Məhkəmə qərarları › İş №e-2(067)-3757/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-3757/2025

19.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-3757/2025 19.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr- sadələşdirilmiş icraat formasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «X5” markalı, ** LH *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 821.07 manat məbləğində sığorta ödənişinin, 30 manat dövlət rüsumunun alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2025ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz E200 Cdi” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “X5” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və daha 2 digər nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********43 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 143220 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “X5” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Azadolma (franşiza) məbləği 100 AZN olaraq müəyyən edilmişdir. X3 aktına əsasən, sığortalanmış “X5” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə1600 AZN (min altı yüz manat) zərər dəymişdir. 100 manat azadolma məbləği və 47 AZN ödənilməmiş sığorta haqqı çıxılmaqla, zərərçəkənə ödənilməli sığorta ödənişinin məbləği 1453 AZN olmuşdur. İş materiallarında olan zərərçəkmiş nəqliyyat vasitəsinin kasko sığorta müqaviləsi üzrə sığortalı olan X2 iddiaçıya ünvanlandığı ərizədə məbləğlə razı olduğunu və ona məxsus bank hesabına köçürülməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 20848 saylı qəbzə əsasən, 1453 AZN sığorta ödənişini sığortalı X1 bank hesabına köçürmüşdür. İş materiallarında olan İSB (İcbari Sığorta Bürosu) çıxarışına əsasən, hadisə baş verən tarixdə cavabdehin idarə etdiyi “Mercedes Benz E200 Cdi” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyəti "xxxx" ASC-də sığortalanmışdır. Buna görə də, xx.xx.2025-ci il tarixli qəbzlə digər zərərçəkənlərə də mütənasib olaraq 631.93 AZN məbləğ iddiaçıya geri ödənilmişdir. Geri qalan məbləğ, 821.07 AZN pul isə cavabdehin özündən tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilindiyi üçün ona qarşı Subroqasiya hüquqları yaranmışdır. Belə ki, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında ******* saylı protokol və TP ******* saylı qərar qəbul edilmişdir. Həmçinin, iş materiallarında olan forma 4 arayışından, izahatlardan, hadisə sxemindən görünür ki, həqiqətən yol-nəqliyyat hadisəsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Cavabdehə pretenziya göndərilmiş, şifahi əlaqə yaradılmış ödəniş etməsi bildirilsə də, cavabdeh tərəfindən bu günə qədər heç bir ödəniş edilməmişdir. Hesab edirlər ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 821.07 AZN pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutlmalıdır. Odur ki, göstərilənlər nəzərə alınmaqla Cavabdeh «X5” markalı, ** LH *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 821.07 manat məbləğində sığorta ödənişinin, 30 manat dövlət rüsumunun alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ******* saylı protokol və həmin tarixli TP ******* saylı elektron qərardan görünür ki, Cavabdeh 08 iyun 2025-ci il tarixdə idarə etdiyi “Mercedes Benz E200 Cdi” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “X5” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və daha 2 digər nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş **********43 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 143220 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “X5” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Azadolma (franşiza) məbləği 100 AZN olaraq müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş X3 aktından görünür ki, sığortalanmış “X5” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə1600 AZN (min altı yüz manat) zərər dəymişdir. 100 manat azadolma məbləği və 47 AZN ödənilməmiş sığorta haqqı çıxılmaqla, zərərçəkənə ödənilməli sığorta ödənişinin məbləği 1453 AZN olmuşdur. İş materiallarında xx.xx.2025-ci il tarixli ərizədən və xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, zərərçəkmiş nəqliyyat vasitəsinin kasko sığorta müqaviləsi üzrə sığortalı olan X2 iddiaçıya ünvanlandığı ərizədə məbləğlə razı olduğunu və ona məxsus bank hesabına köçürülməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, xx.xx.2025-ci il tarixli 20848 saylı qəbzə əsasən, 1453 manat sığorta ödənişini sığortalı X1 bank hesabına köçürmüşdür. İş materiallarında olan İSB (İcbari Sığorta Bürosu) çıxarışdan görünür ki, hadisə baş verən tarixdə cavabdehin idarə etdiyi “Mercedes Benz E200 Cdi” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyəti "xxxx" ASC-də sığortalanmışdır. Buna görə də, xx.xx.2025-ci il tarixli qəbzlə digər zərərçəkənlərə də mütənasib olaraq 631.93 AZN məbləğ iddiaçıya geri ödənilmişdir. Geri qalan məbləğ, 821.07 AZN pul isə cavabdehin özündən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş materiallarında olan forma 4 arayışından, izahatlardan, hadisə sxemindən görünür ki, həqiqətən yol-nəqliyyat hadisəsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, O-AS-2025/313 nömrəli pretenziyadan görünür ki, cavabdehə sığorta ödənişinin qalan hissəsi olan 821,07 manat pulu 10 iş günü ərzində subroqasiya qaydasında İddiaçı Sığorta Şirkətinin ASC-nin bank hesabına könüllü ödəməsi təklif olunmuş, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında tələb ediləcəyi barədə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci və 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən tərəflər arasındakı münasibətlərə dair hüquq münasibətlərini tənzimləyən müvafiq normalarının tətbiq edilməli olduğunu hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının «İcbari Sığortalar Haqqında Qanun»un 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi tam təmin edilməklə, Cavabdeh «X5” markalı, ** LH *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə iddiaçı tərəfindən ödənilmiş 821.07 manat məbləğində sığorta ödənişi, eləcə də 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh «X5” markalı, ** LH *** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinə görə iddiaçı tərəfindən ödənilmiş 821.07 manat (səkkiz yüz iyirmi bir manat yeddi qəpik) məbləğində sığorta ödənişi, eləcə də 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar