Məhkəmə qərarları › İş №e-2(067)-274/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-274/2023

28.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-274/2023 28.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə onun arasında olan 29 aprel 2022-ci il tarixdə 6 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 769 nömrə ilə qeyd edilmiş nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında nikah 29 aprel 2022ci ildə 6 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. (769№ ilə qeyd edilmişdir). Həmin nikahdan övladları yoxdur. Cavabdeh ilə aralarında olan ailə münasibətləri getdikcə pisləşir və hətta dözülməz həddə çatmışdır. Ailə qurduqları ilk günlərdə hər şey normal gedirdi lakin, son zamanlar ərzində münasibətləri gərginləşib. Hal-hazırda cavabdehlə munasibətlərinin uyğunsuzluğu səbəbindən boşanmaq qərarına gəlmişdir. Münasibətləri normallaşdırmağa, yenidən sağlam bir ailə kimi birləşmələrinə cəhd edib cavabdehlə danışıqlar aparmağa çalışsa da, heç bir nəticə əldə etməmişdir. Bbundan sonra da nəsə nəticə əldə edəcəyinə və ya cavabdehlə normal münasibət qura biləcəyinə inanmır. Ailədə yaranmış narazı mühit və soyuqluq qarşılıqlı hörmət hissinin yox olmasına gətirib çıxarmış və artıq yenidən ailə kimi bir yerdə olmalarına. O, nikahın ləğv olunması ilə əlaqədar 6 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə müraciət etsə də, sözügedən şöbə tərəfindən ona xx.xx.2022-ci il tarixli 05/Q-2034/15 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ”Qaydasının 5.2 və 5.4-cü bəndinə uyğun olaraq ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında qeydiyyat orqanı tərəfindən pozula bilər. Ər-arvadın nikahın poulmasına razılığı və ya bu razılığa dair məlumat olmadıqda nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh nikahın pozulması üçün qeydiyyat şöbəsinə müraciət etməməsi səbəbindən qeydiyyat orqanında ərizənin təmin edilməsi mümükün olmamışdır. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında nikah 29 aprel 2022-ci ildə bağlanmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1.-ci maddəsi əsasında, bu Məcəllənin 17.2.-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.2.-ci maddəsinə uyğun olaraq, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 20.1.-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə tərəfindən ər-arvada barışmaq üçün 3 ay vaxt verilməsinə baxmayaraq onlar barışmamışlar. Məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və ailənin qorunub saxlanması qeyrimümkün olduğundan tərəflərin arasındakı rəsmi nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1.-ci maddəsi əsasında, bu Məcəllənin 17.2.-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1.-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 29 aprel 2022-ci il tarixdə bağlanmış nikah pozulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar