Məhkəmə qərarları › İş №e-2(066)-1774/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1774/2025

18.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1774/2025 18.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 avqust 2020-ci il təvəllüdlü X5 və 31 oktyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2019-cu ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 21 avqust 2020-ci il tarixində oğlu X10, 31 oktyabr 2022-ci il tarixində isə qızı X9 dünyaya gəlmişlər. Ailə həyatı qurduqları vaxtdan qısa vaxt keçməsinə baxmayaraq, ailələrində həmişə söz-söhbət olmuşdur. Son zamanlar isə münasibətləri daha da dözülməz olmuşdur. Bu səbəbdən də ayrılmaq qərarına gəlmişlər. Artıq 1 il yarımdan çoxdur ki, ailə kimi bir yerdə yaşamırlar. Aralarında bağlanmış 21 dekabr 2024-cü il tarixli barışıq sazişinə əsasən uşaqların onun himayəsində qalması barədə razılığa gəlmişlər. Hazırda onların hər ikisi onun yanında qalırlar. Lakin cavabdeh uşaqların taleyinə biganə yanaşmaqla onların necə saxlanılması barədə maraqlanmır. Halbuki, valideynərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Cavabdehin uşağın saxlanılmasında ona maddi köməklik göstərmədiyinə görə çox böyük çətinlik çəkir. Ona görə də məcbur olub cavabdehdən alimentin tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Turqut adlı övladı hər zaman onun yanında qalıb. 2022-ci ilə qədər birlikdə yaşayıblar. İkinci övladı Aybikə doğulandan sonra cavabdeh Aybikəni götürərək gedib. Turqut cavabdeh getdikdən sonra onun yanında qalıb. Daha sonra yenidən cavabdeh gələrək birlikdə qalıblar, bir müddət sonra münasibətlər pozulub. 2024-cü ilin dekabr ayında mediasiyadan keçmişlər və barışıq sazişi bağlamışlar. İkinci övladı Aybikəni mediasiyadan keçdikdən sonra ona verib. 2024-cü ilin dekabr ayında müqavilə bağlandıqldan sonra hər iki uşağa o baxır. Cavabdeh hal-hazırda Al marketdə işləyir. Cavabdehin marketdə işləməsi ilə bağlı hər hansı sübut təqdim edə bilmirlər. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Onun əmək haqqısından əlinə çatan məbləğ 1200 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə izahatında göstərdi ki, tərəflər 2019-cu ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 21 avqust 2020-ci il təvəllüdlü X10 və 31 oktyabr 2022-ci il təvəllüdlü X9 adlı övladları dünyaya gəlmişdir. Lakin sonradan aralarında münasibətləri kəskinləşmiş və ayrılmaq qərarına gəlmişlər. Artıq xeyli vaxtdır ki, ailə kimi birlikdə yaşamırlar. Aralarında 21 dekabr 2024-cü il tarixdə barışıq sazişi bağlanaraq, uşaqların atalarının himayəsində qalmaq barədə razılığa gəlmişlər. Valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Ona görə də cavabdehdən hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.65 misli həddində aliment tutulmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşaqlar faktiki olaraq bir il yarımdır ki atalarının yanındadır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, İddiaçı cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 185.5.-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə iddiaçını və nümayəndəsini (vəkilini) dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AB******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş edilmiş 2 saylı Gəncə “Asan xidmət” X13 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 05/336 nömrəli arayışdan görünür ki, xx.xx.2020-ci ildə Gəncə şəhəri, Kəpəz rayonunda Cavabdeh doğulmuş X2 atası İddiaçı hesab edilmişdir. Bu barədə xx.xx.2020-ci il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 556 №-li atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Atalıq müəyyən edildikdən sonra vətandaşın soyadı Məmmədov, adı Turqut, atasının adı Şövqi oğlu olmuşdur. İş materiallarına əlavə edilmiş edilmiş 2 saylı Gəncə “Asan xidmət” X13 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 05/334 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci ildə Gəncə şəhəri, Kəpəz rayonunda Cavabdeh doğulmuş X3 atası İddiaçı hesab edilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 179 №-li atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Atalıq müəyyən edildikdən sonra vətandaşın soyadı Məmmədova, adı Aybikə, atasının adı Şövqi qızı olmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə “Asan xidmət” X13 tərəfindən verilmiş, AZ-İV seriyalı, 506523 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2020-ci ilin 10-cu ayının 24-cü günündə 4129 №-ilə qeyd edilmişdir. (Atası İddiaçı, anası Cavabdehdır). İş materiallarına əlavə edilmiş 2 saylı Gəncə “Asan xidmət” X13 tərəfindən verilmiş, AZ-İV seriyalı, 798776 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2022-ci ilin 11-ci ayının 26-cı günündə 1009 №-ilə qeyd edilmişdir. (Atası İddiaçı, anası Cavabdehdır). İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞG/1/2024-00050 nömrəli barışıq sazişindən görünür ki, iddiaçı ilə cavabdeh Göygöl 1 saylı Mediasiya təşkilatında aşağıdakı məzmunda barışıq sazişi bağlamışlar: 1)Tərəflər öhdəlik götürür ki, birgə nikahdan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X9 birinci tərəf yəni İddiaçı himayəsində qalsın. 2) Birinci tərəf yəni İddiaçı öhdəlik götürür ki, ikinci tərəf yəni Cavabdeh uşaqlar yetkinlik yaşına çatanadək istənilən vaxt övladları ilə görüşüb ünsiyyətdə ola bilər. 3) Tərəflərin qarşılıqlı razılığı ilə birinci tərəf yəni İddiaçı öhdəlik götürür ki, 3 il müddətində yenidən ailə həyatı yəni nikah müqaviləsi bağlamayacaq. 4) Tərəflər öhdəlik götürürlər ki, gələcəkdə övladlarının psixoloji və mənəviyyatına təsir edə biləcək adımlar atmamalı yəni həyat və yaşam tərzlərinə xüsusi diqqət yetirməlidir. Tərəflərdən hər hansının həyat və fəaliyyətində milli mənəviyyata və ailə dəyərlərinə mənfi təsir göstərə biləcək hallar aşkar olunarsa uşaqlar qeyri şərtsiz digər valideyinin himayəsində qalacaq. İş materiallarına əlavə edilmiş Göygöl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞG/1/2025-000363 saylı “X6 (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, ailə münasibətlərindən irəli gələn “aliment tələbi”nə dair mübahisə üzrə mediator X11 tərəfindən keçirilən “X12”nda Cavabdeh iştirak etmişdir. İddiaçı X7 keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İş materiallarına əlavə edilmiş elektron portal məlumatından görünür ki, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 yerquruluşu üzrə mühəndis vəzifəsində işləməklə 1541 manat əmək haqqı alır. İş materiallarına əlavə edilmiş elektron portal məlumatından Cavabdeh əmək haqqı alması müəyyən olunumur. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh 2019-cu ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 21 avqust 2020-ci il təvəllüdlü X10 və 31 oktyabr 2022-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq uzun müddətdir ayrılmış və birgə nikahdan doğulmuş uşaqlar atanın yanında qalırlar. xx.xx.2024-cü il tarixli, MŞG/1/2024-00050 nömrəli barışıq sazişinə əsasən tərəflər birgə nikahdan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X9 birinci tərəf yəni İddiaçı himayəsində qalması barədə öhdəlik götürmüşlər. Cavabdeh olan ata 21 avqust 2020-ci il təvəllüdlü X10 və 31 oktyabr 2022-ci il təvəllüdlü X9 adlı uşaqlarının saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı “aliment tələbi” ilə X6 iştirak etmiş və Cavabdeh iştirak etməmişdir. Bundan sonra İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 avqust 2020-ci il təvəllüdlü X5 və 31 oktyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişlər, cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 55.2.-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 84.2.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 01 yanvar 2026-cı il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu və 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı məbləği, iddiaçının tələb etdiyi aliment məbləğini, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 yerquruluşu üzrə mühəndis vəzifəsində işləməklə 1541 manat əmək haqqı almasını və cavabdehin əmək haqqı və gəlirləri barədə sübutun müəyyən edilməməsini, valideyinlərin uşaqların saxlanılmasında birgə məsuliyyəti nəzərə alınaraq iddia qismən təmin olunmalı, yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X9 adlı uşaqların hər birinin saxlanılması üçün anaları Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaq atasının yanında olduğundan, alimentin tutulması ərizənin məhkəmə verildiyi xx.xx.2025-ci il tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X6 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, iddiaçı X6 iştirak etmiş və X7 keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İddiaçı cavabdehdən məhkəmə xərcləri tələb edilmədiyindən mediasiya xərci qismində ödənilmiş 60 manat iddiaçının özünə aid edilməlidir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı aliment tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin illik məbləğinin 4320 manat olması və həmin məbləğə uyğun 63,2 (altmış üç manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu təşkil etməsi nəzərə alınmalı, həmin dövlət rüsumu cavabdehdən alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X10 adlı uşağın saxlanılması üçün anası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X9 adlı uşağın saxlanılması üçün anası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Məhkəmə xərcləri tələb edilmədiyindən iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 63,2 (altmış üç manat, iyirmi qəpik) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar