 24 avqust 2012-ci il tarixdə anadan olmuş X10 adlı uşağın iddiaçı olan atası Cavabdeh yaında və himayəsində saxlanılması, 24 avqust 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay hər növ qazancından 100 (bir yüz) manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin bu qaydada tutulmasının 03 oktyabr 2019-cu il tarixdən hesab edilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi, qətnamənin aliment alınması hissəsinin dərhal icra edilməsi, cavabdeh X2 əlavə 30 manat dövlət rüsumunun alınaraq Respublika büdcəsinə keçirilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-831/2023 saylı qətnaməsi ilə Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(058)-46/2020 nömrəli qətnaməsi tərəflərin birgə nikahdan 24 avqust 2012-ci il tarixdə anadan olmuş X10 adlı uşağın iddiaçı olan atası Cavabdeh yanında və himayəsində saxlanılması, 24 avqust 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay hər növ qazancında 100 (yüz) manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin bu qaydada tutulmasının 03 oktyabr 2019-cu il tarixdən hesab edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X10 anası X3 himayəsində saxlanılması qət edilmişdir. Hal-hazırda uşağın saxlanılması üçün çətinlik çəkir. Belə ki, uşaq məktəbə, məktəbdən əlavə məşğələlərə gedir. Ona görə də, aliment tələbinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, 24 avqust 2012-ci ildə X10 adında övladı dünyaya gəlib. Əslində normalda alimentə ehtiyyacı olmamış, çünki apellyasiya məhkəməsində iddia qaldırıb ki, aliment tələb etməyib. Qarşı tərəf onu qıcıqlandırdığı və uşağın təhsili üçün alimentə ehtiyyacı var. Uşağın təhsil alması üçün atanında köməyi lazımdır. 2023-cü ildən uşaq onunla yaşayır. 2018-ci ildə cavabdehlə boşanıblar. Boşanma zamanı Azərbaycanda olmadığı üçün, daha sonra Apellyasiya məhkəməsində iddia qaldıraraq uşaqları almışdır. Boşanma zamanı uşaqlar atada saxlanılmışdır, daha sonra Azərbaycana qayıdan zaman uşaq üçün iddia qaldırıb. Əlavə olaraq bildirdi ki, 2023-cü ildən bu günə kimi uşaq onun yanında yaşayır. Boşanma zamanı aliment tələbi olmayıb. 7-8 ay nənəsi hər ay 20 manat olmaqla pul göndərib. İki övladları var. 2016-cı il təvəllüdlü uşağa qarşı tərəf atalıq verməmişdir. Atalıq üçün müraciət olunmayıb. 2016-cı il təvəllüdlü övladları Rusiyada doğulub, doğulan zaman nikah kağızı yanlarında olmadığı üçün atalıq verilməyib. Nikahın pozulması haqqında şəhadətnamə yanında yoxdur. 246 manat aliment tələb edir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil izahatında bildirdi ki, işin halları ondan ibarətdir ki məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və məhkəmə qətnaməsi ilə X10 iddiaçının himayəsinə verilmişdir. Həmin məhkəmədə iştirak etmiş, məhkəmə zamanı iddiaçı alimentlə bağlı imtina etmişdir. Lakin indiki vəziyyətdə uşağın təhsili haqqı ilə, fiziki, maddi, mənəvi cəhətdən inkişaf etməsi üçün əlavə maddiyata ehtiyyacı var. Bunları qarşılamaq üçün hal-hazır ki, vəziyyətdə cavabdeh tərəfindən aliment alınması zərurəti yaranmışdır. Bu səbəbdən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçı uşağı üstünə ataraq, Türkiyəyə getmişdir. İddiaçının ona 6000 manat aliment borcu olmuş, Göygöl rayonunda axtarışda olmuş və Naxçıvanda tutulmuşdur. İddiaçının dedikləri yalandır. 6 il aliment yığılmış və iddiaçı tutulmuşdur. Tutulub gələn zaman atası, anası gedib yalvarmış və bu səbəbdən yazılı olaraq alimentdən imtina etmişdir. İddiaçı Apellyasiya məkməsində şikayətə baxılan zaman Samux rayon məhkəməsinin qərarı ləğv olunub. İddiaçı tərəf Apellyasiya məhkəməsində ayağa qalxaraq, aliment istəmədiyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, fəhləliklə məşğuldu, günü 15 manata işləyir. Başqa övladı yoxdur. Uşaqlarına veş və pul göndərmiş, göndərdiyi pulların çekləridə var. İddiaçı yalandan söyləyir ki, 20 manat pul göndərib. Rəsmi olaraq heç bir yerdə işləmir, əlilliyi yoxdur. İkinci dəfə evlənməyib. O, əlindən gəldiyi qədər köməklik göstərsə də, iddiaçı uşağı ona göstərmir. Aliment verməyə razı deyil. İddiaçı alimentdən imtina etsədə, yenidən iddia qaldırıb aliment istəyir. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Samux rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İİ seriyalı, 958856 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə Göygöl rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2012-ci ilin 09-cu ayının 19-cu günündə 552 №-ilə qeyd edilmişdir. (Atası Cavabdeh, anası İddiaçıdır). İş materiallarına əlavə edilmiş Samux 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞS/MT/2025-000265 saylı “X6 iştirak edilməməsi barədə” arayışdan görünür ki, ailə münasibətlərindən irəli gələn “aliment tələbi”nə dair mübahisə üzrə mediator X13 tərəfindən keçirilən “X11”nda Cavabdeh iştirak etməmiş, X6 iştirak etmiş İddiaçı İMS-nin keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2(104)-831/2023 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməsi, Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(058)- 46/2020 nömrəli qətnaməsinin tərəflərin birgə nikahdan 24 avqust 2012-ci il tarixdə anadan olmuş X10 adlı uşağın iddiaçı olan atası Cavabdeh yanında və himayəsində saxlanılması, 24 avqust 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay hər növ qazancında 100 (yüz) manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin bu qaydada tutulmasının 03 oktyabr 2019-cu il tarixdən hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X5 anası X3 himayəsində saxlanılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan aliment hissəsində qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, iş üzrə tərəflərin nikahlarını xx.xx.2012-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 atalığı müəyyən olunmadığından doğum haqqında şəhadətnaməsi olmamışdır. Tərəflər 2019-cu ilin mart ayınadək ailə münasibətlərində olmuşlar. Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(058)-46/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Nizami Hümbətov) iddia tələbi nikahın pozulması hissəsində tam, aliment tələbi hissəsində isə qismən təmin edilmiş, iddiaçı X7 ilə Cavabdeh arasında 19 sentyabr 2012-ci il tarixdə Samux Rayon Qeydiyyat Şöbəsi tərəfindən 201 sayla qeydə alınmış nikah akt qeydinin pozulması, nikahın pozulması haqqında şəhadətnamə verilərkən iddiaçı Cavabdeh 15 (on beş) manat dövlət rüsumunun alınması, cavabdeh X3 isə bu xərcdən azad edilməsi, tərəflərin birgə nikahdan 24 avqust 2012-ci il tarixdə anadan olmuş X10 adlı uşağın iddiaçı olan atası Cavabdeh yaında və himayəsində saxlanılması, 24 avqust 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay hər növ qazancından 100 (bir yüz) manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin bu qaydada tutulmasının 03 oktyabr 2019-cu il tarixdən hesab edilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi, qətnamənin aliment alınması hissəsinin dərhal icra edilməsi, cavabdeh X2 əlavə 30 manat dövlət rüsumunun alınaraq Respublika büdcəsinə keçirilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-831/2023 saylı qətnaməsi ilə Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(058)-46/2020 nömrəli qətnaməsi tərəflərin birgə nikahdan 24 avqust 2012-ci il tarixdə anadan olmuş X10 adlı uşağın iddiaçı olan atası Cavabdeh yanında və himayəsində saxlanılması, 24 avqust 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay hər növ qazancında 100 (yüz) manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin bu qaydada tutulmasının 03 oktyabr 2019-cu il tarixdən hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X10 anası X3 himayəsində saxlanılması qət edilmişdir. Cavabdeh olan ata xx.xx.2012-ci il təvəllüdlü X10 adlı uşağının saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı “aliment” tələbi ilə X6 iştirak etmiş, lakin cavabdeh tərəf iştirak etməmişdir. Bundan sonra İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat alimentin, 50 manat mediasiyaya ödənilən xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini, cavabdeh isə aliment verməyə razı olmadığından iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 55.2.-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 84.2.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 01 yanvar 2026-cı il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu və 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı məbləği, iddiaçının tələb etdiyi aliment məbləğini, iddiaçının və cavabdehin gəlirləri barədə sübutun müəyyən edilməməsi və valideyinlərin uşaqların saxlanılmasında birgə məsuliyyəti olması nəzərə alınaraq iddia qismən təmin olunmalı, yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X10 adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,525 misli həddində sabit pul məbləğində aliment tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaq anasının yanında olduğundan, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X6 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, iddiaçı X6 iştirak etmiş və X11nın keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəməsini və cavabdehdən tələb etməsini nəzərə alaraq mediasiya xərci qismində ödənilmiş 50 (əlli) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı aliment tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin illik məbləğinin 2520 manat olması və həmin məbləğə uyğun 45,2 (qırx beş manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu təşkil etməsi nəzərə alınmalı, həmin dövlət rüsumu cavabdehdən alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X10 adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,525 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 45,2 (qırx beş manat, iyirmi qəpik) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar