Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-68/2024 20.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı «aliment və uşaq» tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqların himayəyə verilməsi və sabit pul məbləğində aliment tələbinə dair” qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı «aliment və uşaq» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki üç il müddətə görə hesablanmış 13812 (on üç min səkkiz yüz on iki) manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay birgə nikahlarından olan övladları xx.xx.2007-ci ildə doğulmuş X2 və xx.xx.2010-cu ildə doğulmuş X1 üçün hər birinə 220 manat olmaqla cəmi 440 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi, birgə nikahdan olan övladı xx.xx.2007-ci il təvəllüdlü X2 cavabdehdən alınaraq onun himayəsinə verilməsi və məhkəmə üçün çəkilmiş 55 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun və 875 manat vəkil xidmət haqqının, cəmi 980 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçı qarşı “uşaqların himayəyə verilməsi və sabit pul məbləğində aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X7 adlı uşaqlarının onun himayəsinə verilmələri və uşaqların yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilk iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan nikah Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-1872/2016 nömrəli qətnaməsi ilə pozulmuş və birgə nikahlarından olan övladları xx.xx.2007-ci ildə doğulmuş X6 və xx.xx.2010-cu ildə doğulmuş X7 onun himayəsinə verilmişdir. Nikahları pozulan zaman cavabdeh uşqların saxlanılmasında köməklik etdiyindən rəsmi qaydada aliment istəməmişdir. Son üç ildən artıq müddətdir ki, cavabdeh müxtəlif bəhanələrlə aliment ödəməmişdir. Cavabdehə dəfələrlə aliment ödəməsini bildirsədə cavabdeh aliment ödəməmişdir. Ona görədə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bununla bağlı mediasiya prosesindən keçmişdir. Cavabdeh bir neçə aydır ki, böyük övladını ondan ayırmışdır. Hesab edir ki, övladı cavabdehdən alınaraq ona geri qaytarılmalıdır. Hazırkı şəraitdə aldığı əmək haqqı 2 uşağın böyüdülməsində yetərli deyil. Uşağı tək saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də son üç ilin alimenti qanunla müəyyən edilmiş qaydada hesablanmaqla cavabdeh tərəfindən ona ödənilməklə bərabər xx.xx.2023-cü il tarixdən uşaqlar yetkinlik yaşlarına çatanadək hər ay sabit pul məbləğində hər birinə 220 manat olmaqla 440 manat aliment ödənilməlidir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-1872/2016 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah akt qeydi pozulmuşdur. Birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 cavadehin yanında qalmaları qət edilməsinə baxmayaraq həmin vaxtdan uşaqlar onun yanındadırlar. Hətta böyük oğlu anası ilə görüşməkdən belə imtina etmişdir. Lakin, buna baxmayaraq cavadeh uşaqların saxlanılması üçün ondan aliment tələb etməsinə dair məhkəmədə iddia qaldırmışdır. Uşaqlar onun yanında qalır, onlara özü baxıb qulluq edir və bütün maddi təminatlarını özü ödəyir. hətta bəzən elə hallar olmuşdur ki, uşaqlara pal-paltar almaq üçün cavabdehlə birlikdə getmişlər və cavadeh özünə götürdüyü paltarın pulunuda o vermişdir. Belə olan halda cavabdehin ondan aliment tələb etməsi anlaşılan deyil. Ona görədə uşaqların onun himayəsinə verilməsini və onların saxlanılması üçün cavabdehdən aliment tələb etmək qərarına gəlmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilk iddianı isə qəbul etməyərək, ekspet rəyi ilə tanış olduqlarını ilk iddianının əssasız olduğundan rədd edilməsini, qarşılıqlı iddianın əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməməmişlər, ilk İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə elekton ərizə ünvanlayaraq, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsinin və qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Göygöl Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli 2(066)-1872/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah akt qeydi ləğv edilmiş, tərəflərin ailə münasibətlərindən doğulmuş 14 fevral 2010-cu il təvəllüdlü Elcan və 14 fevral 2007-ci il təvəllüdlü Məhərrəm adlı uşaqlar anaları İddiaçı yanında saxlanılmışdır. İş materiallarına əlavə olunmuş AZ-İ № 344290 nömrəli, xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin iyun ayının 02 günündə 38 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZE seriyalı, 11560041 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 (atası Cavabdeh, anası İddiaçı) 14 fevral 2010-cu il tarixdə Göygöl rayonunda anadan olmuşdur. İşdə olan AZE seriyalı, 11992565 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) 14 fevral 2007-ci il tarixdə Göygöl rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞG-02869 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, vətəndaş İddiaçı və vətəndaş Cavabdeh ailə münasibətlərindən irəli gələn “aliment tələbinə dair” mübahisə üzrə xx.xx.2023-cü il tarixdə saat 16:30-da mediasiya prosesində iştirak etmişlər. İddiaçı 55 manat mediasiyaya dair xərci ödəmişdir. İşdə olan Göygöl RİHB Aparatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X2 atası Cavabdeh himayəsində qalmasını, xx.xx.2010-cu il təvəllüdlü X5 isə anası İddiaçı himayəsində qalması məqsədə müvafiq hesab edilir. İşdə olan xx.xx.2024-cü il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X2 hal-hazırda atası Cavabdeh bağlılığı üzə çıxmaqla, anası İddiaçı bağlılığı müəyyən olunmur. xx.xx.2010-cu il təvəllüdlü X5 halhazırda atası Cavabdeh və anası İddiaçı eyni dərəcədə bağlılığı müəyyən olunur. X6 və X7 psixi cəhətdən normal inkişaf etməklə, onların əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri üzə çıxmır. X2 və X5 əqli və psixi inkişaflarına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq ifadə etmək qabiliyyətinə malik olmaqla, onların psixikasında və davranışında hansı valideyinin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə tərəflər İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 2006-cı ildə rəsmi evlənib ailə qurmuşdur. Birgə nikahlarından iki övladları xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 doğulmuşdur. Tərəflərin aralarında narazılıqlar yarandığından Göygöl Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli, 2(066)-1872/2016 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah ləğv edilmiş və birgə nikahdan doğulmuş iki uşaq anaları İddiaçı yanında qalması müəyyən edilmişdir. İddiaçı nikah pozulan zaman aliment tələb etməmişdir. Hazırda məhkəmədə iddia qaldıraraq əvvəlki üç il müddətə görə hesablanmış 13812 (on üç min səkkiz yüz on iki) manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay birgə nikahlarından olan övladları xx.xx.2007-ci ildə doğulmuş X2 və xx.xx.2010-cu ildə doğulmuş X1 üçün hər birinə 220 manat olmaqla cəmi 440 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi, birgə nikahdan olan övladı xx.xx.2007-ci il təvəllüdlü X2 cavabdehdən alınaraq onun himayəsinə verilməsi və məhkəmə üçün çəkilmiş 55 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun və 875 manat vəkil xidmət haqqının, cəmi 980 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçı qarşı uşaqların himayəyə verilməsi və sabit pul məbləğində aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X7 adlı uşaqlarının onun himayəsinə verilmələri və uşaqların yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2007-ci il təvəllüdlü X2 atası Cavabdeh himayəsində qalmasını, xx.xx.2010-cu il təvəllüdlü X5 isə anası İddiaçı himayəsində qalmasını məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində isə xx.xx.2007-ci il təvəllüdlü X2 hal-hazırda atası Cavabdeh bağlılığı üzə çıxmaqla, anası İddiaçı bağlılığı müəyyən olunmur. xx.xx.2010-cu il təvəllüdlü X5 hal-hazırda atası Cavabdeh və anası İddiaçı eyni dərəcədə bağlılığı müəyyən olunur. X6 və X7 psixi cəhətdən normal inkişaf etməklə, onların əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri üzə çıxmır. X2 və X5 əqli və psixi inkişaflarına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq ifadə etmək qabiliyyətinə malik olmaqla, onların psixikasında və davranışında hansı valideyinin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmadığı göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə görə, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və «Uşaq Hüquqları haqqında» BMT Konvensiyasının 27-ci maddəsi də eyni mövzudan bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 49.2-ci maddəsi isə uşağın hər iki valideyninin yanında yaşamaq haqqını təsbit edir. Göstərilən qaydalar təməli möhkəm qoyulmuş, birgə yaşayan ailələrdə uşaq hüquqlarının və valideyn haqlarının normativ təminat vasitələri kimi çıxış edir və faydalı olur. Birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatmamış dağılan ailələrdə isə hər iki valideynin uşaqlarla bağlı hüquqları müəyyən məqamlarda biri-birinə qarşı duran əksliklərə çevrilir. Hazırkı işdə də məhz belə bir vəziyyət yaranmışdır və bu işdə uşaqların valideynlərdən hansına verilməsi ilə bağlı məsələdə valideynlərin sadalanan hüquqlarından da üstün hesab edilən başqa bir mənafe var ki, bu da azyaşlı uşaqların qanunvericiliklə ata və anasının yuxarıda sadalanan hüquqlarından da artıq qorunan uşaq mənafeləridir. Bu barədə Ailə Məcəlləsinin 60.4-cü maddəsində ətraflı bəhs olunur. Həmin maddənin tələbinə görə, «valideynləri ayrı yaşayan uşaqların yaşayış yeri barədə valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqı və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir». Uşaq hüquqları haqqında qanunun 5-ci maddəsi də belə məsələlərin həllində uşaqların mənafelərinin üstün tutulmalı olmasından bəhs edir. «Uşaq Hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddəsi də eyni tələbdən çıxış edir. Həmin maddədə deyilir ki, «İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biri-birindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin». Valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması İnsan hüquqlarının Müdafiəsi üzrə Avropa Məhkəməsinin presedentləri işığında xüsusilə aydın görünür. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı prtokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirir. Məhkəmə iş üzrə tərəflərin məhkəməyə təqdim etdiyi sübutları, birgə nikahdan doğulmuş uşaqların yaşını və hansı valideynin yanında qalmaq istəmələri barədə fikirlərini, iş üzrə məhkəmə-psixoloji ekspertizasının rəyini və Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası rəyini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş 14 fevral 2010-cu il təvəllüdlü Elcan adlı uşaq anası İddiaçı yanında, 14 fevral 2007-ci il təvəllüdlü Məhərrəm adlı uşaq atası Cavabdeh yanında saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə görə tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmçinin məhkəmə birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün alimentin təyin edilməsi məsələ ilə bağlı qeyd edir ki, xx.xx.2007-ci il təvəllüdlü X6 adlı uşağın atası Cavabdeh yanında, xx.xx.2010-cu il təvəllüdlü X7 adlı uşağın anası İddiaçı yanında saxlanılması nəticəsinə gəlindiyindən, iş üzrə tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsi, ər-arvadın biri-digərinə münasibətdə az təminatlı olması barədə sübutun məhkəməyə təqdim edilməməsi və bu halın müəyyən edilməməsi nəzərə alınmalı, ər-arvadın hər birinin yanında saxlanılmış uşaqlar üçün biri-digərinə münasibətdə sabit pul məbləğində alimentin tutulması hissəsində hər iki iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia rədd edildiyindən ilkin iddia üçün ödənilmiş məhkəmə xərcinə daxil olan mediasiya prosesində çəkilən xərc olan 55 manat və dövlət rüsumu 50 manat dövlət rüsumu və 875 manat vəkil xidmət haqqı olmaqla, cəmi 980 manat pul ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı özünə aid edilməli, həmçinin qarşılıqlı iddia tələbi üçün Cavabdeh tərəfindən ödənilmiş məhkəmə xərci 100 manat dövlət rüsumu cavabdehdən tələb etməməsi nəzərə alınmalı, iddiaçının özünə aid edilməlidir. Bundan əlavə 120 (bir yüz iyirmi manat) manat məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyəri iş üzrə tərəflərə aid edilməli, 60 (altmış) manat hissəsi Cavabdeh və 60 (altmış) manat hissəsi isə İddiaçı tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X3 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş 14 fevral 2010-cu il təvəllüdlü Elcan adlı uşaq anası İddiaçı yanında, 14 fevral 2007-ci il təvəllüdlü Məhərrəm adlı uşaq atası Cavabdeh yanında saxlanılsınlar. Qarşılıqlı iddia tələbi digər hissədə təmin edilməsin. İddia ərizələri verilərkən ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilsin. 120 (bir yüz iyirmi manat) manat məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyərinin 60 (altmış) manat hissəsi Cavabdeh və 60 (altmış) manat hissəsi isə İddiaçı tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X3 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-68/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-68/2024
20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver