Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-923/2025 17.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka payın tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka payın tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində 0.16 ha torpaq sahəsinə və onun üzərində yerləşən, ümumi sahəsi 76.9 kv.m fərdi yaşayış evinə onun 1/2 payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonu, Üçtəpə kəndində 0.16 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76.9 kv.m fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Həmin torpaq sahəsi iddiaçı üçün alınmış və ilkin sənədləri iddiaçının qardaşının adına olmuşdur. Həmin torpaq sahəsindəki ev də iddiaçının vəsaiti hesabına tikilmişdir. Tərəflər evlənərkən ev sadə təmirli olmuşdur. Qeyd edilən torpaq və onun üzərindəki evə dair xx.xx.2014-cü il tarixdə iddiaçının qardaşı Şahid7 adına çıxarış alınmışdır. İddiaçı həmin dövrdə Rusiya Fedrasiyasında işlədiyi üçün iddiaçının tapşırığına əsasən iddiaçının sahibliyində olan Göygöl rayonu, Üçtəpə kəndində 0.16 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76.9 kv.m fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsinə əsasən iddiaçının qardaşı Şahid7 tərəfindən Cavabdeh bağışlanılmışdır. Həmin əmlak Şahid7 tərəfindən Şahid5 yox, qardaşının əmlakı kimi ailəyə bağışlanılmışdır. Tərəflər evli olduğu müddətdə birgə təsərrüfat idarə etmiş və iddiaçının maddi vəsaiti əsasında evdə əsaslı təmir işləri aparılmış və daşınmaz əmlakın qiyməti əhəmiyyətli dərəcədə artırılmışdır. Cavabdeh iddiaçının məlumatı olmadan 2024cü il tarixdə məhkəməyə müraciət edərək nikahın pozulmasına nail olmuşdur. Daha sonra isə Şahid5 məhkəmədə iddia qaldıraraq guya ki, iddiaçının yaşamaması səbəbindən İddiaçı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmədə təəssürat yaratmağa çalışmışdır ki, guya ki, İddiaçı 20 ildən artıq müddətdir ki, Azərbaycana gəlib getmir. Halbuki qeyd edilən ev iddiaçının vəsaiti hesabına tikilmiş, Şahid5 ümumiyyətlə heç bi yerdə işləməmiş və iddiaçının Rusiyada qazandığı pul vəsaiti hesabna mübahisəli ev təmir etdirilib əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişdirilmişdir. İddiaçının və cavabdehin ölkəyə giriş çıxışları yoxlanılarsa aydın olar ki, iddiaçı və cavabdeh 2025-ci ilə kimi birlikdə yaşamış və birgə təsərrüfat idarə etmişlər. Sonuncu dəfə cavabdeh iddiaçının yanından 5-6 ay bundan qabaq gəlmişdir. Mübahisəli evin iddiaçı tərəfindən tikilməsini, eyni zamanda əhəmiyyətli dərəcədə təmir edilməsini məhkəmə iclasında dindiriləcək şahidlər də təsdiq edəcəklər. Qeyd edilən şahidlər cavabdehin valideynləri, eyni zamanda başqa şəxslər olacaqdır. A.Hüseynovnının İddiaçı qarşı hazırkı mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-421/2025 saylı qətnaməsi ilə rədd edilmişdir.
3. Bundan başqa İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən məhkəməyə vəsatət və şəxsiyyət vəsiqəsi sürətləri təqdim edilərək göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka payın tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində 0.16 ha torpaq sahəsinə və onun üzərində yerləşən, ümumi sahəsi 76.9 kv.m fərdi yaşayış evinə İddiaçı 1/2 payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə hazırlıq iclasında baxılması xx.xx.2025-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. İddia ərizəsində qeyd edilən halları təsdiq edəcək şahidləri aşağıda adları çəkilən şəxslərdir. 1. Şahid9 (cavabdehin atası) 2. Şahid8 (cavabdehin anası) 3. Şahid7 (iddiaçının qardaşı) 4. Şahid10 (evdə iş görən usta). Odur ki, yuxarıda göstərilən şahidlərin məhkəmə baxış iclasında dindirilməsi ilə bağlı vəsatətlərinin təmin edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsini müdafiə edərək göstərdi ki, tərəflər arasında keçən müddət ərzində barışıq əldə edilməmişdir. Göygöl rayonu, Üçtəpə kəndində 0.16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76.9 kv.m fərdi yaşayış evi çıxarışla cavabdehin mülkiyyətindədir. Həmin torpaq sahəsi iddiaçı üçün alınmış və həmin torpaq sahəsinin üzərində olan tikili də iddiaçı tərəfindən inşa edilmişdir. Eyni zamanda həmin torpaq sahəsi ilkin olaraq iş üzrə şahid qismində dindirilməsi üçün vəsatət verdikləri iddiaçının qardaşı olan Şahid7 adına alınmış, xx.xx.2014-cü il tarixdə onun adına çıxarış alınmış, daha sonra isə xx.xx.2014-cü il tarixdə həmin torpaq sahəsi bağışlanma müqaviləsi əsasında hazırkı iş üzrə Cavabdeh bağışlanmışdır. Bağışlanmanın məqsədi isə birgə mülkiyyətdə qardaşının arvadı olması və ailə üçün bağışlanması olmuşdur. Bununla bağlı əvvəldə məhkəmənin icraatında iş olmuş və hazırkı iş üzrə iddiaçıya məlum olmuşdur ki, cavabdeh onun xəbəri olmadan nikahlarını pozmuş, eyni zamanda Cavabdeh onun evdən qeydiyyatdan çıxarılması və evdən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən rədd edilmişdir. Hazırkı iş üzrə onların iddiasının maddi hüquqi əsasları “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1№-li qərarının müvafiq bəndlərinə əsasən qeyd olunan əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi hesab edirlər və bu səbəbdən məhkəmədə həmin əmlaka birgə mülkiyyət hüququnun tanınması ilə bağlı iddia qaldırmışlar. İddialarını həmin əmlakı bağışlayan şəxs, evdə işləyən usta, eyni zamanda cavabdehin valideyinləri təsdiq edəcəkdir. Əlavə olaraq bildirdi ki, Ali Məhkəmənin Plenum qərarının 5.6-cı bəndində göstərilmişdir ki, əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ər-arvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. İş üzrə tərəflər keçən ilədək faktiki nikahda olmuşlar və onların daimi gediş-gəlişləri olmuş, iddiaçının dediyinə görə keçən il yay tətilində cavabdeh və övladı iddiaçının yanında olmuş, bura gəlikdə isə öz evlərinə gəlmişlər. Evdə təmir tikinti işləri 20 il bundan qabaq başlanılmış, daha sonra isə hissəhissə olmaqla davam etdirilmişdir. İddiaçı ölkəyə-giriş çıxışları ilə bağlı məlumatları çıxarmışdır. Hesab edirlər ki, məhkəmə istintaqı zamanı iddialarını sübut edəcək kifayət qədər sübutlar təqdim etmişlər. Həmçinin Ali Məhkəmənin Plenum qərarında göstərilmişdir ki, əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ərarvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Bağışlanma edən şəxs qeyd etdi ki bu əmlakı tək bir şəxsə deyil, bi ailəyə baxışlamışdır. Həmçinin məhkəmə iclasında ifadə vermiş şahidlər də göstərdilər ki, iş üzrə tərəflər bir ailə kimi yaşamışlar və bir təsərrüfat idarə etmişlər. Hesab edirlər ki, bu əmlak İddiaçı vəsaiti hesabına tikilmiş və bağışlanma bir şəxsə deyil ailəyə edilmişdir. İddialarının əsaslı olması səbəbindən iddialarının təmin edilməsini xahiş etdi.
5. Məhkəmənin iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ev düzələn bir vaxtdan iddiaçı 3-4 ildən bir gəlib-getmiş və bunula bağlı sənət də təqdim etmiş, iddiaçının keçən il gəlməsinin səbəbi isə bacısının övladının toy məclisi olmuşdur. O, Rusiyaya gedərkən qardaşının yanına getmiş və orada olarkən Nemət onlara baxmamış və ya onları təmin etməmişdir. İddia ilə razı deyil. Ata və anası şahid qismində gəlsələr də, iddiaçı ilə onlar qohum olduqlarından münasibətləri yaxşıdır. Onlar vaxtı ilə onu istifadə etmişlər, belə ki o iddiaçı ilə nikaha girmək istəməsə də, valideyinləri onu məcbur nikaha salmışlar. Əlavə olaraq bildirdi ki, təmir işlər 2011-2012-ci illərdə olmuş, təmirdə iddiaçı iştirak etməmiş, təmir işlərində o özü uşaqları ilə olmuşdur. Onun böyük qardaşı ona kömək etmişdir. Onun özü heç bir yerdə işləməsə də kirayə ev vermiş və ona köməklik olunmuşdur. Onlara heç kəs köməklik etməmiş, həmçinin valideyinləri də köməklik etməmişdir. Qeyd olunan evi ona qayını 2014-cü ildə bağışlamışdır. Həmin yerdə iki məhlə olmuş, həmin məhlənin biri Nemətin digəri isə Ramilin adına olmuş, qaynının arvadı ilə problemləri olduğundan ona getmələrini və torpağı onun adına keçirməsini bildirmişdir. O, İddiaçılə 2024-cü ilin avqust ayında boşanmışdır. Onların evli olduqları 20-ilin faktiki 17 ilini İddiaçılə ayrı yaşamışlar. O uşağının təhsili ilə əlaqədar məcbur olaraq getmiş, daha sonra isə gəlib hər il burda yaşamışdır. Onların arasında ər-ravad münasibətləri olmamış, o getdikdə öz həyatında, Nemət isə öz həyatında olmuşdur. Nikahları pozulduqda əmlak bölgüsü olmamışdır. Onların birgə nikah dövründə Rusiyada iki ev və iki avtomobil, Azərbaycanda isə bir evləri olmuşdur. Onlar 2003-cü ildə evləndikdən sonra 2004-cü ildə təxminən aprel, may aylarında çıxıb getmişlər. Həmin vaxtdan demək olar ki, onlar ər-arvad kimi deyil və ayrı yaşamışlar. Belə ki, o bir gün qardaşıgildə və bir gün bacısıgildə qalmışdır. İddiaçı atasının qohumu olduğundan onun tərəfini saxlayır. Rusiyada olan əmlaklardan pay almamışdır. O, Azərbaycana gəldikdən sonra gedə bilməmiş və bu səbəbdən həmin əmlaklardan pay ala bilməmişdir. O həmin əmlaklardan özü üçün deyil uşaqları üçün pay istəyir. Onlar Asan xidmətə getmişlər və orada qaynı həmin əmlakı ona bağışlamış, həmin vaxt İddiaçı də orada olmuş, onu notariata Nemət aparmış və onunla birlikdə olmuşdur. Nemət və o qayınından evi bağışlamasını istəmişlər, həmin vaxt Nemətin özü də evin Aynurun olmasını və qaynından ona bağışlamasını istəmişdir. Bağışlama vaxtı əri Nemət də onun yanında olmuş və onunla birlikdə getmişdir. Onun ata və anası kürəkəni və Hidayət kişi ilə yaxşı olmaq istəmələri səbəbindən, həmçinin onun böyük bacısının Nemətin yanında işləməsi səbəbindən Nemətin tərəfini saxlayır. Onun tərəfindən məhkəməyə şəxsiyyət vəsiqələri təqdim edilmiş şahidlərin dindirilməsini istəmir və onların məhkəmədə iştirak olmadan məhkəmə iclasının yekunlaşmasını istəyir. Əgər bağışlanma onların ailəsinə edilsə idi, sənəddə Nemətin adı və qolu olardı. Həmin ev ona bağışlanmış və onun olmuşdur. O iddiaçıya pay verilməsinə razı deyil. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, İddiaçı onun qardaşı, Cavabdeh isə qardaşının keçmiş arvadıdır. Torpağı cavabdehə nə vaxt bağışlamasını dəqiq xatırlamır. Bağışlama olarkən onun yanında qardaşı Nemət və özü olmuşdur. O böyük qardaş olduğu üçün və özünün torpağı və evi olması səbəbindən həmin torpağı dolanmaları üçün qardaşıgilə bağışlamışdır. Həmin vaxt qardaşıgil Rusiya vətandaşı olduqlarından və xatırlamadığı hər hansı sənəd lazım olması səbəbindən evi Aynurun adına keçirmişlər. O evi qardaşının ailəsinə bağışlamışdır. Evin tikintisini atası həyata keçirmişdir. Belə ki bir yerdə olmuşlar hamısı işləmiş və büdcələri bir olmuş və həmin büdcədən xərclənmişdir. Nemət həmin evin tikintisinə pul xərcləmişdir. Torpağı təxminən 20 ildən çoxdur ki almışlar. Ev isə 23-24 ildir ki, tikilimişdir. O, evi qardaşının ailəsinə bağışlamışdır. 2014-cü ildə Asan xidmətə qardaşı yanında getmiş və adında olan 0.16 ha torpaq sahəsi və üzərindəki evi hədiyyə olaraq bağışlamışdır. Həmin vaxt bağışlama üçün hər hansı bir şərt qoymamış və sadəcə onlara ev olub dolanmaları üçün bağışlamışdır. Onun qardaşı Nemət həmin vaxt həmçinin Azərbaycan vətandaşı da olmuşdur. Tam yadında deyil lakin uşaqla bağlı nəsə sənəd alınmalı olduğu üçün o bağışlamanı qardaşının arvadına etmişdir. Notarius ona bağışlama müqaviləsinin ola bilər ki şərtlərini izah etmiş, lakin uzun müddət keçməsi səbəbindən xatırlamır. Notariusda bağışlama olarkən müqaviləni oxumamışdır. Qardaşı olması səbəbindən şərtlə bağışlama müqaviləsi etməmişdir. Bağışlama müqaviləsi bağlandıqdan sonra o həmin əmlaka dair hər hansı tələb irəli sürməmiş və narazılıq bildirməmişdir. Ev atasının və qardaşının vəsaiti hesabına hazırlanmışdır. Evi yəqin ki, başda qardaşına ailə ilə birlikdə bağışlamışdır. O evi bağışlayarkən ev tam hazır olmuş və sadəcə divar kağızı qalmışdır. Evi bağışlama zərurətinin haradan yaranmasını bilmir. Qardaşı Nemət gəlib onun özünün evinin olmasını və evi bağışlamasını istəmiş, evdə atası və anası ilə məsləhətləşdikdən sonra evi bağışlamışdır. O, narazı olmaması səbəbindən gedib torpağı və evi adlarına keçirmiş, həmin vaxt öz yoldaşını da yanında aparmış və gedib qol çəkərək bağışlama etmişdir.
7. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirdi ki, İddiaçı onun qohumudur və onların evini o tikmişdir. Həmin evdə o tikinti işləri görmüşdür. Daş və hörgü işləri görmüşdür. Həmin ev təxminən 20 ildən artıqdıq tikilmişdir. Ev tikilərkən onlara kömək edən onların övladları və Hidayət müəllim olmuş, onların yeməklərini və pullarını da vermişlər. Onların pulunu Hidayət müəllim vermişdir. Ev tikilərkən qohum-əqrəbə gəlmiş və özləri də fəhləliklərini etmişdir. Hidayət kişi həmin evi oğlu Nemətə tikmişdir. Neməti bir ildən artıq olar ki görmüş və qaynatası gilə gəlmişdir. Ev tikilərkən Nemət və qardaşı uşaq olmuş və fəhləlik etmişlər. Evi tikmək üçün pulu Nemətin atası Hidayət vermiş, həmin vaxt Nemət uşaq olmuş və pulu olmamışdır. Evin kvadratını dəqiq deyə bilməz. Dəqiq bilmir evin uzunluğu 14-15 m olmuş və ev bir zal və 4 otaqdan ibarət olmuşdur. O evdə sadəcə hörgü işi görmüş, ancaq ev tikmiş və evin darvazasını qoymuşdur. Torpaq sahəsinə hasar tikməmişdir. Ev tikilərkən Nemət uşaq olmuş və ona kömək etmişlər. Ev təxminən 20 ildən artıqdır tikilmiş, həmin ərazidə iki məhlə olmuş, Hidayət müəllim iki qardaşlara ev tikməsini bildirmişdir. Evin tikintisinin lahiyəsini və pulunu Hidayət müəllim vermiş, həmin vaxt Nemət və Ramil uşaq olmuşlar.
8. Məhkəmə icalsında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, Cavabdeh onun qızı, İddiaçı isə qızı Aynurun keçmiş əri, həmçinin arvadının qardaşının oğludur. Onun hal-hazırda kürəkəni və qızı ilə münasibəti yaxşıdır. Onun kürəkəni və qızı Rusiyada yaşamışlar. Kürəkəni hazırda Rusiyadadır, qızı isə 2 ilə yaxındır gəlmişdir. Qızının qardaşının yanında yaşaması və Nemətdən 15-20 ildir münasibətinin olmamasından məlumatsızdır. Belə ki, onlar Rusiyada olmuşlar o isə burda. O qızının yaşadığı Üçtəpə kəndində olan evə uzun müddətdir ki getmir. Qızı evlənərkən həmin ev tikili olmuş və həmin evi kürəkənin atası tikdirmiş, kürəkəni isə ev tikilərkən fəhləlik etmişdir. Hidayət oğulları Ramil və Nemətin adına iki torpaq almış, həmin vaxt o Rusiyada olmuşdur. Sonradan isə necə olmuşsa Ramil həmin torpağı qardaşına bağışlamışdır. O, Rusiyada olarkən eşitmişdir ki, Ramil torpağı qardaşına bağışlamışdır. Lakin necə və nə barədə torpağın qızı Aynura bağışlanmasından məlumatı yoxdur. Evi Hidayət tikdirmiş və evdə fəhləliyi Nemət və Ramil etmişlər. Qızı Aynurla kürəkəni Nemət arasında olan ünsiyyətlərin yaxşı olmamasını son bir il ərzində eşitmişdir. Evin qızı Aynura bağışlanmasını bir ilə yaxındır ki eşitmişdir. Qızı Aynur 2003-cü ildə ərə getmiş və qızı ərə getdikdən sonra həmin evdə təzə çardağ qurulmuş, həmin vaxt qızı və kürəkəni Rusiyada olduqlarından ustaların yeməyini onun arvadı aparıb vermişdir. Qızı Aynurun və Nemətin Rusiyada da evləri vardır. Həmin evlərdən qızı Aynura pay verilməmişdir. Onların nikahlarının pozulmasını təxminən bir ilə yaxındır bilmişdir. Onların nikahları pozularkən əmlakların kimin olması barədə qızı Aynurdan heç nə soruşmamışdır. X13 Rusiyadan gəlib bir aya yaxın qalıb qayıdıb getmişlər və heç vaxt daimi burda yaşamamışlar. Keçən ilin yay ayında qızı və Nemət gəlmiş və birlikdə qayıdıb getmişlər. Sonradan eşitmişdir ki qızı ilə Nemətin nikahı Rusiyada pozulmuşdur. Yeznəsi Nemətlə danışır. Qızı ilə Nemətin iki uşağı var və atalarının yanında olmaqla Rusiyada oxuyurlar. X10 arasında əmlak bölgüsü ilə bağlı hər hansı mübahisə olmamış, bu haqqda heç nə bilmir.
9. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, Cavabdeh onun qızı, İddiaçı isə qızı Aynurun keçmiş əri, həmçinin qardaşının oğludur. Qızı ilə kürəkənin münasibətləri əvvəl yaxşı olmuş, lakin hazırda ayrılmışlar, onların nə vaxt ayrılmalarını bilmir. Qızı Aynurun burda olan evinə gedibgəlmişdir. Evin qızına bağışlanmasından xəbəri olmamış, onların özü Nemət gedib evi qızına bağışlamışdır. Həmin evə qızının, qardaşının evi olaraq getmişdir. Həmin evi qardaşı Hidayət ilkin olaraq tikmiş, qalanını isə qızı və kürəkəni evləndikdən sonra tikmişlər. Qızı hardasa işləməmiş, kürəkəni Nemət pul qazanmışdır. Onun özü və oğulları evin tikintisi ilə bağlı qızı Aynura kömək etməmişlər. X10 nə vaxt evlənməsi yadında deyil, onlar evləndikdən sonra qaynanasıgildə onlarla yaşamış, daha sonra isə Rusiyaya getmişlər. Evi Hidayət müəllim tikmiş lakin ev tam hazır olmamış, daha sonra isə qızı və Nemət həmin evi təmir etdirmiş və evdə mətbəx, hamam və çardaq tikdirmişlər. Nemət gəlib-getmiş və gələndə atası gildə, onlarda və həmin evdə qalmışdır. Sonuncu dəfə Nemət anası öldükdə gəlmişdir. Qızı Aynur və Nemətin sonuncu dəfə nə vaxt ər-arvad kimi gəlib-getməsini bilmir. Qızı Aynur və Nemət Rusiyadan birlikdə də gedib-gəlmiş, həmçinin Aynur tək də gəlmişdir. X11 ərizə verib özü boşanmış, onun boşanmasını 5-6 ay sonra bilmişdir. Üçtəpə kəndində yerləşən ev qızına bağışlanmışdır. Qızına bağışlanan ev qardaşı oğlu Ramilin adına olmuş, lakin həmin evin niyə qızına bağışlanmasını bilmir. O, Nemətə arvadın adına ev bağışlamaq olmaz dedikdə, Nemət ona Aynur arvadı olmasını və bağışlamasını bildirmişdir. Nemətin adına Rusiyada iki ev vardır, həmin evlərdən qızına pay bölünməmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İş materiallarına əlavə edilmiş; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində 0.16 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 76.9 kvm-dən ibarət fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə verilmişdir. - Samara Vilayəti VVAQ idarəsinin Samara şəhər dairəsinin Sovetskiy rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ EP 837333 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah X9 şəhər Sovetskiy rayon məhkəməsinin 53 saylı məhkəmə sahəsinin sülh hakiminin 6 iyun 2024cü il tarixli qərarı əsasında pozulmuşdur və bu barədə 2024-cü il avqust ayının 15-ci günündə nikahın pozulması haqqında ********************2 saylı akt qeydi ilə tərtib olunmuşdur. Nikah pozulduqdan sonra arvada Hüseynova soyadı verilmişdir. - 1 saylı Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun 16 iyul 2014-cü il tarixli, Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən görünür ki, Şahid7 özünə məxsus olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.16 hektar torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 76.9 kv/m, yaşayış sahəsi 31.5 kv/m, yardımçı sahəsi 45.4 kv/m olan 1 (bir) otaqlı fərdi yaşayış evini və fərdi yaşayış evinin tərkib hissəsi olan Liter B, 1 mərtəbəli ayaqyolu, tikinti altı sahə 2 kv.m Liter İ, 1 mərtəbəli talvar, tikinti altı sahə 43 kv.m olan 20000 (iyirmi min) manat dəyərində qiymətləndirilən daşınmaz əmlakı Cavabdeh bağışlamışdır. - Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Göygöl rayon Üçtəpə kəndində qeydiyyatda olmasına baxmayaraq 2004-cü ildən X2 yaşayır. Məlumat üçün bildirilmişdir ki, bu müddət ərzində ayrı-ayrı illərdə o, Göygöl rayon Üçtəpə kəndində qısa müddətli yaşayıb. - Göygöl rayon Polis şöbəsi tərəfindən Cavabdeh ünvanlanmış 15 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, cavab olaraq ona bildirilmişdir ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən Şahid5 məxsus fərdi yaşayış evində pasport qeydiyyatında olan İddiaçı qeydiyyatda olduğu ünvandan məcburi qaydada çıxarılması onların səlahiyyəti daxilində deyildir. Odur ki, qanuna müvafiq qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədə müvafiqdir. - Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Göygöl rayon Üçtəpə kəndində RX ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəli, **********32-10301 reyestr nömrəli ünvanda yerləşən fərdi yaşayış evində (mənzil) xx.xx.1977-ci il təvəllüdlü İddiaçı daimi pasport qeydiyyatındadır. - Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-421/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «evdən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə belə hesab etmişdir ki, iddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evdən istifadə hüququnun olmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində pasport qeydiyyatına alınması onun həmin fərdi yaşayış evinə istifadə hüququnun yaranması üçün əsas olmadığından, iddiaçının mülkiyyətində olan Göygöl rayonunun Üçtəpə kəndində 0.16 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli olmaqla, ümumi sahəsi 76.9 kv.m olan fərdi yaşayış evindən cavabdeh İddiaçı istifadə hüququ yoxdur. Mövcud olmayan hüququn itirilməsi də hüquqi baxımdan mümkünsüz olduğundan iddia tələbi təmin edilməməli, həmçinin hazırki qətnamədə göstərilənlər cavabdeh İddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmasına əsas hesab olunmalıdır. - X3 iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞG/1/2025-000143 saylı arayışdan görünür ki, ailə münasibətləri üzrə “birgə nikah dövründə əldə olunmuş əmlaka payın tanınması” tələbinə dair mübahisə üzrə mediator X6 tərəfindən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə keçirilmiş X3 Cavabdeh iştirak etməmişdir.
12. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
13. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir.
14. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
15. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
16. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir.
17. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
18. Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir.
19. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. - 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: - 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. - 34-cü maddəyə uyğun olaraq nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. - 36-cı maddə müəyyən edir ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir və mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ərarvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. - 37-ci maddəyə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətə layiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ərarvadın ümumi öhdəliklərini təşkil edir. ... Ər-arvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.
23. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı: - 1.3. Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. - 3.1. Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. - 3.2. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. - 3.3. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. - 3.4. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. - 3.5. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. - 3.6. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. - 3.7. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. - 3.8. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. - 3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. - 3.10. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. - 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. - 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. - 4.4. Qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bu məsələni tənzimləyən analoji norma Mülki Məcəllənin 225.4-cü maddəsidir. - 4.5. Ərin - arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi müəyyən edilərsə, bu maddənin tətbiqi mümkündür. Mübahisəli əmlakın dəyərini artıran vəsait nikah dövründə qoyulsa belə, ər-arvadın ümumi əmlakı və ya onların ayrıca əmlakı hesabına deyil, əmlakın məxsus olduğu tərəfin şəxsi vəsaiti hesabına həyata keçirildiyi müəyyən edilərsə, Ailə Məcəlləsinin 35-ci maddəsi mübahisəyə tətbiq edilə bilməz. - 4.6. Mülki Məcəllənin 225.4-cü və Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtləri baxımından nəzərə alınmalıdır ki, ərin (arvadın) ayrıca əmlakının onların ümumi mülkiyyəti sayılması üçün əsas şərt qoyulan vəsaitin həcmi olmayıb, məhz qoyulmuş bu vəsait hesabına ər-arvadın hər birinin əmlakının dəyərinin xeyli və yaxud əhəmiyyətli dərəcədə artmasıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən bu cür əmlakda tərəflərin payları ərin (arvadın) diqqətəlayiq mənafeyi nəzərə alınaraq, fərqli şəkildə müəyyən edilə bilər. Belə ki, həmin mübahisələrə baxan məhkəmələr ayrıca əmlakın ümumi əmlak sayılmasını tələb edən tərəfin payını ərə (arvada) ayrıca məxsus olan əmlakın dəyərini artıran vəsaitin qoyulduğu dövrdə həcmi və həmin vəsaitdə mübahisə edən tərəfin iştirak dərəcəsini nəzərə alaraq (buna mütənasib olaraq) müəyyən etməlidir. - 5.1. Ər-arvadın hər birinin mülkiyyətində olan əmlakın ümumi siyahısı Ailə Məcəlləsinin 34.1-ci maddəsində nəzərdə tutulmuşdur: nikaha daxil olanadək onlara məxsus olan; nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak. - 5.2. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin mənası baxımından ərin və ya arvadın şəxsi vəsaiti hesabına əldə edilmiş əmlak ərin və ya arvadın ayrıca əmlakı hesab edilir. Misal üçün ərin (arvadın) ayrıca əmlakı hesabına nikaha daxil olanadək dəyəri tam ödənilmiş yaşayış və ya qeyri-yaşayış sahəsi birgə nikah dövründə ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, ümumi əmlak hesab edilmir. - 5.3. Məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezumpsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır. - 5.4. E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. - 5.6. Əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ər-arvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. - 5.7. Ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündəverdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər.
24. Məhkəmə ilk olaraq onu qeyd edir ki, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi irəli sürülərkən ilk növbədə müəyyən edilməli olan hallardan biri, həmin əmlakın ər-arvadın birgə nikah dövründə, birgə vəsaiti hesabına əldə olunubolunmamasının, yəni daşınmaz əşyaya birgə hüququn mövcudluğunun araşdırılmasıdır. Yalnız birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən bütün əsasların mövcud olduğu, tərəflərin ümumi birgə əmlakı olduğu halda müvafiq iddia tələbi uğurlu hesab oluna bilər.
25. Əldə edilmiş əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilməsi şərtləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plunumunun hüquqi mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarlar).
26. Sadalanan normaların təhlilindən və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün eyni zamanda iki halın, həmin əmlakın nikah müddətində və ümumi gəlirlər hesabına əldə olunması halının mövcudluğu zəruridir.
27. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı 2003-cü ildə el adəti üzrə evlənib nikahlarını 2006-cı ildə rəsmiləşdirmişlər. Tərəflər nikahda olduqları müddətdə cavabdehin keçmiş qayını Şahid7 mülkiyyətində olan Göygöl rayon Üçtəpə kəndində 0.16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini 16 iyul 2014-cü il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehə Cavabdeh bağışlamış və bağışlamada heç bir qeyd şərt göstərilməmişdir. Hazırda sözügedən Göygöl rayonunun Üçtəpə kəndində 0.16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76.9 kv.m olan mübahisəli fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh müllkiyyətindədir. İş üzrə tərəflərin izahatlarından, həmçinin iddiaçının vəsatəti əsasında məhkəmə icalsında dindirilmiş şahidlərin izahatlarından da görünür ki, İddiaçı Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşı olmaqla daimi Rusiya Federasiyasında yaşamaqla ilin müəyyən vaxtlarında Azərbaycan Respublikasına gəlmiş, Göygöl rayon Üçtəpə kəndində yerləşən öz atasının evində, cavabdehin anası və iddiaçının bibisinə məxsus evdə və cavabdehə məxsus evdə bir neçə gün qalıb sonra ölkəni tərk etmişdir. Sonradan ər-arvad arasında olan narazılıqlara görə onların ailə münasibətləri kəsilmiş və aralarında olan nikah 2024-cü il tarixdə Samara Vilayəti, Samara şəhər Sovetskiy Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. İş üzrə tərəflərin Rusiya Federasiyasında iki evləri və iki avtomobilləri olmuş, və nikahları pozularkən onların əmlakları bölünməmişdir. Hazırda cavabdeh qeyd edilən fərdi yaşayış evində, iddiaçı isə Rusiya Federasiyasında yaşayır. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş iddiaçının qardaşı və bağışlamanı edən Şahid7 ifadəsində bildirmişdir ki, bağışlama olarkən onun yanında qardaşı Nemətdə iştirak etmişdir və Nemət onun böyük qardaş olduğu üçün və özünün torpağı və evi olması səbəbindən həmin torpağı dolanmaları üçün qardaşıgilə bağışlamışdır. Həmin vaxt evi Aynurun adına keçirmişlər. O evi qardaşının ailəsinə bağışlamışdır. Evin tikintisini atası həyata keçirmişdir. Belə ki bir yerdə olmuşlar hamısı işləmiş və büdcələri bir olmuş və həmin büdcədən xərclənmişdir. Nemət həmin evin tikintisinə pul xərcləmişdir. Torpağı təxminən 20 ildən çoxdur ki almışlar. Ev isə 23-24 ildir ki, tikilimişdir. O, evi qardaşının ailəsinə bağışlamışdır. 2014-cü ildə Asan xidmətə qardaşı yanında getmiş və adında olan 0.16 ha torpaq sahəsi və üzərindəki evi hədiyyə olaraq bağışlamışdır. Həmin vaxt bağışlama üçün hər hansı bir şərt qoymamış və sadəcə onlara ev olub dolanmaları üçün bağışlamışdır. Onun qardaşı Nemət həmin vaxt həmçinin Azərbaycan vətandaşı da olmuşdur. Bundan başqa məhkəmə iclasında iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, İddiaçı onun qohumudur və onların evini o tikmişdir. Həmin evdə o tikinti işləri görmüşdür. Daş və hörgü işləri görmüşdür. Həmin ev təxminən 20 ildən artıqdıq tikilmişdir. Ev tikilərkən onlara kömək edən onların övladları və Hidayət müəllim olmuş, onların yeməklərini və pullarını da vermişlər. Onların pulunu Hidayət müəllim vermişdir. Ev tikilərkən qohum-əqrəbə gəlmiş və özləri də fəhləliklərini etmişdir. Hidayət kişi həmin evi oğlu Nemətə tikmişdir. Neməti bir ildən artıq olar ki görmüş və qaynatası gilə gəlmişdir. Ev tikilərkən Nemət və qardaşı uşaq olmuş və fəhləlik etmişlər. Evi tikmək üçün pulu Nemətin atası Hidayət vermiş, həmin vaxt Nemət uşaq olmuş və pulu olmamışdır. Evin kvadratını dəqiq deyə bilməz. Dəqiq bilmir evin uzunluğu 14-15 m olmuş və ev bir zal və 4 otaqdan ibarət olmuşdur. O evdə sadəcə hörgü işi görmüş, ancaq ev tikmiş və evin darvazasını qoymuşdur. Torpaq sahəsinə hasar tikməmişdir. Ev tikilərkən Nemət uşaq olmuş və ona kömək etmişlər. Ev təxminən 20 ildən artıqdır tikilmiş, həmin ərazidə iki məhlə olmuş, Hidayət müəllim iki qardaşlara ev tikməsini bildirmişdir. Evin tikintisinin lahiyəsini və pulunu Hidayət müəllim vermiş, həmin vaxt Nemət və Ramil uşaq olmuşlar. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, Üçtəpə kəndində yerləşən ev qızına bağışlanmışdır. Qızına bağışlanan ev qardaşı oğlu Ramilin adına olmuş, lakin həmin evin niyə qızına bağışlanmasını bilmir. O, Nemətə arvadın adına ev bağışlamaq olmaz dedikdə, Nemət ona Aynur arvadı olmasını və bağışlamasını bildirmişdir. Nemətin adına Rusiyada iki ev vardır, həmin evlərdən qızına pay bölünməmişdir.
28. Məhkəmə İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində 0.16 ha torpaq sahəsinə və onun üzərində yerləşən, ümumi sahəsi 76.9 kv.m fərdi yaşayış evinə onun 1/2 payının müəyyən edilməsinə dair dəilləri ilə razılaşmır.
29. Belə ki, iş üzrə iddiaçının vəsatəti əsasında dinirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, Göygöl rayonunun Üçtəpə kəndində 0.16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76.9 kv.m olan mübahisəli fərdi yaşayış evi İddiaçı atası Hidayətin vəsaiti əsasında tikilmiş, ev tikilərkən evin lahiyəsi, xərcləri və ustaların əmək haqqları Hidayət tərəfindən ödənilmiş, qeyd edilən prosesdə hər hansı maddi köməyinin olmadığı, ev tikilərkən iddiaçı uşaq olmaqla sadəcə fəhlə kimi iştirak etdiyi və həmin evdən faktiki istifadə etmədiyi sübut olunmuşdur. Şahid7 mülkiyyətində olan Göygöl rayon Üçtəpə kəndində 0.16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini 16 iyul 2014-cü il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehə Cavabdeh bağışlamış və bağışlamada heç bir qeyd şərt göstərilməmiş, bağışlama zamanı İddiaçı də iştirak etmişdir. Bundan əlavə məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, O, Göygöl rayonu Üçtəpə kəndində yerləşən evi qızına bağışlanması ilə bağlı kürəçəni Nemətə “arvadın adına ev bağışlamaq olmaz dedikdə”, Nemət ona Aynur arvadı olmasını və bağışlamasını bildirmişdir.
30. Həmçinin iş üzrə təqdim olunmuş sənədlərdən, tərəflərin və şahidlərin izahatlarından aydın olur ki, cavabdehin keçmiş qayını Şahid7 öz iradə ifadəsinə əsasən mülkiyyətində olan Göygöl rayon Üçtəpə kəndində 0.16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini 16 iyul 2014-cü il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehə bağışlamış və bağışlamada heç bir qeyd şərt göstərilməmiş, bağışlama olarkən Şahid7, İddiaçı və Cavabdeh şəxsən notariat kontoruna birlikdə iştirak etmişlər, qeyd olunan əmlakın Cavabdeh bağışlanmasını barədə iradə ifadələri olmasını göstərmişlər. Hazırda sözügedən Göygöl rayonunun Üçtəpə kəndində 0.16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76.9 kv.m olan mübahisəli fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh müllkiyyətindədir.
31. Məhkəmə bu məsələyə hüquqi qiymət verərkən vurğulayır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikah dövründə ər-arvadın birgə əməyi və ya ümumi vəsaiti hesabına əldə edilmiş əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Lakin eyni maddədə istisna hal olaraq vurğulanır ki, vərəsəlik qaydasında, bağışlama yolu ilə və ya şəxsi vəsait hesabına əldə edilmiş əmlak ümumi birgə mülkiyyətə daxil edilmir və onu əldə etmiş şəxsin şəxsi mülkiyyəti hesab olunur. Bu hüquqi mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 №-li Qərarında da aydın şəkildə ifadə olunmuşdur. Həmin Qərarda vurğulanır ki, nikah dövründə ər və ya arvad tərəfindən bağışlama qaydasında əldə edilən əmlak ər-arvadın ümumi mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar sırasına daxildir və bu cür əmlak yalnız hədiyyəni alan şəxsin fərdi mülkiyyəti kimi tanınmalıdır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
34. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar Göygöl rayon Üçtəpə kəndində 0.16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 16 iyul 2014-cü il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehin şəxsi mülkiyyəti olduğunu təsdiqləmişdir.
37. İş materiallarında iddiaçının həmin evdən faktiki istifadə etməsi, bağışlamanın ər-arvada birlikdə hədiyyə edilməsi mötəbər sübutlarla öz əksini tapmamışdır.
38. Yuxarıda göstərilən halların məcmusu göstərir ki, mübahisələndirilən fərdi yaşayış evi bağışlanma müqaviləsi əsasında cavabdehin şəxsi mülkiyyətidir və bu əmlakın birgə nikah dövründə əldə olunmuş ümumi əmlak kimi tanınması üçün hüquqi və faktiki əsaslar mövcud deyil.
39. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka payın tanınması” tələbinə dair iddiası əsassız olduğundan, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
V. Nəticə:
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka payın tanınması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəşad Mustafayev