Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-227/2025 19.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X16 və Cavabdeh1 qarşı «sağlamlığa ziyan vurmağa görə maddi zərərin əvəzinin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi tələbi»nə dair ilk iddia ərizəsi, Cavabdeh1 İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X16 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Xaçmaz rayon Mərkəzi Xəstəxanası və həkim Cavabdeh1 tərəfindən məruz qaldığı maddi zərərə görə 18.809,71 manat, mənəvi zərərin əvəzi kimi isə 10.000 manat, ümumilikdə 28.809,71 manat pulun, iş üzrə ödənilmiş 178 manat dövlət rüsumunun, 300 manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sağlamlığa ziyan vurmağa görə maddi zərərin əvəzinin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi tələbinə dair ilk iddianın rədd edilməsini, işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsini, işgüzar nüfuzun müdafiəsinə görə cavabdehin kollektiv qarşısında ondan üzr istəməsi, mənəvi zərərə görə 3000 manat pulun, 50 manat dövlət rüsumunun və 320 manat vəkilə ödənilmiş xidmət haqqının İddiaçı tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlərdən “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X15 nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X15 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili ilk iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə İddiaçı xx.xx.2024-cü il tarixində qarnında olan kəskin ağrılarla təcili Xaçmaz rayon Mərkəzi xəstəxanasına gətirilmiş və xx.xx.2024-cü il tarixdə həkim Cavabdeh1 tərəfindən bağırsaq əməliyyatı keçirilmişdir. Lakin əməliyyatdan sonra xəstənin vəziyyəti dəyişməmiş, daha da korlanmışdır. Əməliyyat zamanı bədənə keçirilmiş yad cism nəticəsində yüksək qızdırma baş vermiş və qızdırmanı aşağı salmaq mümkün olmamışdır ki, bu da xəstədə pnevmoniyanın yaranmasına səbəb olmuşdur. Buna görə də, xəstənin yaxınları təcili tibbi yardımla İddiaçı Bakıya ağır vəziyyətdə “Məlhəm” Beynəlxalq Hospitalına çatdırmışlar. “Məlhəm” Beynəlxalq Hospitalında xx.xx.2024-cü il tarixində təkrarən nazik bağırsağının əməliyyatı həyata keçirilmiş, 9 gün ağır vəziyyətdə reanimasiyada qaldıqdan sonra stansionar müalicə üçün tibbi palataya köçürülmüş, xx.xx.2024-cü il tarixində isə evə buraxılmışdır. Həkimlərin səyi nəticəsində uzun müddətli intensiv müalicədən sonra xəstə ölümdən xilas olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, daha dəqiq desələr stasionar xəstənin tibb kartasından çıxarışda qeyd olunan qısa epikrizdən göründüyü kimi ilkin aparılmış əməliyyat nəticəsində xəstədə hematom yaranmış və bağırsaqların venoz vaskulyarizasiyası pozulmuşdur. Səhv əməliyyat nəticəsində xəstənin vəziyyəti kəskin pisləşmiş, 20 gün kəskin ağrılara tab gətirmək məcburiyyətində qalmış, ailəsi və özü mənəvi və böyük məbləğdə maddi ziyan görmüş və sonunda ölümdən xilas olmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, xəstənin yenidən əməliyyatı üçün çəkilmiş xərclərin ümumi dəyəri 17.963,33 manat + 346,38 manat (“Məlhəm” Beynəlxalq Hospitalında ödənilmiş), 500 manat təcili tibbi yardıma ödənilmiş (Xaçmazdan Bakıya aparılan zaman) təşkil etmişdir. Odur ki, ailənin çəkdiyi maddi zərərin əvəzi cavabdeh tərəfindən ödənilməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsi ilə razı deyildir və qarşılıqlı iddia ilə məhkəməyə müraciət edir. Bildirmək istəyir ki, o, “Xaçmaz Rayon Xəstəxanası" PHŞ-in Cərrahiyyə şöbəsinin şöbə müdiridir. 32 ildir cərrah kimi fəaliyyət göstərir. Rusiya Federasiyasının “Tibb Elmlər doktoru" elmi dərəcəsinə malikdir, Xaçmaz rayonunun baş cərrahıdır. Bir il ərzində 1000-dək açıq və qapalı, ginekoloji, travmatoloji, uroloji və sair cərrahi əməliyyatlar aparır. Apardığı saysız cərrahi əməliyyatları nəzərə alaraq peşə fəaliyyəti dəyərləndirərək cənab X9 “Əməkdar Həkim” fəxri adı vermişdir. İddiaçı ilk iddia ərizəsində göstərir ki, “xx.xx.2024-cü ildə qarnında olan kəskin ağrılarla təcili Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilmiş və xx.xx.2024-ci il tarixdə həkim X10 tərəfindən bağırsağında cərrahiyyə əməliyyatı keçirilmişdir. Lakin əməliyyatdan sonra xəstənin vəziyyəti yaxşılığa doğru dəyişməmiş, daha da korlanmışdır. Əməliyyat zamanı bədənə keçirilmiş yad cism nəticəsində yüksək qızdırma baş vermiş, qızdırmanı aşağı salmaq mümkün olmamışdır ki, bu da xəstədə pnevmoniyanın yaranmasına səbəb olmuşdur. Buna görə də, xəstə təcili tibbi yardımla Bakıya ağır vəziyyətdə “Məlhəm" Beynəlxalq Hospitalına çatdırılmışdır. “Məlhəm" Beynəlxalq Hospital”ında xx.xx.2024-cü il tarixdə təkrarən nazik bağırsağın əməliyyatı həyata keçirilmişdir. 9 gün ağır vəziyyətdə reanimasiyada qaldıqdan sonra stasionar müalicə üçün tibbi palataya köçürülmüşdür. 9 avqust 2024-cü il tarixdə isə evə buraxılmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, ilkin aparılmış əməliyyat nəticəsində xəstədə hematom yaranmış, bağırsaqların venoz vaskulyarizasiyası pozulmuşdur. Güya səhv cərrahi əməliyyat nəticəsində xəstənin vəziyyəti pisləşmiş, 20 gün kəskin ağrılara tab gətirmək məcburiyyətində qalmış, ailəsi və özü mənəvi və böyük məbləğdə maddi ziyan görmüş, sonunda ölümdən xilas olmuşdur. Xəstənin yenidən əməliyyatı üçün ümumi dəyəri 17.963, 33 manat və üstə gəl 346,38 manat “X4 ödənilmiş (500 manat təcili tibbi yardıma Xaçmazdan Bakıya TTY aparılan zaman ödəlmişdir) təşkil etmişdir. Bildirir ki, 1968-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə Xaçmaz Rayon Mərkəzi X1 növbətçi cərrah Əlibəyov Zaur tərəfindən müayinə edilmişdir. Daxil olarkən xəstənin şikayətləri: qarnında kəskin ağrılar, təngənəfəslik, nəcis qusma, bir neçə gün davam edən qəbizlik, qarın nahiyəsində çox şişkinlik, ümumi halsızlıq olmuş, kəskin ağır vəziyyətdə xəstə stansionara hospitalizasiya olunmuşdur. Xəstənin anası və qohumlarının dediklərindən bəlli olmuşdur ki, xəstə onlara müraciət etməzdən öncə iki dəfə Bakı şəhərində yoğun bağırsağın perforasiyasına görə stomanın çıxarılması və bir müddətdən sonra stomanın ləğvi əməliyyatları icra olunmuşdur. Klinik olaraq xəstə dərin müayinə olunaraq (laborator, instrumental, xəstəyə uyğun olaraq bütün müayinələr) aparılandan sonra xəstəyə ilkin diaqnoz aşağıdakı kimi qoyulmuşdur: “Kəskin bağırsaq keçməməzliyi, boğulmuş yırtıqlar, qarın boşluğunun bitişmə xəstəliyi, peritonit”. Onun tərəfindən xəstə təkrar müayinə olunmuş və xəstəyə həyatı göstərişlə təcili əməliyyat təklif olunmuşdur. Əməliyyatdan sonra baş verə biləcək fəsad və ağırlaşmalar xəstənin yaxınlarına izah edilmiş və əməliyyata xəstənin qohumları və yaxınları tərəfindən razılıq alınmışdır. xx.xx.2024-ci il tarixində saat 04:05-dən 07:55-dək onun tərəfindən orta laparotomiya icra olunmuşdur. Texniki çətinliklə (keçirilmiş köhnə cərrahi əməliyyatlara görə) qarın boşluğundakı köhnə bitişmələr ayrılmış, bağırsaq divarları bir-birinə intim yapışdırıldığı üçün boğulmuş nazik bağırsaq ilgəkləri boğulmuş yırtıq kisəsindən çətinliklə ayrılmış və İİ yerdə mikroperforasiya olduğu (0,2- 0,5) və (0,4-0,6) ölçüdə. Bu perforasiyalar tikilərək qarın boşluğunda olan keçməməzlik ləğv olunmuş, qarın boşluğunda olan boğulmalar ləğv olunmuş, qarın boşluğu sanasiya və 3 (üç) ədəd drenajla dren olunmuş, nazik bağırsağın infibasiyası aparılmışdır. Əməliyyatdan sonrakı diaqnoz aşağıdakı kimi olmuşdur: “nazik bağırsağın perforasiyası, qarın boşluğunun bitişmə xəstəliyi, bitişmə mənşəli stranquliyasion nazik bağırsaq keçməməzliyi, yayılmış peritonit, qarının ön divarının cərrahi əməliyyatdan sonrakı yırtıqları". Xəstə əməliyyatdan sonra ekstubasiya olunub, sərbəst tənəffüslə intensiv palataya, bir neçə saatdan sonra isə palataya keçirilmişdir. xx.xx.2024-cü il tarixdə xəstənin huşu aydın, vəziyyəti aparılan əməliyyatın ağırlıq dərəcəsinə uyğun olmuşdur. Defekasiya sərbəst olub, qarnındakı ağrıdan şikayət etmir, qarnındakı drenajlardan seroz miqdarda qeyd olunur.” xx.xx.2024-cü il tarixdə xəstənin ümumi vəziyyəti nisbətən ağırlaşmış, lakin bu keçirdiyi əməliyyata görə yox, ağ ciyərində yaranmış pnevmoniya ilə əlaqəli (hərarətin qalxması, halsızlıq, nəfəs alması çətinləşmişdi). Bunları nəzərə alaraq xəstə intensiv palataya qaytarılmış və reanimatoloqun nəzarətinə verilmişdir. Lakin xəstənin yaxınları və qohumları onu onlardan öncə müalicə etmiş öz həkimləri olan Rasim adlı həkimlə mobil telefon əlaqəsi saxlanılmış, pulmonoloqla məsləhətləşmişlər və xəstənin onlarda olacaq sonrakı müalicəsindən qəti imtina edərək, onu Bakı şəhərinə aparmaq qərarına gəlmişlər. Qohumlarının danışıqlarından bəlli olmuşdur ki, xəstəni Qusar rayonu “OKİ" özəl klinikasından ambulans çağıraraq Bakı şəhərində özəl xəstəxanaya aparmağa razılaşmışlar. Şəxsən onun tərəfindən xəstənin qohumlarına və yaxınlarına izah olunmuşdur ki, özəl xəstəxanada maddi xərcləri çox çıxacaq. Hətta bildirmişdir ki, xəstəni icbari tibbi sığortanın hesabına özəl xəstəxanaların birində yerləşdirilməsində onlara köməklik göstərə bilərlər. Lakin onlar bu təkliflərini qəti şəkildə rədd edərək ondan tələb etmişlər ki, apardıqları müalicə və müayinələri yazılı şəkildə onlara versinlər. Xaçmaz rayon Mərkəzi Xəstəxanası tərəfindən xəstənin Bakı şəhərinə aparılması üçün heç bir göndəriş verilməmişdir. Xəstəni qohumları öz təşəbbüsləri ilə Bakı şəhərinə aparmışlar. O və həkim yoldaşları xəstə İddiaçı icbari tibbi sığortanın qoyduğu qaydalara əsasən müayinə və müalicə etmişlər, əməliyyatı yüksək səviyyədə aparmışlar. Hətta xəstənin təkrar cərrahi əməliyyatı lazım olacaqdısa, onu da etməyə o, hazır idi. İş təcrübəsi və peşəkarlığı əməliyyatı aparmağa imkan verir. Bildirir ki, xəstə və qohumu Şahid İsmayil oğlu xəstəxanaya gələrək cərrahi əməliyyatdan sonra bir neçə dəfə direktorun və baş həkimi qəbulunda olmuş və onlardan qanunsuz olaraq 20 min manat pul tələb etmişdir. Pulu verməyəcəkləri təqdirdə müxtəlif qurumlara şikayət edəcəklərini bildirmişdir. Həmin şəxs TƏBİB-ə ünvanladığı ərizədə ondan şikayət etmiş, şikayət ərizəsi araşdırılaraq cavab olaraq ona bildirilmişdir ki, onun apardığı əməliyyat yüksək peşəkarlıqla aparılmış, heç bir səhvə yol verilməmişdir. Tərəfindən əməliyyat aparılarkən xəstənin özündən və yaxud yaxınlarından pul alınmamış, cərrahiyyə əməliyyatı uğurla keçdiyindən hətta özləri minnətdarlıqlarını bildirmişlər. İddiaçı əsassız olaraq müxtəlif qurumlara və təşkilatlara, o cümlədən TƏBİB-ə barəsində həqiqətə uyğun olmayan işgüzar nüfuzunu ləkələyən məlumatları yaymağa başlamışdır. Bu əsassız müraciətlərlə onun işlədiyi kollektivə gəlmiş, bununla da onun işlədiyi yerdə əmək kollektivi arasında mənfi rəy yaratmaqla işgüzar nüfuzunun ləkələnməsinə səbəb olmuşdur. O, yuxarıda qeyd etdiyi kimi işində kifayət qədər peşəkar və öz kollektivində böyük hörmətə məxsus olan şəxsdir. Onun barəsində bu şəkildə yalan məlumatın yayılması həm onun kollektiv arasında hörmətinin azalmasına, həm də onun peşəkarlığına kölgə sala bilər. Mülki Məcəllənin 23-cü maddəsində göstərilir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Eyni Məcəlləinin 23.4-cü maddəsində qeyd edilmişdir ki, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin qeyd etmək istəyir ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə" qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Ali Məhkəmə Plenumunun 14 may 1999-cu il tarixli 4 saylı qərarının 3-cü bəndinə görə - Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir, məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqı prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Cavabdeh bu qanunsuz hərəkətlərinə görə o, artıq bir neçə aya yaxındır ki, mənəvi sarsıntı və iztirab keçirmiş, iş rejimi pozulmuş, ailədə, evdə və kollektivdə əsəblərini çox çətin idarə edir. Plenum qərarlarında qeyd olunur ki, məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Cavabdeh yalan məlumatı onun işlədiyi kollektivə və rəhbərliyinə yaymışdır. Plenumun qərarında qeyd olunmuşdur ki, həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılmasına uyğun olmalıdır. Beləliklə, məhkəmə qaydasında işgüzar nüfuzun müdafiəsinə başlanmaq üçün üç əsas elementin hər üçü birlikdə mövcuddur və onlar aşağıdakılardır: Məlumatlar işgüzar nüfuzu ləkələyən olmalıdır - o, peşəkar, tanınmış, öz əmək kollektivi arasında böyük nüfuza malik şəxsdir. Onun düzgün müalicə aparmamaq haqqında məlumat onun işgüzar nüfuzunu ləkələyir və əmək kollektivi arasında barəsində mənfi rəy formalaşdırır. Hətta İddiaçı iddia ərizəsində göstərir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli “praktiki tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiya Qaydası"nın təsdiq edilməsi barədə 108 nömrəli qərarın 5.3-cü maddəsinə əsasən Sertifikasiyadan keçməyən səhiyyə mütəxəssislərinin praktiki tibbi və ya əczaçılıq fəaliyyətinə buraxılması qadağandır. Onun iddia ərizəsindən belə görünür ki, guya o, sertifikasiyadan keçməmişdir. Bildirir ki, o, üç dəfə, hətta axırıncı dəfə 01 avqust 2023-cü il tarixdə sertifikasiyadan keçmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 8-ci bəndində izah etmişdir ki, “Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Digər tərəfdən həmin qərarda həm də izah olunmuşdur ki, "mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası MM-in 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoymaqla ödənilə bilər. Məsələn, şərəf, ləyaqət, işgüzar nüfuza zərər vuran məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. Hesab edir ki, işgüzar nüfuzunun müdafiəsi üçün cavabdeh kollektivdə ondan üzür istəməli və mənəvi zərərə görə isə 3000 manat pul ödəməlidir. Məhkəmə iclasında dindirilən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilk iddianı müdafiə edərək və qarşılıqlı iddianı qəbul etməyərək ilk iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə göstərmişdir ki, nümayəndəsi və vəkili olduğu İddiaçı xx.xx.2024-cü il tarixində qarınında olan kəskin “Bağırsaq keçməməzliyi, boğulmuş yırtıqlar”, olduğuna görə ağrılarla təcili Xaçmaz rayon Mərkəzi xəstəxanasına gətirilmiş və xx.xx.2024-cü il tarixdə həkim Cavabdeh1 tərəfindən bağırsaq əməliyyatı keçirilmişdir. Lakin əməliyyatdan sonra xəstənin vəziyyəti dəyişməmiş, daha da korlanmışdır. Əməliyyat zamanı bədənə keçirilmiş yad cism nəticəsində yüksək qızdırma baş vermiş və qızdırmanı aşağı salmaq mümkün olmamışdır ki, bu da xəstədə pnevmoniyanın yaranmasına səbəb olmuşdur. Xəstə yaxınlarının təkidi ilə sonrakı müalicədən imtina edilmiş və xx.xx.2024-cü il tarixdə təcili tibbi yardım avtomobili ilə Bakıya ağır vəziyyətdə “Məlhəm” Beynəlxalq Hospitalına çatdırılmışdır. “Məlhəm” Beynəlxalq Hospitalında xx.xx.2024-cü il tarixində təkrarən nazik bağırsağının əməliyyatı həkim Mahmud Mahmudov tərəfindən həyata keçirilmişdir. İddiaçı 9 gün ağır vəziyyətdə reanimasiyada qaldıqdan sonra stasionar müalicə üçün tibbi palataya köçürülmüşdür. xx.xx.2024-cü il tarixində isə evə buraxılmışdır. Həkimlərin səyi nəticəsində uzun müddətli intensiv müalicədən sonra xəstə ölümdən xilas olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən, daha dəqiq stasionar xəstənin tibb kartasından çıxarışda qeyd olunan qısa epikrizdən də göründüyü kimi ilkin aparılmış əməliyyat nəticəsində xəstədə hematom yaranmış və bağırsaqların venoz vaskulyarizasiyası pozulmuşdur. Səhv əməliyyat nəticəsində xəstənin vəziyyəti kəskin pisləşmiş, 20 gün kəskin ağrılara tab gətirmək məcburiyyətində qalmış, ailəsi və özü mənəvi və böyük məbləğdə maddi ziyan görmüş və sonunda ölümdən xilas olmuşdur. Ekspert rəyindən də məlumdur ki, İddiaçı Xaçmaz rayon Mərkəzi Xəstəxanası PHŞ-də icra edilmiş ilkin cərrahiyə əməliyyatı qüsurlu olmuşdur. Nazik bağırsağın perforasiyası səbəbi ilə qoyulmuş tikişlər yararsız və boş olmuş, nazik bağırsaqda yaranmış tikiş çatışmamazlığı halı bağırsaqda infeksiya yaranmasına, sonrakı mərhələdə qızdırma, pnevmoniyaya səbəb olmuş və son nəticədə xəstədə təkrar cərrahiyə əməliyyatı aparılması zərurəti yarandığından yenidən Məlhəm” Beynəlxalq Hospitalında əməliyyat olunmuşdur. Ekspert rəylərində də bu hallar qeyd olunmuşdur. Bundan başqa qeyd etmək istəyir ki, İddiaçı qarşı tərəfə heç bir qeyri-etik ifadələrlə yanaşmamış, cavabdehin ünvanına şərəf və ləyaqətini alçaldan ifadələr işlətməmişdir. Odur ki, ilk iddianın təmin edilməsini, cavabdehlər “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X17 və həkim Cavabdeh1 tərəfindən məruz qaldığı maddi zərərə görə onlardan 18.809,71 manat, mənəvi zərərin əvəzi kimi isə 10.000 manat, ümumilikdə 28.809,71 manat pulun, iş üzrə ödənilmiş 178 manat dövlət rüsumunun və 300 manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə göstərmişdir ki, 1968-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon X3 Şöbəsinə kəskin qarın ağrısı ilə müraciət etmiş və növbətçi cərrah Əlibəyov Zaur tərəfindən müayinə edilmişdir. Daxil olarkən xəstənin şikayətləri: qarınında kəskin ağrılar, təngənəfəslik, nəcis qusma, bir neçə gün davam edən qəbizlik, qarın nahiyyəsində çox şişkinlik, ümumi halsızlıq olmuşdur. İlkin diaqnoz “Kəskin bağırsaq keçməməzliyi, boğulmuş yırtıqlar, qarın boşluğunun bitişmə xəstəliyi, peritonit” qoyulmuşdur. Onun tərəfindən xəstə təkrar müayinə olunmuş və xəstəyə həyatı göstərişlə təcili əməliyyat təklif olunmuşdur. Əməliyyatdan sonra baş verə biləcək fəsad və ağırlaşmalar xəstənin yaxınlarına izah edilmiş və əməliyyata xəstənin qohumları və yaxınları tərəfindən razılıq alınmışdır. xx.xx.2024-cü il tarixində saat 04:05dən 07:55-dək onun tərəfindən orta laparotomiya icra olunmuşdur. Texniki çətinlkiklə qarın boşluğundakı köhnə bitişmələr ayrılmış, bağırsaq divarları bir-birinə yapışdığı üçün boğulmuş nazik bağırsaq ilgələri boğulmuş yırtıq kisəsindən çətinliklə ayrılmışdır. 2 yerdə mikroperforasiya olduğu (0,2-0,5) və (0,4-0,6) ölçüdə bu perforasiyalar tikilərək qarın boşluğunda olan keçməməzlik ləğv olunmuş, qarın boşluğunda olan boğulmalar ləğv olunmuş, qarın boşluğu sanasiya və 3 (üç) ədəd drenajla dren olunmuş və nazik bağırsağın infibasiyası aparılmışdır. Əməlliyatdan sonrakı diaqnoz “nazik bağırsağın perforasiyası, qarın boşluğunun bitişmə xəstəliyi, bitişmə mənşəli stranquliyasion nazik bağırsaq keçməməzliyi, yayılmış peritonit, qarının ön divarının cərrahi əməliyyatdan sonrakı yırtıqları”. Xəstə əməliyyatdan intensiv palataya, sonra isə palataya keçirilmişdir. xx.xx.2024-cü ildə xəstənin huşu aydın, vəziyyəti aparılan əməliyyatın ağırlıq dərəcəsinə uyğun olmuşdur. xx.xx.2024-cü ildə isə xəstənin ümümi vəziyyəti bir az ağırlaşmışdır. Bu da keçirdikləri əməliyyata görə yox, ağ ciyərində yaranan pnevmoniya ilə əlaqəli omuşdur. Bunları nəzərə alaraq xəstə intensiv palataya qaytarılmış və reanimatoloqun nəzarətinə verilmişdir. Lakin xəstənin yaxınları və qohumları onu onlardan öncə müalicə etmiş öz həkimləri olan şəxslə telefon danışıqları aparmış və pulmonoqla məsləhətləşmiş, onu Bakı şəhərinə aparmaq qərarına gəlmişlər. Xəstəni Qusar rayonu ”OKİ” özəl klinikasından təcili tibbi yardım maşını çağıraraq Bakı şəhərində özəl xəstəxanaya aparmağa razılaşmışlar. Şəxsən onun tərəfindən xəstənin qohumlarına izah olunmuşdur ki, özəl xəstəxanada onların xərcləri çox çıxacaq. Hətta onlara bildirmişdir ki, onlar xəstəni icbari tibbi sığortanın hesabına özəl xəstəxanaların birində yerləşdirilməsində kömək edə bilərlər. Onlar tərəfindən xəstənin Bakı şəhərinə aparılması üçün göndəriş verilməmişdir. Xəstənin qohumları öz təşəbbüsləri ilə xəstəni Bakı şəhərinə aparmışlar. Xəstənin qohumu Şahid xəstəxanaya gələrək baş həkimin qəbulunda olmuş və onlardan qanunsuz olaraq 20 min manat pul tələb etmişdir. Pulu verməyəcəkləri təqdirdə müxtəlif qurumlara şikayət edəcəklərini bildirmişdir. Həmin şəxs TƏBİB-ə ondan şikayət etmiş, şikayət ərizəsi araşdırılaraq cavab olaraq ona bildirilmişdir ki, apardığı əməliyyat yüksək peşəkarlıqla aparılmış, heç bir səhvə yol verilməmişdir. Tərəfindən əməliyyat aparılarkən xəstənin özündən və yaxud yaxınlarından pul alınmamış, cərrahiyə əməliyyatı uğurla keçdiyindən xəstənin qohumları minnətdarlıqlarını da bildirmişlər. Ona görə də, bütün göstərilənlərə əsasən ilk iddianın əsassız olduğundan təmin edilməməsini, qarşılıqlı iddia tələbi təmin edilməklə işgüzar nüfuzun müdafiəsinə görə cavabdehin kollektiv qarşısında ondan üzr istəməsi, mənəvi zərərə görə 3000 manat pulun, 50 manat dövlət rüsumunun və 320 manat vəkilə ödənilmiş xidmət haqqının İddiaçı tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 izahatı ilə eyni məzunlu izahat verməklə əlavə olaraq göstərmişdir ki, nümayəndəsi və vəkili olduğu həkim Cavabdeh1 Xaçmaz rayonunda peşəkar həkim olduğunu qeyd edə bilər. O, Xaçmaz rayonunun Baş Cərrahıdır. Bir il ərzində 1000-dək açıq və qapalı əməliyyatlar aparır. “Əməkdar Həkim” Fəxri adına layiq görülmüşdür. Bundan başqa bildirmək istəyir ki, xəstənin qohumları xəstəxanaya gələrək Cavabdeh1 təhqir edir, peşəkar iş fəaliyyətinə mənfi təsir göstərirlər. Məhkəmədən xahişləri qarşılıqlı iddianın təmin olunması və həkimdən üzür istəməklərini təmin etməkdir. Qeyd etmək istəyir ki, əməliyyatdan sonra xəstənin pisləşməsi ilə bağlı həkimə müraciət etməyiblər. Müraciət olunsaydı həkim onu muayinə və müalicə edərdi. Xəstənin qohumları onu Bakı şəhərində yerləşən “Məlhəm” Klinikasına aparmışlar. Həkim Cavabdeh1 ona ilkin tibbi yardım göstərməsəydi xəstə İddiaçı ölə bilərdi. Ona ilkin tibbi yardım göstərilmiş və çox çətin əməliyyat keçmişdir. Əməliyyatdan sonra xəstənin vəziyyəti yaxşı olmuşdur. Həkim tərəfindən lazımi müayinələrdən keçmişdir. Lakin daha sonra səhhətində yaranan problemlər keçirdiyi əməliyyata görə yox, ağ ciyərində yaranan pnevmoniyaya görə baş vermişdir. Ona görə də, ilk iddianın təmin olunmamasını, qarşılıqlı iddia tələblərinin əsaslı olduğundan təmin edilməsini xahiş edir. Məhkəmə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə günorta saatlarında qarınında kəskin ağrıların olması, qusma, ümumi zəiflik və halsızlıq şikayətləri ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, müraciətindən sonra həkimlər tərəfindən müayinələrdən keçirilmiş, müalicə həkimi (cərrah) Cavabdeh1 tərəfindən xəstəyə qarın boşluğunun bitişmə xəstəliyi, bitişmə mənşəli stranquliyasion elastik bağırsağın keçməməzliyi, nazik bağırsağın perforasiyası, yayılmış peritonit, qarın boşluğunun cərrahi əməliyyatdan sonrakı ventral yırtıqları, ağciyər çatışmamazlığı diaqnozu təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə xəstə anesteziya edilməklə cərrah Cavabdeh1 tərəfindən nazik bağırsağın cırıqlarının tikilişi (iki yerdə), qarının ön divarının ə/s yırtıqlarının ləğvi, plastikası, bağırsaqlarının bitişmələrinin ayrılması, keçməməzliyin ləğvi, qarın boşluğunun sanasiyası və drenaj kimi cərrahi əməliyyatı həyata keçirmişdir. Əməliyyatdan sonra xəstənin ümumi vəziyyəti keçirdiyi əməliyyata uyğun olmuş, bağırsaqlarda peristaltika və defekasiya olmuşdur. Xəstədə ağ ciyər çatışmamazlığı olduğu üçün xəstənin yaxınlarının təkidi ilə Bakı şəhərinə özəl tibb müəssisəsinə göndərildiyi qeyd olunur. İş materiallarında olan “Məlhəm” Beynəlxalq Hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli epikrizdən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bağırsağın (qeyri-travmatik) deşilməsi diaqnozu təyin edilmişdir. İş materiallarında olan “Məlhəm” Beynəlxalq Hospitalın icraçı direktoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 245/24 nömrəli məktubdan görünür ki, İddiaçı “Məlhəm” Beynəlxalq Hospital” MMC-nin reanimasiya şöbəsinə qəbul edilmiş, ümumi cərrah həkim tərəfindən xəstə müayinə edilmiş və aparılmış müayinə nəticəsində xəstədə peritonit əlamətlərin olduğu aşkarlanaraq xəstəyə dərhal tibbi əməliyyat icra edilmişdir. Tibbi əməliyyat zamanı həm perforasiya sahəsi, həm də qidalanması pozulmuş bağırsaq seqmenti rezeksiya edilərək anastomoz qoyulmuşdur. Xaçmaz rayon Mərkəzi Xəstəxanasında aparılmış əməliyyat zamanı hansı cərrahi saplardan istifadə olunması həkimin əməliyyat vaxtı verəcəyi qərardır, “Məlhəm” Beynəlxalq Hospital” MMC-də İddiaçı tibbi əməliyyat icra edilərkən onun ilk əməliyyatında istifadə edilən cərrahi sapların ayırd edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı göstərilmiş tibbi xidmətin keyfiyyətindən şikayət üzrə araşdırmanın nəticəsi barədə məlumatların təqdim edilməsi haqqında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X16 (TƏBİB) daxil olmuş 2(067)-227/2025 nömrəli xx.xx.2025-ci il tarixli müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, vətəndaş İddiaçı göstərilmiş tibbi xidmətdə qüsurların olması ilə bağlı qohumu Şahid TƏBİB-ə daxil olmuş şikayəti araşdırılmış və qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılmışdır. Belə ki, müraciətin araşdırılması ilə əlaqədar “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X15 dırektorunun rəsmi məlumatı və aidiyyəti tibb işçilərinin izahatları alınmış, zəruri sənədlərin surətləri sorğu əsasında əldə edilmişdir. İddiaçı göstərilmiş tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi məqsədi ilə ixtisaslı mütəxəssisin rəyi alınmış, rəyin nəticəsi olaraq xəstədə boğulmuş yırtıq, nazik bağırsağın perforasiyaları və vəziyyətin ağırlığı nəzərə alınaraq cərrah tərəfındən perforativ dəliyin gözənməsi əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra nazik bağırsağın perforativ dəliklərinə qoyulmuş tikişlərin çatışmazlığı baş vermişdir ki, peritonit fonunda bu hal (tikişlərin çatışmazlığı) gözləniləndir. Həm xəstəxananın, həm də xəstənin mövcud vəziyyətini nəzərə alaraq həkim-cərrah tərəfindən mümkün ola biləcək zəruri tədbirlər görülmüş, tibbi fəaliyyətdə nöqsan aşkarlanmamışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-227/2025 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Tibbi Ekspertiza və X5 tapşırılmışdır. Məhkəmənin müvafiq qərardadı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 verdiyi xx.xx.2025-ci il tarixli, 577/KES nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:
1. İddiaçı xx.xx.2024-cü il tarixdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə qarnında güclü ağrı, köp, nəcisin və qazların olmaması şikayətləri ilə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona "Bağırsaq keçməməzliyi. Peritonit. Qarının ön divarının cərrahiyyə əməliyyatından sonrakı yırtıqları" diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən, operativ müalicə taktikası seçilmiş və üzərində həmin tarixdə "bağırsaq keçməməzliyinin ləğvi, qarın boşluğunun sonasiyası və drenə edilməsi” cərrahiyyə əməliyyatının aparılması qərara alınmışdır. Əməliyyatın gedişi zamanı keçməməzlik ləğv edilmiş, nazik bağırsaqlarda iki ədəd perforsion dəlik tikilmişdir. Əməliyyat sonlandırlmış və əməliyyatdan sonra xəstənin vəziyyəti ağır olaraq qalmışdır. Xəstə yaxınlarının təkidi ilə sonrakı müalicədən imtina edilmiş və xx.xx.2024-cü il tarixdə İddiaçı Bakı şəhəri “X8”a köçürülmüşdür. Xəstə “X8”ın reanimasiya şöbəsinə daxil olmuş, ümumi cərrahın konsultasiyası aparılmış və təkrar cərrahiyyə əməliyyatına qərar verilmişdir. Əməliyyatın icrası zamanı bağırsaqda perforasiya sahəsi aşkar edilmiş, perfor olmuş sahənin ətrafında bir neçə yerdə serozaya qoyulmuş tikişlər görülmüşdür. Bu perforasiya olunmuş seqmentdən proksimala doğru 50 sm., sonra təxminən 40 sm-lik bağırsaq seqmentinin mezosundan qaynaqlanan hematom müəyyən edilmişdir. Bu seqment bağırsaqların venoz vaskulyarizasiyasının bir qədər pozulmuş olduğu üçün və perforasiya olan seqment blok şəklində rezeksiya olunaraq sağlam bağırsaq ucları ilə anastomoz qoyulmuşdur. Əməliyyat sonlandırılmış, adekvat müalicələr aparılmış və xəstənin vəziyyəti stabilləşmişdir. xx.xx.2024-cü il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Beləliklə, İddiaçı “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də icra edilmiş ilkin cərrahiyyə əməliyyatı qüsurlu olmuşdur. Nazik bağırsağın perforasiyası səbəbi ilə qoyulmuş tikişlər yararsız olmuş və bu səbəbdən də xəstəyə təkrar cərrahiyyə əməliyyatı aparılmışdır.
2. İddiaçı üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatı texniki qüsurla aparılmışdır. Xəstədə mövcud olan patologiyanın gedişini nəzərə alaraq daha radikal əməliyyat, yəni anastomozun qoyulması məqsədə müvafiq idi.
3. İddiaçı "X8”da bağırsağın qeyri-travmatik deşilməsi və peritonit əlamətləri ilə cərrahiyyə əməliyyatına götürülmüşdür. Əməliyyatın gedişi zamanı ilkin əməliyyatda tibbi müdaxilə izlərinin (perfor nahiyəsinə qoyulmuş tikişlər və tikiş çatmamazlıqları) olduğu müəyyən edilmişdir.
4. İddiaçı ilkin əməliyyat zamanı hansı saplardan istifadə edilməsi haqqında tibbi qeydiyyat yoxdur.
6. İddiaçı ilkin cərrahiyyə əməliyyatından sonra perforasiya olan seqment blok şəklində rezeksiya olunaraq, sağlam bağırsaq ucları ilə anastomoz qoyulmuşdur. Xəstəyə digər əməliyyat taktikası, yəni “Stomanın çıxarılması” patologiyanın gedişindən və həkim cərrahın qərarından asılıdır.
7. İddiaçı ilkin əməliyyatdan sonra aspirasion pnevmoniya əlamətlərinin olduğu barədə tibbi sənədlərdə hər hansı bir qeydiyyat yoxdur.
8. İddiaçı ilkin əməliyyatdan sonra adekvat müalicələr və tibbi yardımlar göstərilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-227/2025 nömrəli qərardadına əsasən iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə-Tibbi Ekspertiza və X5 tapşırılmışdır. Məhkəmənin müvafiq qərardadı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 verdiyi xx.xx.2025-ci il tarixli, 1044/KES nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:
1. İddiaçı səhhətində yaranmış ağırlaşma, yəni nazik bağırsaqda tikiş çatışmazlığı peritonit fonunda baş verə bilərdi.
2. “X8”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə əməliyyatdan öncə ona hər hansı bir obyektiv və instrumental müayinələrin aparılması barədə qeydiyyat yoxdur.
3. İddiaçı icra edilmiş cərrahiyyə əməliyyatından 2 gün sonra onun transpartirovkası, yəni uzun yol getməsi səhhətinin ağırlaşmasına səbəb ola bilərdi.
4. İddiaçı ağciyərlərində olan patologiya, yəni tənəffüs çatışmamazlığı nəticəsində əmələ gələn toxumaların hipoksiyası uzun yolla xəstənin transpartirovkası zamanı nazik bağırsaqda işemiyaya səbəb ola bilərdi.
5. İddiaçı mövcud olan patologiya-nazik bağırsaqda perforasiya sahəsi kiçik olduğundan həkim tərəfindən dəliyin tikilməsi düzgün seçim olmuş və daha radikal əməliyyatın, yəni anastomozun qoyulmasına tibbi göstəriş olmamışdır.
6. İddiaçı səhhətinin ağırlaşmasına peritonit nəticəsində orqanizmin ümumi intoksikasiyası səbəb ola bilərdi.
7. İddiaçı “X8”da nazik bağırsağın perforasiya nahiyəsinə qoyulmuş tikişlərdə tikiş çatışmazlıqları olduğundan onun üzərində təkrar cərrahiyyə əməliyyatı icra edilmişdir. Tikiş çatışmazlığının yaranmasına səbəb peritonit olmuşdur.
8. İddiaçı təngnəfəsliyin yaranmasına peritonit nəticəsində orqanizmin ümumi intoksikasiyası və ya anesteziyanın uzun müddətli gedişi ilə əlaqədar durğunluq pnevmoniyası səbəb ola bilərdi.
9. Nazik bağırsaqda kiçik ölçülü perforasiyalara cərrahi tikişin qoyulması, böyük ölçülü perforasiyalar zamanı isə anastomozun qoyulması tibbi göstərişdir. (Ədəbiyyat: Nuru Bayramov “Cərrahi xəstəliklər”). İddiaçı nazik bağırsağın perforasiyası kiçik ölçülü olduğundan dəlik nahiyəsinə cərrahi tikişin qoyulması taktiki cəhətdən düzgün seçim olmuşdur.
10. Xaçmaz Rayon Mərkəzi Xəstəxanası PHŞ-də İddiaçı üzərində icra edilmiş “Bağırsaq keçməməzliyinin ləğvi, qarın boşluğunun sonasiyası və drenə edilməsi” cərrahiyyə əməliyyatının xəstənin səhhətinə əks təsiri olmamışdır. Belə ki, xəstədə peritonitlə əlaqədar nazik bağırsaqda tikiş çatışmazlığı baş vermiş və bununla əlaqədar onun üzərində təkrar cərrahiyyə əməliyyatı icra edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən həkim cərrah olaraq qeyri-peşəkar apardığı qüsurlu cərrahi əməliyyat nəticəsində əməliyyatdan sonra vəziyyəti daha da ağırlaşmış, bunun nəticəsində özəl tibb hospitalında yenidən əməliyyat olunmaqla iddia ərizəsində qeyd etdiyi məbləğdə ona maddi zərər dəymişdir. Həmin ziyanın ilk iddia üzrə cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həkim cərrah olaraq onun tərəfindən qeyri-peşəkar cərrahi əməliyyat aparılması və qüsurlu cərrahi əməliyyat nəticəsində vəziyyətinin daha da pisləşdiyi barədə əsassız, şərəf və ləyaqəti ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlar yaymaqla ona mənəvi zərər vurmuşdur, həmin mənəvi zərərin 3000 manat məbləğində qiymətləndirilməklə ilk iddia üzrə iddiaçıdan onun xeyrinə tutulmasını xahiş edir. Belə olduğu halda ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı üzərinə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən həkim cərrah olaraq qeyri-peşəkar apardığı qüsurlu cərrahi əməliyyat nəticəsində əməliyyatdan sonra vəziyyətinin daha da ağırlaşmasını, bu səbəbdən özəl tibb hospitalında yenidən əməliyyat olunması nəticəsində iddia ərizəsində qeyd etdiyi məbləğdə ona maddi zərər dəyməsini sübut etmə yükü düşür. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 üzərinə isə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həkim cərrah olaraq onun tərəfindən qeyri-peşəkar cərrahi əməliyyat aparması və qüsurlu cərrahi əməliyyat nəticəsində vəziyyətinin daha da pisləşdiyi barədə əsassız, şərəf və ləyaqəti ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlar yaymaqla ona mənəvi zərər vurmasını sübut etmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, işdə olan sənədlərə hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 17 iyul 2025-ci il tarixdə qarın boşluğunda olan kəskin ağrılar və bağırsaq çatışmamazlığı ilə bağlı müraciətinə əsasən Xaçmaz rayon Mərkəzi Xəstəxanasında təcili əməliyyat edilmiş, həmin əməliyyat ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən həyata keçirilmişdir. Sonradan İddiaçı öz istəyi ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirməkdən imtina edərək “X6”na aparılmış və orada təkrar əməliyyat olunmuşdur. İş üzrə təyin edilmiş əlavə-məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 verdiyi sonuncu xx.xx.2025-ci il tarixli, 1044/KES nömrəli ekspert rəyi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı üzərində qeyri-peşəkar və qüsurlu cərrahi əməliyyat aparması müəyyən olunmamışdır. Belə ki, həmin rəydə “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də İddiaçı üzərində icra edilmiş “Bağırsaq keçməməzliyinin ləğvi, qarın boşluğunun sonasiyası və drenə edilməsi” cərrahiyyə əməliyyatının xəstənin səhhətinə əks təsiri olmadığı, cərrah tərəfindən əməliyyatın taktiki cəhətdən düzgün aparıldığı qeyd edilmişdir. Beləliklə, məhkəmə tədqiqatı zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən həkim cərrah olaraq qeyri-peşəkar apardığı qüsurlu cərrahi əməliyyat nəticəsində əməliyyatdan sonra vəziyyətinin daha da ağırlaşması səbəbindən özəl tibb hospitalında yenidən əməliyyat olunması ilə bağlı iddia ərizəsində qeyd etdiyi məbləğdə ona maddi zərər dəyməsinin əsasını təşkil edən mötəbər sübutu və sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həkim cərrah olaraq onun tərəfindən qeyri-peşəkar cərrahi əməliyyat aparması və qüsurlu cərrahi əməliyyat nəticəsində vəziyyətinin daha da pisləşdiyi barədə əsassız, şərəf və ləyaqəti ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlar yaymaqla ona mənəvi zərər vurmasının əsasını təşkil edən mötəbər sübutu və sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia tələbi və qarşılıqlı iddia tələbinin əsaslılığı məhkəmə tədqiqatı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmadığından və iş üzrə tərəflər öz tələblərinin əsasını təşkil edən mötəbər sübutları məhkəməyə təqdim etmədiklərindən hər iki iddia tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ : İddiaçı cavabdehlər “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X14 və həkim Cavabdeh1 qarşı «sağlamlığa ziyan vurmağa görə maddi zərərin əvəzinin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi tələbi»nə dair ilk iddia ərizəsi, Cavabdeh1 İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Samir Bayramov