Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2877/2025 28.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azıdılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(026)-207/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin azaldılması və ondan 12 fevral 2012-ci il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində aliment tutulub cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Qobustan Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(026)-207/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(026)-207/2019 saylı qətnaməsinə əsasən 12 fevral 2012-ci il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı 01 iyul 2019-cu il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qobustan rayon məhkəməsinin 8(026)-15/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə 12 fevral 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(026)-207/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 150 manat sabit aliment məbləği, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,83 misli həddində indeksasiya olunmuşdur. Hazırkı qərardada görə o, cavabdehə hər ay 332 manat aliment ödəməlidir. Hesab edir ki, həmin məbləğ kifayət qədər yüksək məbləğdir. Ona görə də, alimentin məbləği azaldılmalıdır. Hazırda o, uşağın saxlanması üçün hər ay 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində aliment (160 manat) ödəyə bilər. Onun maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik olmayıb, hazırda işsizdir. Hesab edir ki, alimentin azaldılması daha ədalətlidir. İddiaçı vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddiaçıdan əvvəl 150 manat məbləğində aliment alırdı. Cavabdeh əvvəllər “tır” sürücüsü kimi rəsmi işləyirdi. Aliment birbaşa maaşından tutulurdu, hazırda yenə də sürücü işləyir, lakin rəsmi iş yeri olmadan. Alimentin azaldılmasına etiraz edir. Oğlu yanıq xəsarəti almışdır. Sol budun aşağı hissəsinin kobud keloid çapıqları və aşağı ətrafın funksiya pozğunluğu vardır. Bundan başqa, danışığında problem var, onu da müalicə edir. Bunların hamısına maddi imkanı çatmır. Bu səbəbdən aliment miqdarının azaldılmasına etiraz edir. Uşağın xəstəliyi tibbi sənədlər və fotoşəkillərlə təsdiq olunur. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. - Qobustan Rayon Məhkəməsinin 8(026)-15/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından müəyyən olunur ki, 12 fevral 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(026)-207/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 150 manat sabit aliment məbləği, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,83 misli həddində indeksasiya olunmuşdur. - Azərbaycan Elmi Tədqiqat Travmatologiya və X4 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, ********** saylı arayışdan müəyyən olunur ki, 12 fevral 2012-ci il təvəllüdlü X2 budun aşağı hissəsinin kobud keloid çapıqları və aşağı ətrafın funksiya pozğunluğu diaqnozu qoyulmuşdur. - 12 fevral 2012-ci il təvəllüdlü X3 yanıq xəsarətləri alması fotoşəkillərdən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 8(026)-15/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılmalı, 12 fevral 2012-ci il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş məhkəmə xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(026)-207/2019 saylı qətnaməsinə əsasən 12 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulması qət edilmiş və həmin məhkəmənin 8(026)-15/2025 saylı xx.xx.2025-ci il tarixli alimentin indeksasiyası barədə qərardadı ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. 12 fevral 2012-ci il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş məhkəmə xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №e-2(067)-2877/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2877/2025
28.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver