Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-2349/2025 20.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına mümkünlüyü məsələsinə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 8(067)-57/2025 saylı, 11 mart 2025-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Zahiddin qızının xeyrinə bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində alimentin miqdarının azaldılaraq hər ay cəmi 150 (bir yüz əlli) manat (0.35 misli) məbləğində məndən aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsi aşağıdakılara əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində tələbini aydın şəkildə göstərməmişdir. O, Xaçmaz rayon Məhkəməsinin 8(067)-57/2025 saylı 11 mart 2025-ci il tarixli qətnaməsinə əsasən ondan tutulan aliment məbləğinin azaldılmasını xahiş etsə, belə bir qətnamənin mövcud olmadığı müəyyən olunmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, Xaçmaz rayon Məhkəməsi tərəfindən 11 mart 2025-ci il tarixdə 8(067)-57/2025 saylı qərardad qəbul edilmiş və həmin qərardadla Sumqayıt Apelyasiya Məhkəməsinin 11 iyul 2017-ci il tarixli 2(105)-2381/2017 saylı qətnaməsi ilə 22 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan 100 manat sabit pul məbləğində aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində indeksasiya olunmuşdur. Göründüyü kimi iddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin 11 iyul 2017-ci il tarixli 2(105)-2381/2017 saylı qətnaməsinə əsasən ondan tutulmalı olan aliment məbləğinin azaldılmasını xahiş etməli olduğu halda, mövcud olmayan Xaçmaz rayon Məhkəməsinin 8(067)-57/2025 saylı 11 mart 2025-ci il tarixli qətnaməsinə əsasən tutulmalı aliment məbləğinin azaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3.-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, göstərilən nöqsanları aradan qaldırmaqla təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(067)-2349/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-2349/2025
20.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver