Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2759/2023 13.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, o, İddiaçı və Cavabdeh ilə AZ- İ 941603 nömrəli akt qeydi ilə qeydiyyata alınaraq bağlanılmış nikahın pozulması, birgə nikahdan dünyaya gəlmiş, yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X1 və yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər onun himayəsində saxlanılması, yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X1 və yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 onun yanında saxlanılması üçün, ərizə məhkəməyə daxil olduğu gündən yetkinlik yaşına çatana qədər hər ay hər uşağa 100 manat, ümumilikdə 200 manat sabit pul məbləğində aliment təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və Cavabdeh ilə AZ-İ 941603 nömrəli akt qeydi ilə qeydiyyata alınmaqla nikah bağlamışlar. Bildirir ki, hazırda cavabdehlə ailə-nikah münasibətlərimini yekunlaşdırmaq qərarına gəlmişlər və bu məqsədlə məhkəməyə müraciət edir. Birgə nikahdan iki övladları dünyaya gəlmişdir. Övladı - X4 xx.xx.2017-ci il təvəllüdlüdür. Övladı - X5 xx.xx.2016-cı il təvəllüdlüdür. Məhəmə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Tərəflər işə onların iştirakı olmadan baxılmasına dair ərizələrini məhkəməyə göndərmişlər. Məhkəmə iddiaçının və MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, AZ-İ № 941603 saylı X3 təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ilə X6 arasında xx.xx.2014-cü il tarixdə Xaçmaz Rayon Qeydiyyat Şöbəsində № 290 saylı nikah qeydə alınmışdır. Nikahdan sonra ərə Səfərəliyev, arvada Səfərəliyeva soyadı verilmişdir. İş materiallarında olan AA ******* seriyalı yeni nəsil Şəxsiyyət Vəsiqəsinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan AA ******* seriyalı yeni nəsil Şəxsiyyət Vəsiqəsinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, mediasiya prosesində iştirakı ilə əlaqədar İddiaçı tərəfindən 60 manat rüsum köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən 41 manat dövlət rüsumu köçürülmüşdür. İş materiallarında olan iş üzrə Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş ərizədən müəyyən olunur ki, Cavabdeh iddianı təşkil edən bütün tələbləri tam şəkildə qəbul etmiş, məhkəmə işinin yekunlaşmasına heç bir etirazı yoxdur. Həmçinin məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 21.1.-ci maddəsinə müvafiq olaraq, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2.-ci maddəsində göstərilən hallarda nikah, onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1.-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.2.-ci maddəsinə uyğun olaraq, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə, nikah pozulur. Məhkəmə hesab edir ki, iddiaçı nikahın pozulmasına təkid etdiyindən, onların birgə yaşamaları və ailənin qorunub saxlanması qeyri-mümkün olduğundan iddia bu hissədə təmin olunmalı və tərəflərin aralarındakı rəsmi nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.-ci maddəsində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1.-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olan yetkinlik yaşına çatmamış övladı - xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 boşanmadan sonra anaları - İddiaçı yanında qalması məqsədə uyğundur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2023-ci ildə 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində sabit alimentin alınaraq İddiaçı ödənilməsi məqsədə uyğundur. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 278.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia ərizəsindən göründüyü kimi İddiaçı Cavabdeh qarşı məhkəmə xərcləri ilə bağlı tələbi yoxdur. Məhkəmə hesab edir ki iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Xaçmaz Rayon Qeydiyyat Şöbəsində bağlanmış № 290 saylı nikah qeydi pozulmalı, tərəflərin birgə nikahından anadan olan yetkinlik yaşına çatmamış övladları - xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 boşanmadan sonra anaları - İddiaçı himayəsində saxlanılmalı, yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində sabit aliment alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Xaçmaz Rayon Qeydiyyat Şöbəsində bağlanmış № 290 saylı nikah qeydi pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş, yetkinlik yaşına çatmamış övladları xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 boşanmadan sonra anaları - İddiaçı himayəsində saxlanılsınlar. Tərəflərin birgə nikahından anadan olmuş, yetkinlik yaşına çatmamış övladları -xx.xx.2016cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində sabit aliment alınaraq İddiaçı verilsin. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-2759/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2759/2023
13.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver