Məhkəmə qərarları › İş №e-2(067)-1518/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-1518/2021

07.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-1518/2021 07.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə, Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ : Kreditor MMC-nin Borclu qarşı 2250 manat məbləğində ödənilməmiş borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Kreditor MMC-nin məhkəməyə ünvanlandığı sənədlərdən isə görünür ki, kreditorun pul tələbi 2250 manat olduğu halda, o 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə görə dövlət rüsumunun ödənilməsi haqqında sənəd ərizəyə əlavə edilməlidir. Göründüyü kimi, dövlət rüsumu düzgün ödənilmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 279-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ : Kreditor MMC-nin Borclu qarşı 2250 manat məbləğində ödənilməmiş borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar