Məhkəmə qərarları › İş №e-2(066)-592/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-592/2025

25.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-592/2025 25.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – İddiaçı SŞ ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı SŞ ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hyundai İX35” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1903 AZN (min doqquz yüz üç manat) ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 39.03 AZN (otuz doqquz manat üç qəpik) dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2023cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “BMW 528İ” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Hyundai İX35” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********151 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 127728 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai İX35” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-də xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği rəsmi təmir müəssisəsində müəyyənləşdirilmişdir. AR Gəncə Avtomotoservis və Ticarət Müəssisəsi tərəfindən tərtib və təqdim edilmiş qüsur aktına əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı Hyundai İX35” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 6903 AZN (altı min doqquz yüz üç manat) zərər dəymişdir. Həmçinin baxmayaraq ki, qanunla sığortaçının öhdəliyi kimi müəyyən edilməmiş, bununla belə qiymətləndirmə prosesi ilə bağlı məlumatlandırmaq üçün xx.xx.2024-cü il tarixli qiymətləndirməyə dəvət məktubu cavabdehə yazılmış, əlavə edilmiş poçt qəbzindən göründüyü kimi xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən məktub qəbul edilmişdir. Lakin qiymətləndirmə prosesində iştirak etməmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən, sığortalanmış Hyundai İX35” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 100 AZN azadolma məbləği (franşiza) çıxılmaqla, qalan 6803 AZN (altı min səkkiz yüz üç manat) sığorta ödənişini təmir ilə əlaqəli olaraq faydalanan şəxs, sığortalı X1 hesabına köçürmüşdür. Bildirmək istəmişlər ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququları yaranmışdır. Belə ki, iş materiallarına əlavə TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. Həmçinin forma 4 arayışı, izahatlardan da sığorta hadisəsinin baş verməsi və bunun Cavabdeh təqsirli hərəkətləri nəticəsində meydana gəlməsi faktı sübut olunur. İSB-dən (icbari Sığorta Bürosu) çıxarışa əsasən, zərərvuran nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman icbari qaydada "xxxx" ASC-də sığorta olunmuşdur. Həmçinin onlar tərəfindən sığorta məbləğindən 100 AZN azadolma məbləği çıxılmaqla qalan 4900 AZN iddiaçıya ödənilmişdir. Buna görə də, qalan 1903 AZN (min doqquz yüz üç manat) məbləğ cavabdehin özü tərəfindən geri qaytarılmalıdır. Cavabdehə həm pretenziya, həm də şifahi qaydada müraciət edilsə də, qiymətləndirməyə dəvət məktubu göndərilsə də, o, qiymətləndirməyə gəlməmiş, sonradan isə ümumiyyətlə ödənişi ödəməkdən imtina etmişdir. Hesab edirlər ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 1903 AZN (min doqquz yüz üç manat) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “BMW 528İ” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Hyundai İX35” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir “Baş vermiş yol nəqliyyat hadisəsində “Hyundai İX35” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zedələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Hyundai İX35” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6903 (altı min doqquz yüz üç) manat ziyan dəymişdir. İddiaçı SŞ ASC dəymiş ziyanı aradan qaldıraraq Hyundai İX35” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6803 (altı min səkkiz yüz üç) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 23:00-da “BMW 528İ” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, 2023cü il dekabr ayının 24-də saat 23:00-da Göygöl rayonu Quşqara kəndində toqquşma nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1978-ci ildə Daşkəsən rayonunda anadan olmuşdur. “İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması” barədə İcbari Sığorta Bürosunun xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, hadisə baş verən zaman “BMW 528İ” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" ASC arasında olan icbari sığorta müqaviləsi qüvvədə olmuşdur. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən, İddiaçı SŞ ASC sığortalanmış “Hyundai İX35” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 100 AZN azadolma məbləği (franşiza) çıxılmaqla, qalan 6803 AZN (altı min səkkiz yüz üç manat) sığorta ödənişini təmir ilə əlaqəli olaraq faydalanan şəxs, sığortalı X1 hesabına köçürmüşdür. AR Gəncə Avtomotoservis və Ticarət Müəssisəsi tərəfindən tərtib və təqdim edilmiş qüsur aktının surətindən görünür ki, hadisə nəticəsində zərərçəkən sığortalı “Hyundai İX35” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 6903 AZN (altı min doqquz yüz üç manat) zərər dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, vurulmuş zərərlə bağlı borcun ödənilməyəcəyi halda iddiaçı tərəfindən məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixdə “BMW 528İ” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Hyundai İX35” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmiş, baş vermiş yol nəqliyyat hadisəsində ““Hyundai İX35” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli hesab edilmiş və vurduğu zərər iddiaçı tərəfindən ödənilmiş və iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmış, cavabdeh vurduğu zərərin dəyərini ödəmədiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 39.03 (otuz doqquz manat üç qəpik) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqı əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 1903 (bir min doqquz yüz üç manat) manat sığorta ödəniş məbləği, məhkəmə xərci olaraq 39.03 (otuz doqquz manat üç qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) xidmət haqqının tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev İş № 2(066)-592/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 11:50-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 12:00-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar