Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-269/2025 30.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i : İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 657 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli MAS-6130 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17.5 % mükafat məbləği hesablanmaqla 34 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 393.89 manat, ümumilikdə isə 13392 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13392 manatın 10500 manatı əsas məbləğ təşkil edir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. Xaçmaz rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli e-2(067)-1150/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 1306.72 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PG-***dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X4 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1. EQ ******* saylı protokola görə 9 manat; 2. EQ ******* saylı protokola görə 9 manat; 3. EQ ******* saylı protokola görə 9 manat; 4. BNA ******* saylı protokola görə 18 manat; 5. EQ ******* saylı protokola görə 9 manat; 6. EQ ******* saylı protokola görə 9 manat; 7. EQ ******* saylı protokola görə 9 manat; 8. EQ ******* saylı protokola görə 45 manat; 9. EQ ******* saylı protokola görə 9 manat; 10. EQ ******* saylı protokola görə 45 manat; 11. EQ ******* saylı protokola görə 9 manat; 12. EQ ******* saylı protokola görə 9 manat; 13. EQ ******* saylı protokola görə 9 manat; 14. EQ ******* saylı protokola görə 135 manat; 15. EQ ******* saylı protokola görə 9 manat; 16. EQ 10668735 saylı protokola görə 45 manat; 17. EQ ******* saylı protokola görə 9 manat; 18. EQ ******* saylı protokola görə 9 manat; 19. EQ 10668739 saylı protokola görə 9 manat; 20. EQ 10668736 saylı protokola görə 9 manat; 21. EQ 11232247 saylı protokola görə 9 manat;
22. EQ 11293217 saylı protokola görə 9 manat; 23. EQ 11359882 saylı protokola görə 9 manat; 24. EQ 11639434 saylı protokola görə 9 manat; 25. EQ 18598657 saylı protokola görə 45 manat; 26. EQ 18173704 saylı protokola görə 45 manat; 27. EQ 12370800 saylı protokola görə 45 manat; 28. EQ 12340741 saylı protokola görə 9 manat; 29. EQ 12215318 saylı protokola görə 9 manat; 30. EQ 12085070 saylı protokola görə 18 manat;
31. EQ 11819959 saylı protokola görə 18 manat; 32. EQ 11685616 saylı protokola görə 9 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 657 manat məbləğində ödəniş edilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X2 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. İş üzrə iddiaçı tərəf məhkəmənin ünvanına ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddia ərizəsində göstərilən cərimələr ona aiddir. 1 ilə yaxındır maşını iddiaçı geri almışdır. 400 manata yaxın cərimə olunmuş, 700 manat pul tələb edirlər. 2023-cü ildə maşını geri götürmüşdür. 10 gün gecikməsi olmuş və maşını gəlib aparmışlar. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli MAS- 6130 saylı “Daxili lizinq” müqaviləsinin surətindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17.5 % mükafat məbləği hesablanmaqla 34 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 393.89 manat, ümumilikdə isə 13392 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. -Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. -31 noyabr 2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMCnin direktoru X1, Cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, 77- PG831 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. -xx.xx.2024-cü il tarixli, 1811 nömrəli pretenziya məktubunun surətindən görünür ki, sözügedən avtomobilə dəymiş ziyan ilə əlaqədar İddiaçı MMC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. - Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-1150/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 240.77 manat gecikdirilmiş əsas, 153.13 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 20 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 892.82 manat məbləğində pulun və 36.09 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə verilməsi qət edilmişdir. - Ödənişləri əks etdirən 15 iyun 2024-cü il tarixli hesab üzrə çıxarışdan görünür ki, Lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X4 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. - Qəbz haqqında məlumatdan görünür ki, İddiaçı MMC iddia tələbi üzrə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. 748-1-ci maddəsinin 5-ci və 7-ci hissəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərmaş” MMC ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli MAS- 6130 saylı “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsaən “bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuiyyəti lizinq alan daşıyır. İşin faktiki hallarından da göründüyü kimi, inzibati cərimələr üzrə ödənilmiş 657 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması əsaslı hesab edilməli və təmin edilməlidir. Belə ki, məhkəmə iş materiallarında olan mötəbər sübutlara və cavabdehin etirafına əsasən iddia tələbinin "inzibati cərimələr üzrə ödənilmiş 657 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması"na münasibətdə müəyyən etdi ki, cavabdehin istifadə və idarəçiliyində olduğu dövrdə “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə müxtəlif tarixlərdə inzibati xətalar törədilmiş və buna görə də inzibati xəta haqqında elektron protokollar tərtib edilməklə sürücü barəsində inzibati cərimə tənbehi tətbiq edilmiş, inzibati xətalara görə yaranmış ümumilikdə 657 manat cərimə ödənişləri iddiaçı tərəfindən ödənilsə də, edilən xəbərdarlığa baxmayaraq, həmin pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh inzibati cərimələrin ödənilməsi üçün çəkilmiş 657 manat pul və 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh inzibati cərimələrin ödənilməsi üçün çəkilmiş 657 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aynur Əliyeva