Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-567/2024 29.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan “X3” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2500 (iki min beş yüz) manat məbləğində pul və ödənilmiş 45.40 (qırx beş manat qırx) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2022-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “VAZ 21099” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “X3” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş icbari sığorta bürosundan çıxarışdan (İFSB) görünür ki, sözügedən “VAZ 21099” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da icbari sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş sığorta ödənişini təsdiq edən ödəniş tapşırığından da göründüyü kimi, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, zərərlərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “X3” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2500 AZN (iki min beş yüz manat) sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan aydın olur ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh oğlu olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh oğlu, hadisə yerindən yayındığına görə İXM-nin 343.2, 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin Cavabdeh oğlu öz izahatında da hadisə yerindən yayındığını, polislərin daha sonradan onun evinə gəldiyini bildirmişdir. Cavabdeh oğlu hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edirlər ki, 2500 (iki min beş yüz) manat məbləğində pul Cavabdeh oğlundan İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İş üzrə iddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “VAZ 21099” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Xaçmaz şəhərində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında “X3” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. O, baş vermiş hadisədə özünü təqsirli bilmir, hesab edir ki, “X3” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü ötmə əməliyyatını düzgün həyata keçirmədiyinə görə yol-nəqliyyat hadisəsi baş vermişdir. Sənədləşməyə əsasən o, həmin avtomaşının qarşısına çıxmışdır, amma faktiki olaraq həmin avtomaşın onun sağ tərəfindən keçib hərəkətini davam etdirə bilərdi. O, əvvəlcə avtomaşını hadisə yerində saxlamış, lakin bir müddət sonra tıxac yaranmaması üçün avtomaşınla hadisə yerindən çıxıb getmişdir. Hadisə yerindən yayındığına görə İXM-nin 343.2, 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. O, avtomaşınını icbari sığorta etdirmişdir və icbari sığorta şirkəti qarşı tərəfin avtomaşınına dəyən zərəri ödəmiş, ondan buna görə ikinci ildir ki, 80 manat pul çıxılıb və ona mesaj gəlib ki, qəza haqqı kimi qarşı tərəfə pul ödənilir. Ona görə də İddiaçı Sığorta Şirkəti ASC-nə ziyan ödəməli deyil. Həmçinin hesab edir ki, dəymiş ziyanın məbləği 2500 manatdan azdır. . Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 105819 nömrəli sığorta aktından müəyyən olunur ki, Cavabdeh oğlu tərəfindən idarə olunan sığortalanmış “VAZ 21099” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “X3” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşduğuna görə, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 ödənilməli sığorta məbləği 2500 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 158071522(5971) saylı ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh oğlu tərəfindən idarə olunan sığortalanmış “VAZ 21099” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “X3” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşduğuna görə, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 2500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziyadan müəyyən olunur ki, Cavabdeh oğluna 2500 manat məbləğində pulu İddiaçı Sığorta Şirkəti ASC-nə ödəməsi, əks halda borcun məcburi qaydada alınması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon DYPB-nin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolundan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh oğlu hadisə yerindən yayındığına görə İXM-nin 343.2, 327.1 və 327.6cı maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan müəyyən olunur ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh oğlu olmuşdur. İş materiallarında olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli hesabatından müəyyən olunur ki, “X3” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 2500 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən iddia qaldırılması üçün 45 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-cı maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrinin, mexanizmlərin, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən, və i.a istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə bocludurlar, bu şərtlə ki, zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin olduğu müddət ərzində baş verən hadisə və yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 63.1.-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. İXM-nin 327.1.-ci maddəsi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyəti nəzərdə tutur. İXM-nin 327.6.-cı maddəsi yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyəti nəzərdə tutur. İXM-nin 343.2.-ci maddəsi isə Bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh oğlu xx.xx.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi və İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta müqaviləsi ilə sığortalanmış “VAZ 21099” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən “X3” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, Xaçmaz rayon DYPBnin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən hadisə yerindən yayındığına görə İXM-nin 343.2, 327.1 və 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında Cavabdeh özü də etiraf etmişdir ki, etibarnamə ilə idarə etdiyi “VAZ 21099” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən “X3” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşandan sonra avtomaşınla hadisə yerindən yayınmış və bu əməlinə görə İXM-nin 343.2, 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh oğlundan 2500 (iki min beş yüz) manat məbləğində pul və ödənilmiş 45.40 (qırx beş manat qırx) manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan 2500 (iki min beş yüz) manat məbləğində pul və ödənilmiş 45.40 (qırx beş manat qırx) manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №e-2(067)-567/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-567/2024
29.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver