Məhkəmə qərarları › İş №e-2(067)-1229/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-1229/2021

08.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-1229/2021 08.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, Kreditor MMC-nin Borclu qarşı 501,06 manat məbləğində əsas borcun, 50 manat cərimə borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ : Kreditor MMC-nin Borclu qarşı 501,06 manat məbləğində əsas borcun, 50 manat cərimə borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə müvafiq olaraq, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Hesab edirəm ki, məhkəmə əmrinin çıxarılması barədə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Kreditor MMC-nin məhkəməyə ünvanlandığı sənədlərdən isə görünür ki, kreditorun pul tələbi 551.06 manat olduğu halda, o, 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 279.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Hesab edirəm ki, göstərilənlərə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 279-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ : Kreditor MMC-nin Borclu qarşı 551,06 manat məbləğində əsas borcun, 50 manat cərimə borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Kreditora izah edilsin ki, iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar