Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2201/2024 19.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh İddiaçı xeyrinə 800 (səkkiz yüz) AZN məbləğində pul vəsaitinin, 30 (otuz) AZN məbləğində dövlət rüsumunun və 0,40 AZN məbləğində bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 may 2024-cü il tarixində gecə saatlarında Azadlıq prospekti 15a/4 ünvanından Yeni ünvan 1riş vermişdir. Taksi yaxınlaşdı, taksi sürücüsü Natiq sifarişi ləğv edəcəyini, onu ünvana çatdırdıqdan sonra ödənişi “kartdan karta” etməyini xahiş etdi. O, da razılaşdı. Onu ünvana çatdırdıqdan sonra 5 AZN məbləğində vəsaiti “M10” tətbiqi (+994 51 574 44 45) vasitəsi ilə Natiqin “4098 58** **** 9092” nömrəli kart hesabına köçürtdü. Bu zaman “M10” tətbiqi daxilində Natiqin kart hesabı məlumatları avtomatik yadda saxlanıldı. 29 may 2024-cü il tarixində “M10” tətbiqi vasitəsi ilə dostuna 800 (səkkiz yüz) AZN məbləğində vəsaiti köçürmə etmək istəyərkən təsadüfən tətbiqin yaddaşında saxlanılmış, Natiqin “4098 58** **** 9092” nömrəli kart hesabına köçürtmə etmişdir. Natiqin istifadəsində olan +994 55 *** ** ** mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq məsələni ona izah etmiş, vəsaiti qaytarmasını xahiş etmişdir. Natiq əvvəlcə razılaşmış, qaytaracağını bildirmiş, ondan kart hesabı məlumatlarını istəmişdir. Bir müddət sonra isə mesajlarına və zənglərinə cavab verməmişdir, vəsaiti qaytarmaqdan qəsdən yayınmışdır. Bir sözlə, Cavabdeh hesabına 800 (səkkiz yüz) AZN məbləğində əsassız varlanmış, lakin bu günədək həmən vəsaiti ona qaytarmamışdır. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman iddiaçı iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, 20 may tarixində “Bolt” tətbiqi vasitəsi ilə gece saatlarında taksi sifariş vermiş, taksi sürücüsü sifarişi ləğv edəcəyini və pulu kart hesabına atmasını söylədi. O, da razılaşmış və taksi sürücüsü onu ünvana çatdırdıqdan sonra kart hesabına 5 manat pul atmışdır. Bu zaman “M10” tətbiqi daxilində cavabdeh Natiqn kart hesabı avtomatik yaddaşda yadda saxlanılmışdır. 29 may tarixində isə “M10” tətbiqi ilə dostuna 800 manat pul atarkən pulu səhvən taksi sürücüsü Natiqin kart hesabına göndərmişdir. Bu hadisədən sonra cavabdehlə telefonla əlaqə saxlamışdır və pulu geri qaytaracağını dedi. Daha sonra ona mesaj yazaraq kartı atmağını söylədi. O, kartı atsa da, daha sonra heç bir cavab vermədi. Dəfələrlə zəng eləsə də, cavabdeh cavab vermirdi. Sonradan telefonla yenidən əlaqə saxlamışdır və cavabdeh bildirdi ki, kart başqsındadır və pulu o şəxs kartdan çıxarıb. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək təmin olunmasına etirazının olmadığını bildirdi. Pulu hissə-hissə ödəyəcək. Başqa əlavəsi yoxdur. Məhkəmə, iddiaçı tərəfi və cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli pul köçürmə qəbzindən müəyyən olunur ki, xx.xx.2024-cü ildə “4098 58** **** 9092” nömrəli kart hesabına 5 manat pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli pul köçürmə qəbzindən müəyyən olunur ki, xx.xx.2024-cü ildə “4098 58** **** 9092” nömrəli kart hesabına 800.00 manat pul köçürülmüşdür. - Tərəflərin vatsap yazışmalarından müəyyən olunur ki, cavabdeh 800 manat pulu onun kartına səhvən gəlməsini etiraf etmiş və ona geri qaytaracağına söz vermişdir. - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh ona qarşı verilmiş iddianı qəbul edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı səhvən cavabdehin kartına 800 manat pul atmış, cavabdeh isə həmin pulu geri qaytarmasına söz versə də lakin vədini yerinə yetirməmiş və pulu geri qaytarmamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslıdır. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 800 manat məbləğində pul və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat pul, ödənilmiş 30.40 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №e-2(067)-2201/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2201/2024
19.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver