Məhkəmə qərarları › İş №e-2(067)-3910/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-3910/2024

23.12.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-3910/2024 23.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızı, İddiaçı "xxxx" MMC-nə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi və məcburi işburaxmaya görə ziyanın ödənilməsi tələbinə dair iddiasına dair mülki iş üzrə “müvəqqəti təminat tədbirinin tətbiqi”nə dair yazılı icraat qaydasında ərizəyə baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC-nə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi və məcburi işburaxmaya görə ziyanın ödənilməsi tələbinə dair iddiasına dair mülki iş üzrə “müvəqqəti təminat tədbirinin tətbiqi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni araşdıraraq müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddələrinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Belə ki, ərizəçi şəxsiyyəti eyniləşdirməyə imkan verən və tələbini əsaslandırdığı hallara dair sənədlərin əslini və ya təsdiq olunmuş surətlərini ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hesab edirəm ki, ərizəçi iddia ərizəsinə öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını əlavə etmədiyindən ərizə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "xxxx" MMC-nə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi və məcburi işburaxmaya görə ziyanın ödənilməsi tələbinə dair iddiasına dair mülki iş üzrə “müvəqqəti təminat tədbirinin tətbiqi”nə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar