Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-649/2025 04.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı övladlarının saxlanılması üçün hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və 60 (altmış) manat ödənilmiş mediasiya xərcinin Cavabdeh tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Qeyd etmək istəmişdir ki, Cavabdeh ilə uzun müddət olar ki, ayrı yaşayırlar, uşaqları onun yanındadır və onların saxlanılması üçün maddi vəziyyəti çox ağırdır, cavabdeh öz övladlarına baxmır və onlara maddi köməklik. Həmçinin bildirir ki, uşaqların saxlanılması hər bir valideynin borcu və vəzifəsidir. O, tək başına övladının saxlanılmasında maddi olaraq əziyyət çəkir. Övladı daha yaxşı həyatını yaşamasına layiqdir. Övladı ona bağlıdır, o isə bir ana olaraq onun yaxşı yaşaması üçün çalışır. Cavabdeh uşaqları ilə bağlı maraqlanmır və övladının saxlanılması ilə nəyinki maddi, mənəvi dəstək belə göstərmir. Halbuki valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ona görə Azərbaycan Respublikası qanunlarına uyğun ilk olaraq Mediasiya təşkilatına müraciət etmiş və ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış almışdır. Bundan sonra aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəməyə ərizə təqdim edərək, səhhətində yaranmış problemlər ilə əlaqədar cərrahiyə əməliyyatının olunması üçün Azərbaycan Respublikasının hüdudlarından kənarda olacağını bildirmiş, bu səbəbdən onun iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, o, yoldaşını müalicə etmək üçün uşaqlarla birlikdə Rusiyaya getmiş, baldızı yoldaşının fikrini qarışdıraraq onunla münasibətlərini soyutmuşdur. Hazırda yoldaşı müalicə olunmuş, baldızının müdaxiləsi ilə uşaqları üçün aliment tələb edir. O, Göygöl rayonu Üçtəpə kəndində yaşamaqla bərabər, əkinçilik işləri ilə məşğul olur. Aylıq gəlir məbləği 300-400 manat təşkil edir. O, hər uşağa 100 manat aliment təyin edilməklə, ayda cəmi 300 (üç yüz) manat məbləğində aliment təyin edilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməmişdir. Məhkəmə iş üzrə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Daşkəsən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 iyun 2009-cu il tarixli, AZ-İ seriyalı, 477557 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh və X3 xx.xx.2009-cu ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2009-ci il iyun ayının 03-ü günündə 66 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Daşkəsən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 iyun 2009-cu il tarixli, AZ-İİ seriyalı 232239 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2009-cu ildə Daşkəsən rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2009-cu ilin iyun ayının 03-ü günündə 152 nömrəli qeyd aparılmışdır. (atası Cavabdeh, anası isə İddiaçıdır) İş materiallarına əlavə edilmiş Daşkəsən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 avqust 2011-ci il tarixli, AZ-İİ seriyalı 657469 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2011-ci ildə Daşkəsən rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin avqust ayının 02-ci günündə 248 nömrəli qeyd aparılmışdır. (atası Cavabdeh, anası isə İddiaçıdır) İş materiallarına əlavə edilmiş Daşkəsən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 may 2015-ci il tarixli, AZ-İİİ seriyalı 465936 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2015-ci ildə Göygöl rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2015-ci ilin may ayının 05-i günündə 92 nömrəli qeyd aparılmışdır. (atası Cavabdeh, anası isə İddiaçıdır) İş materiallarına əlavə edilmiş Göygöl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞG/1/2025-00056 saylı “X2 (İMS) İştirak edilməməsi barədə” arayışdan görünür ki, ailə münasibətlərindən irəli gələn “aliment tələbi”nə dair mübahisə üzrə mediator X9 tərəfindən keçirilən “X7”nda Cavabdeh iştirak etməmiş, X2 iştirak etmiş İddiaçı İMS-nin keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iş üzrə cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2009cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Tərəflər bir müddət ailə kimi bir yerdə yaşasalar da, daha sonra ailə münasibətləri pozulmuş və ayrılmaq qərarına gəlmişlər. Bundan sonra İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı övladlarının saxlanılması üçün hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və 60 (altmış) manat ödənilmiş mediasiya xərcinin Cavabdeh tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəməyə ərizə təqdim edərək, səhhətində yaranmış problemlər ilə əlaqədar cərrahiyə əməliyyatının olunması üçün Azərbaycan Respublikasının hüdudlarından kənarda olacağını bildirmiş, bu səbəbdən onun iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh hər uşağa 100 manat olmaqla ayda cəmi 300 (üç yüz) manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 55.2.-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 84.2.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında ölkə üzrə minimum əmək haqqı 2025-ci il üzrə isə 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu və 2024-cü ildə ölkə üzrə minimum əmək haqqı məbləği, iddiaçının tələb etdiyi aliment məbləğini, iddiaçının və cavabdehin gəlirləri barədə sübutun müəyyən edilməməsi və valideyinlərin uşaqların saxlanılmasında birgə məsuliyyəti olması nəzərə alınaraq iddia qismən təmin olunmalı, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqların saxlanılması üçün ataları Cavabdeh anaları İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli (400 x 0.40) həddində sabit pul məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaqlar analarının yanında olduğundan iddia tələbi qismən təmin edilməli, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, iddiaçı X2 iştirak etmiş və X7nın keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəməsini və cavabdehdən tələb etməsini nəzərə alaraq mediasiya xərci qismində ödənilmiş 60 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı X4 aliment tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin illik məbləğinin 5760 manat olması və həmin məbləğə uyğun 77,6 (yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu təşkil etməsi nəzərə alınmalı, həmin dövlət rüsumu cavabdehdən alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X5 adlı uşağın saxlanılması üçün atası Cavabdeh anası İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X8 adlı uşağın saxlanılması üçün atası Cavabdeh anası İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşağın saxlanılması üçün atası Cavabdeh anası İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 77,6 (yetmiş yeddi manat, altmış qəpik) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-649/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-649/2025
04.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver